Qadınların kişilərdən oğurladıqları

  • Qadın
Bugünkü qadın qarderobu kişi geyimləri ilə doludur.
Heç bilirsiz, kişilərə məxsus olan nə qədər geyim və əşyanı qadınlar “borc olaraq” alıb və bir daha geri qaytarmayıb?

Sarafan
Bu geyimi qadınlar kişilərdən XVII əsrdə oğurlayıb, göründüyü kimi bir daha geri verməmişlər. Amma bir zamanlar sarafan öz formasına görə fars geyimi olan “qolsuz kişi kaftanı” –“sərapa” adlanırdı. İvan Qroznıy da bu şəkildə geyinirdi: “ Padişahın əynində bir geyim vardı –kənarları albalı rəngli işləməli al rəngli bahalı sarafan”.

Hündür daban
“Burun hissəsindən pasxa yumurtası diyirlənər, qırmızı daban altından quş uşar”. Bu nə deməkdir? Müasir dəbli hündür daban qadın çəkmələri, bu “qoçaq, cəsarətli kazak Stepan Razin” in çəkmələri barəsindədir. Uzun illər qadınlara hündür daban çəkmə geyinməyə icazə verilməmişdi, çünki bunu “öz ağasının gözündə yüksəlmə” kimi dəyərləndirirdilər. Daha sonralar bu dövrün gözəlçələri tərəfindən hiyləgərliklə oğurlanmışdır.
Ardı →

Elena Rubinşteyn

O, zorla ərə verilməkdən yaxasını qurtarmaq üçün qaçıb getdiyi Avstraliyada, dünyanın ən böyük kosmetika markasını meydana gətirdi.
O, deyilənə görə, ilk dəfə Amerikaya getdiyi vaxt belə deyibmiş: “Bütün amerikalı qadınların burunları çəhrayı, dodaqları isə bozdur. Hamısının da üzü ağappaqdır. Burada ömrümün ən böyük uğurunu qazana bilərəm”.
Bir müddət sonra isə o qədər böyük uğur qazandı ki, dünya ondan danışmağa başladı. Bu qadın Elena Rubinşteyn idi.


“Çirkin qadın yoxdu, tənbəl qadın var.”
Elena Rubinşteyn


Ardı →

Qadın şalvarları

Müasir dövrdə əksər xanımların qarderobunda şalvara rast gəlmək mümkündür. Yəqin ki, bunun da əsas səbəbi şalvarın daha praktik olması, xanımların əksəriyyətinin bu geyimdə özlərini rahat hiss etməsidir. Bəs görəsən bir zamanlar yalnız kişilərin geyindiyi şalvar qadınların qarderobuna necə daxil olub?


Mövzu ilə bağlı bir sıra mənbələrə müraciət edəndə bəlli oldu ki, tarixdə ilk dəfə şalvarı şərq qadınları geyiniblər. Hətta belə deyirlər ki, 3 min il bundan əvvəl şalvarı Assur padşahının həyat yoldaşı Semiramida dəbə salıb. Şalvarların qadın qarderobuna tam şəkildə keçməsi isə XX əsrdə baş verib.


Ardı →

Moda və qadağa

Elitar dəblərin bir çox qanunları var ki, bu gün də onlara riayət edilib və edilməkdədir. Amma zaman və dövr göstərir ki, bəzən bunların əksinə də getmək lazımdır. Müasir düşüncəli dizayner və modelyerlər isə bu çərçivələrə sığmır və çox vaxt bunun əksinə gedərək, müvəffəqiyyət qazanırlar.

1. Məsələn, əvvəllər deyirdilər ki, çanta ilə ayaqqabı eyni rəngdə olsa, daha gözəl görsənər. Ancaq XXI əsr dizaynerləri belə düşünmür. Onların qənaətincə, bu gün çanta və ayaqqabıların rəngi nə qədər müxtəlif olsa, bir o qədər baxımlı olar. Şokolad rəngli çantaya açıq bej rəngli ayaqqabı yaraşar və yaxud metallik rəngli klatç, parlaq rəngli ayaqqabı ilə uyuşar.


Ardı →

Gucci

Gucci firmasının loqosu«Gucci» müasir moda dünyasının ən nüfuzlu və avtoritetli markalarından biridir. Bu dünya şöhrətli brendin hansısa məhsuluna sahib çıxmaq istəyən insan üçün «Gucci»nin kostyum və ya qalstuku əsil möcüzə kimi səslənir. Onu yalnız və yalnız Kristian Dior, İv Sen Loran kimi markalarla müqayisə etmək mümkündür. Toxunduğu hər şeyi qızıla çevirən əfsanəvi şah Midasa kimi «Gucci» şirkəti də hansı işə əl qoysa, hətta bu, avtomobil təmir etmək üçün adi alət olsa belə, onu cah-calala çevirər. Bir sözlə, «Gucci» xüsusi şarm, stil və mükəmməl zərifliyin simvoludur. Məhz buna görə, artıq 100 ildir ki, «Gucci» moda evinin adı moda və dizayn dünyasının açarı hesab olunur. Halbuki hər şey yalnız xəyallarla başlamışdı. Bəlkə də, vaxtilə bu moda evinin banisinin möhkəm iradəsi olmasaydı bu gün «GUCCİ» sözünü heç kim həyəcanla dilə gətirməzdi.


Ardı →

Payız modası

Fəsillərin dəyişməsi insanlara həm sevinc, həm də saysız- hesabsız qayğılar gətirir. Payız isə qayğıların ən bol dövrüdür. Yeni dərs ili, yeni iş ili başlayır. Yayın istisindən qurtulub sərin payız günlərinə qovuşacağımız günlər çox uzaqda deyil. Bu isti günlərdə bunu düşünməyin özü insana bir sərinlik gətirir, deyilmi? Etiraf edək ki, yayda özümüzü, az qala, bütünlüklə unudur, xarici görkəmimizə, makiyajımıza, geyim tərzimizə lazımi qədər diqqət yetirmirik. Bir sözlə, hər şeyi payıza saxlayırıq. Payız isə bir addımlığımızdadır. Buna görə də yəqin ki, indi bütün işgüzar qadınları bir şey maraqlandırır: yeni dəb, yeni qardirob, yeni kosmetika stili və sairə.
Ardı →

Moda dahisi - Koko Şanel

“Əgər siz sizdə olmayan nəyisə istəyirsinizsə, demək ki, siz heç vaxt etmədiyinizi etməlisiniz.” Bunu, işləməkdən heç vaxt yorulmayan, ən əsası da fədakarcasına çalışan, işi yolunda can qoyan valehedici bir qadın – Koko Şanel demişdi. O hər zaman nə istəyirdisə və ən çox nə sevirdisə onu da edirdi. Ona görə, insan sevdiyi işlə məşğul olmalıdır. Şanel üçün uğurun açarı: biz başa düşməliyik ki, biz daha çox nə ilə məşğul olmağı xoşlayırıq; bunu anladıqdan sonra isə biz həyatda özümüzü, öz yerimizi tapmalı, sonra çalışıb, şərait qurub, uğura dərs verməliyik.


Ardı →