Əmir Teymurun Qarabağ sevgisi

“Biz kim, məliki-Turan, əmiri- Türküstan, millətlərin ən uluğu bolğan türknün baş boğunumuz!”
Əmir Teymur Korağan

Son illərdə türkdilli dövlətlər rəhbərlərinin, xüsusən, Türkiyə, Azərbaycan və Özbəkistan Prezidentlərinin ikitərəfli və çoxtərəfli görüşlərdəki çıxışlarında diqqəti yaxından cəlb edən türk birliyi ideyası və böyük Turan idealı mədəniyyətimiz tarixinin ortaq maraqlarla bağlı bir sıra məsələlərinə yeni və çağdaş baxışı gündəmə gətirməkdə.

Davamı →

Monqol tarixi

Monqolların ərazisi və məşğuliyyəti. Monqollar Kulun — Bugir gölündən başlayaraq Altay dağlarının qərb ətəklərinə qədər uzanan ərazidə qədim zamanlardan yaşamışdılar. Monqolların bir hissəsi çöllərdə köçəri maldarlıqla, mal-qarası olmayan tayqada yaşayan başqa bir hissəsi isə meşə monqolları ovçuluqla məşğul olurdu. «Monqolların nəsli haqqında qiymətli rəvayətlər» əsərində monqollar «keçə alaçıqlarda yaşayan» adamlar adlandırılır.

XII əsrdə monqollar arasında qəbilə münasibətləri dağılmağa başladı. Dağılmış qəbilələrin ayrı-ayrı hissələri birləşib ordular yaradırdı. Ordu birləşməsinin başında ən iri maldarlardan seçilmiş hərbi rəislər — bahadır və noyonlar dururdu. Onlar otlaqları ailələr arasında bölürdülər. Daha çox köçərini hakimiyyəti altında birləşdirən noyon və bahadır xan titulu daşıyırdı. Noyonların tayfasına mənsub olan istehsalçılar xaraçular adlanırdı. Onlar noyonlara tabe idilər, onlar üçün kumız (at südündən hazırlanmış sərinləşdirici içki) hazırlayır, sürülərim otarır və s. işlərini görürdülər.


Ardı →

Böyük monqol imperatorluğu

XII əsrdə monqollarda qəbilə quruluşu  dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207-1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219-1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu.
1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
1235-ci ildə nəvəsi Batı xan Avropanın cənub-şərqinə yürüş etdi. O, Xəzər və Azovdan başlayaraq Rusiyanı cənub-şərq çöllərinədək işğal etdi və 1237-ci ildə Ryazanı, 1238-ci ildə Vladimir şəhərlərini ələ keçirdi. 1240-ci ildə Kiyev və Volın şəhərlərini də tutdu.1251-ci ildə Batı xanın köməyi ilə Münke xaqan oldu. Artıq orduda üsyanlar baş verməyə başladı.


Davamı →