Ədəbi Kəpənək effekti - Avanqard nəzəri gücün və mövqenin göstəricisi kimi

Mətanət Vahid mədəniyyətlərin dialoqunun xüsusi forması sayılan intermediallıq movzusunun Azərbaycan ədəbiyyatında ilk araşdırıcılarındandır. Müstəqillik illərində klassik irsimizin, bu sırada Seyid Əzim Şirvani poetikasının yeni gözlə oxunmasında, incələnməsində müstəsna rolu olan ədəbiyyatşünaslardandır. Amma nə üçünsə ondan tənqidçi kimi bəhs etmək mənə daha rahatdır. Çünki ədəbi prosesdəki xidməti bu sahəyə ömür adamasının yaşı, sanbalı qədər çoxdur. Şərəfli sözün və sözün şərəfinin keşiyində dayananlardandır Mətanət Vahid.

Davamı →

Modern insanın faciəsi

Bütün həqiqətin özündə olduğunu iddia edən və onu pornoqrafik şəkildə nümayiş etdirib mütləqləşdirən bir zehniyyət yaratdı modernizm. Bu zehniyyətin yetişdirdiyi modern insan Həqiqətin gözündə çox cılız görsəndi. Modernizmin insanlara gətirdiyi həqiqət ola bilməzdi. Bəs nə gətirdi bizə? -Heç nə...  Bu heç nədi insanın ürəyini bulandıran, insanı özündən diksindirən, bezdirən, hər şeyi dəyərsiz və boş göstərən.  Müasir dövrün faciəsidi bu. Bəli, artıq postmodern dövrün astanasındayıq. Boşluğun içində dəbələnirik. Bütün sirlər ifşa olunub. İndiana Jones gəldi və bütün sirləri ifşa etdi.  İndiana Jones,  şərqə çılpaqlıqla öz nifrətini, əsəbini qusdu… Artıq çılpaqlıq bir göstəriş olub.Yaxşı, bəs nə mənası var  bu çılpaqlığın? Çılpaqlığın mənasıda bəlkə elə mənanın, batinin özünə olan kinidi? Dünyəvi zövqlər, həzzçilik, sekulyarizm, texnologiyaların bizə gətirdiyi rahatlıq və s.  Modern insan dünyəvi illüziyaların əsarətindədi. Bəs bu dünyəviləşmə insana necə təsir edir?

   Nitsşe «tanrı öldü» dedi.  Və bu modernizmin,  müasir qərb paradiqmasının yaranmasının da ilk xəbərçisi oldu. Tanrını öldürüb insanı, insan ağlını mütləqləşdirdilər. Kapitalizmin fonunda insan fövqəlinsana doğru yol aldı. Bu ən birinci özünü düşüncəmizdə və dolayısıyla dilimizdə göstərdi.


Ardı →

Modernizm

XX əsrin ictimai-siyasi, iqtisadi, mədəni, elmi-texniki sahələrində baş verən köklü keyfiyyət dəyişiklikləri incəsənətə böyük təsir göstərmişdir. Qarmaqarışıqlıq ideyası, yəni varlığın irrasional, dərkedilməz, absurd olması anlayışı və insanın dünya ilə əlaqəsinin pozulması Modernizmin əsas ideyalarındandır. Bütün mədəniyyət xadimlərinin yaradıcılığı keçmişdə qaldı, varlığı tam əhatə edən əsərlər artıq yoxdur. Bədii əsərlərin mövzusu, modernistlərə görə, elmi tədqiqatın və fəlsəfi əsərlərin mövzusu kimi dar, natamam, tək, təsadüfi, xarici, empirik məlumatlar ilə məhdudlaşır. İncəsənətin və fəlsəfənin xarakterlərinin oxşarlığını qeyd edərkən, onların eyni zamanda bir-birindən kəskin fərqləndiklərini də nəzərə almaq lazımdır. Modernistlər göstərirlər ki, əgər incəsənət əsəri hətta dar, na-tamam, məhdud sahədə gerçəkliyi əks etdirərkən öz simasını saxlaya bilirsə, fəlsəfi təlim dünyanı bütövlükdə dərk etmək və onun hər bir hissəciyini bütöv ilə əlaqələndirmək qabiliyyətini itirərkən öz simasını da itirir, öz mahiyyətindən imtina edir, mənəvi fəaliyyətin hansısa başqa formasına çevrilir.
Ardı →