Mini yubka inqilabı

“Svinq edən 60-cılar” nəsli bəşəriyyətə bir çox şey bəxş etdilər. Bitls qrupundan tutmuş Aya qədəm basan ilk insana qədər. Mini yubka da bu epoxanın nailiyyətlərindən biridir.

Yubkanı qısaltmaq Londonda ilk dəfə kimin ağlına gəlmişdi? Cavab vermək çox çətindi. Bu ilkə sahib çıxanlar arasında Meri Kuant da var, Andre Kurrej də və Jean Varon ticarət markasının banisi Con Beyts də. Amma məhz dizayner Kuant 60-cı illər şəhər modasının hərəkətverici qüvvəsi idi.

“Mini yubka 60-cı illərdə formalaşan gənc nəsil mədəniyyətinin fenomeni, mədəniyyətin ifadə forması idi. Seksual inqilab, üstəlik hamiləliyə qarşı dərmanlar da bu nəslin ifadə forması idi. Bax bu müəyyən mənada tarixi an idi. ”- Nyu-York Moda Texnoloji İnstitutunun direktoru Valeri Stil belə deyir.

Düzdür, gənclər mədəniyyətinin bəzi elementləri hələ 1920-ci illərdə də mövcud idi. Bununla belə 20-ci illər nəsli öz sələflərinə nisbətən seksual cəhətdən daha azad olsalar da hamilə qalmaq təhlükəsi hələ qalırdı.

Kinq-roud adlı kult butikin sahibi dizayner-modelyer Meri Kuant 1966-cı ildə mini yubkaya maraq göstərməyə başlasa da o hələ məktəb vaxtlarından yubka üzərində eksperimentlər edir, hər dəfə məktəb formasını bir qədər qısaltmağa çalışırdı.

Kuantın ilham mənbəyi balet dərsləri aldığı bir studiyadakı rəqqas qız olmuşdu. Kuant hadisəni belə nəql edir: “Dərslərin birində qonşu otaqda gözəl bir musiqi eşitdim. Qapıdan boylandım. Orda step dərsi keçən bir qız gördüm. Məndən bir neçə yaş böyük olardı. Onun eynən mən istədiyim görkəmdə idi. Onun əynində təqribən 25 sm uzunluğunda qırçınlı yubka, dar qara sviter, qara uzun corablar vardı. Saç düzümü isə bob stilində idi.”
Ardı →

Tiffany & Co. brendinin mavi əfsanəsi

Tiffany & Co. brendinin Blue Book 2014 kolleksiyasına nadir qiymətli daşlardan ibarət zinət əşyaları daxildir. Hər il Tiffany & Co. Zərgərlik evi nadir qiymətli daşlardan ibarət unikal bəzək əşyalarının daxil olduğu Tiffany Blue Book kolleksiyasını buraxır. Bu il yeni kolleksiyasının çıxması yaz fəslinə təsadüf edib. Brendin zərgərləri bəzək əşyalarında məhz bu konsepsiyanı əks etdirməyə çalışıblar.

Blue Book ən nadir daşları görmək imkanı yaradır. Bir çox modellər arxiv kolleksiyalarının dizaynından ilhamlanıb və əl işidir. Şedevrlər arasında 12,45 karatlıq brilyant üzük və 30-cu illər stilində «markiz» təraşlı brilyantlardan ibarət boyunbağı var.
Ardı →

Amulette: yeni Cartier kolleksiyası


Cartier brendi sarı, ağ və çəhrayı qızıl, eləcə də brilyantlar və onikslərlə bəzədilmiş yeni Amulette zinət əşyaları kolleksiyasını təqdim edib. Zərgərlik evinin dizaynerləri bu boyunbağıları və qolbaqları yaradarkən, nəsildən nəsilə ötürülən uğur rəmzləri barədə düşünüblər.
Ardı →

«Qırmızı» kolleksiya


Ötən ilin noyabrında Moda evinin kreativ direktorları Mariya Qratsiya Kyuri və Pyer Paolo Piççoli Valentino-nun Şanxaydakı flaqman butikinin açılışı münasibətilə kolleksiya nümayiş ediblər.

Yaz-yay 2014 kapsul kolleksiyasının xüsusiliyi bütün komplektlərin qırmızı rəngdə hazırlanmasındadır, ancaq onu təkobrazlı adlandırmaq olmaz — burada bəbir printi, çiçək motivləri və laklı dəri var. Müxtəlif rənglərdə olan aksessuarlar — al qırmızı rəngdən tünd qırmızı rəngə qədər -dəbdəbəli geyimi və zərif paltonu gözəl tamamlayır.
Ardı →

Mozaik

Amerikanın tanınmış Harry Winston saat brendi Avenue C Precious Marquetry və Premier Precious Marquetry 36 mm adlı iki “mozaik” modelini təqdim edib.

Hər 2 saat mozaik applikasiyalar texnikasında hazırlanıb. Onların əsas detalı perlamutr olub. Avenue C Precious Marquetry-də bu daşın şirin sulu, dən-dən, çəhrayı və ağ rənglərindən istifadə olunub. Buna görə də siferblat uzaqdan kaleydoskopu və ya abstraktsionizm ruhunda rəsmi xatırladır.

Qeyri-adi xronomter klassik təraşlı 43 brilyantla bəzədilib, korpus isə timsah dərisindən olan qara kəmərciklə əla uyğunlaşan ağ qızıldan hazırlanıb.
Premier Marquetry 36 mm modelində isə perlamutrdan tropik kəpənəyin təsviri üçün istifadə edilib. Saatın parlaqlığını isə 11 sapfir-kaboşon vurğulayır.
Ardı →

Prada pre-fall 2014

Miucci Prada paltoları, jaketləri və çantaları fotoqraf Stiven Meyzelin obyektivində tamamilə yeni obrazlarda təqdim olunub.

Kampaniyanın siması amerikalı Leksi Bolinqdir. O, Prada-nın mövsümlərarası kolleksiyasının əhval-ruhiyyəsini asanlıqla ötürə bilib. Kadrlarda model istənilən qadının gündəlik obrazının ayrılmaz hissəsi olan çantalarla görünüb.

Ardı →

Christian Louboutin mövsümlərarası kolleksiyası

Məşhur fransız ayaqqabı brendi Christian Louboutin mövsümlərarası (pre-fall) 2014 kolleksiyasını təqdim edir.

Klassik qayıqşəkilli ayaqqabılar, səndəllər, botilyonlar və uzunboğaz çəkmələr müxtəlif rəng və materiallarda təqdim olunub. Laklı dəridən qara səndəllər kokteyl gecələri, gül naxışlarıyla zəngin qayıqşəkilli ayaqqabılar isə payız gəzintiləri üçün əla seçimdir. Kolleksiyanın ən parlaq modelləri animalist printli botilyonlardır.

Ardı →

Versace-dən dəbdəbəli bəzək əşyaları kolleksiyası

İsveçrənin Bazel şəhərində keçirilən Baselworld-2014 sərgisində Versace brendi yeni kutyur bəzək əşyaları kolleksiyasını təqdim edib.

Kolleksiya eksklüziv qiymətli daşlardan və metallardan hazırlanıb. Zinət əşyalarının yaradıcıları əmindirlər ki, bu zinət əşyaları heç kəsi laqeyd qoymayacaq.
Kolleksiyanın əsas detalları zərgərlik olivini, qırmızı turmalin, morqanit və brilyantlardır. Onlar moda evinin estetikasını əks etdirən sarı qızıldan nəfis çərçivələrə yerləşdirilib.

Ardı →

Roberto Cavallidən yeni kolleksiya

Yeni mövsümlərarası kolleksiyasında dizayner üstünlüyü “gözəllik və eleqantlığa” verib.

Kavallinin əsas ilham mənbəyi heyvanlar aləmi olub. Muncuq və saçaqla bəzədilmiş ipək geyim, üzərində bəbir printi olan yun kostyum və timsah dərisindən olan qızıl rəngli bayker gödəkcəsi kolleksiyanın əsas nümunələrindəndir.
Kolleksiya dəbdəbə və parlaq obrazı sevənlər üçün nəzərdə tutulub.

Ardı →