Cib telefonları haqqında maraqlı faktlar

Təsəvvür edin ki, mobil telefonunuz olmadan bir gün keçirmisiniz. Bəzi insanlar üçün bu vəziyyət problem olmasa da, bəzi insanlar üçün belə bir gün əsl işgəncə ola bilər. Mobil telefonlar haqqında nə qədər məlumatlısınız? Mobil telefonlar haqqındakı qeyri-adi məlumatları bir yerə toplamışıq. 17 təəccüblü faktı sizə təqdim edirik.

Davamı →

Mobil telefonlar - ayrılmaz parçamız

Son əsrin ən böyük kəşfi olan mobil telefonlar kommunikasiya və media sahəsində inqilabi yeniliklərə imza atmaqla insanların həyatını müsbət yöndə dəyişdirib. Mobil telefon keçən əsrdə kəşf edilsə də, bu bazardakı ən böyük satış son 10 ildə həyata keçirilib. Hazırda dünyada 2.2 milyard ədəd smartfondan istifadə edilir. Lakin bu rəqəmin 2020-ci ildə 2.7 milyarda çatması proqnozlaşdırılıb.

Dünyadakı ilk məşhur smartfon Apple şirkətinə məxsus iPhone 1 smartfonudur. iPhone 1 2007-ci ildə Apple şirkətinin CEO-su Stiv Cobs tərəfindən Amerikada təqdim edilib. Bu telefon klaviaturası olmayan və sensorlu ekrana malik olan ilk telefondur. Multimedia, simsiz internet, 3-cü nəsil proqram təminatına malik olan iPhone 1 bütün bu xüsusiyyətləri ilə ilk smartfon olaraq tarixə keçib. 6 il kimi qısa bir müddətdə bir sıra yeni smartfonlar təqdim edən Apple şirkəti hazırda smartfon bazarında öz liderliyini qorumaqdadır.
Davamı →

Android sistemli mobil telefonlarda təhlükəsizlik qaydaları

Son illər ağıllı telefonların bazara çıxarılması əsas işi texnologiya ilə  bağlı olan və bu texnikadan düzgün istifadə etməyi bacaran insanların işini daha  da asanlaşdırdı. Lakin bütün bunlarla yanaşı, düzgün istifadə edilmədiyi halda  ağıllı telefonlar həm də şəxsi, gizli məlumatlarımızın deşifrə edilməsi  baxımından olduqca təhlükəlidir. Bu tipli təhlükələrlə qarşılaşmamağınız üçün  indi sizinlə Android sistemli mobil vasitələrdən istifadə edərkən əməl etməli  olduğumuz təhlükəsizlik qaydaları haqqında danışmaq  istəyirik.

Ekranınızı kilidləyin! Əməl etməli olduğunuz  ən əsas təhlükəsizlik tədbiri ekranı kilidləməkdir. Bu tətbiq demək olar ki,  bütün cihazlar üçün eynidir. Bunun üçün mobil alətdən istifadə etməyə  başlamazdan əvvəl parametrlər bölməsindən təhlükəsizlik və ekran kilidləmə  hissəsini seçin. Sizin üçün xüsusi əhəmiyyətli olan qovluqları iki dəfə  kilidləyin. Bu mövzuda App Lock tətbiqini “Google Play Store”dan pulsuz yükləyə  bilərsiniz.


Ardı →