Monoton həyatdan qurtulaq

Uzun günlər, aylar, illər heç bir dəyişiklik olmadan eyni şeyləri etməkdən mənəvi yorğunluq hissi yaşayırsınız?
Bu, monotonluqdur.

Monoton həyat — hər gün eyni şeylərin edilməsi, günlərin rəngsiz və eyni rejimdə keçməsi deməkdir. Bu hal uzun müddət davam etdikdə zamanla insanı depresiyaya salır, ruh düşgünlüyü, işdahasızlıq, pessimistlik kimi mənfi nəticələrə gətirib çıxarır. Bəs monoton bir həyatdan necə qurtula bilərik ? 
Davamı →

Gəzintiyə çıxın

Monoton həyat həmişə cansıxıcıdır. Bir-birinizi nə qədər çox sevsəniz də, bir-birinizə nə qədər hörmət etsəniz də, hər gün eyni mənzərə ilə qarşılaşmaq istər-istəməz nə vaxtsa bayağılaşır, monotonlaşır.ailə gəzintidə

Atanın televizor qarşısında “yorğunluğunu atması”, uşaqların otaqlarında dərs hazırlaması, ananın mətbəxdə biş-düşü ilə məşğul olması… hər şey əvvəlki, hər şey həmişəki. Əlbəttə, bu həyata yeni rənglər qatanda, yeni çalarlar əlavə edəndə istər-istəməz dincəlirsən, yenilənirsən.

Arabir hər şeyi bir tərəfə qoyun və səhər tezdən evdən çıxın, özü də hamılıqla. Ya bir parka gedin, ya bir sahilə üz tutun və göz işlədikcə uzanan üfüqlərə baxın, göz işlədikcə uzanan küçələri addımlayın. Əminəm ki, faydasını görəcəksiniz.


Ardı →

Monoton bir yazı

Firdovsinin 30 il ərzində yazıb qurtardığı Şahnamədə belə deyilir:
Burada çox qaldığım üçün dəyərsizləşdim mən,
Suyun hovuzda çox qalanda iyləndiyi kimi.
Dəyərli adamlar da bir yerdə çox qalanda qiymətləri aşağı düşür.
“Təbdili-məkan, yəni yer dəyişmək xeyirlidir”, – deyirlər. Həmişə eyni yer, eyni sifətlər, eyni iş, eyni qayğılar… Eynilik bezginliyə səbəb olur. Adam əgər bir işdən bezibsə, o işə yeni rəng, yeni motiv qatmalıdır. Yer dəyişmək hərəkət etmək deməkdir. Hərəkətdə isə bərəkət vardır. Hərəkətsiz qalmaq bərəkətsiz qalmaqdır. Bir yerdə çox qalan su iy verir. Orqanizmin çox hissəsinin sudan ibarət olduğunu nəzərə alsaq, insanın hərəkətsizliyi onun da bezməsinə, üzülməsinə və bir yerdə “kif atmasına” gətirib çıxarır. Daim hərəkətdə olan Yer kürəsinin üzərində qalmaq üçün insan da hərəkət etməlidir. Elə bütün dərdlərimizin dərmanı da ağıllı hərəkət etməkdə deyilmi?
Davamı →