Motivasiya edici və ruhlandırıcı sitatlar

Kainatda yalnız bir şey üzərində tam nəzarət etmək hüququnuz var – düşüncələriniz.
Hər hansı bir  vəziyyətdə  nə düşünəcəyinizə yalnız özünüz  qərar verə bilərsiz. Düşüncələriniz  və duyğularınız  sizin davranışlarınızı  müəyyən edir və  bu da əldə etdiyiniz nəticələrə təsir edir.   Hər şey sizin düşüncələrinizdən başlayır. Ruhlandırıcı sözlər sizin fikirlərinizin tez bir zamanda dəyişməsinə, enerjinizin qalxmasına və əhvalınızın yaxşılaşmasına səbəb ola bilər. 
Davamı →

Dahilərdən motivasiya edən sözlər

Məqsədimiz mümkünsüzü mümkün etmək, mümkünü asan etmək, asanı da zərif və zövqlü etmənin yollarını tapmaqdır. (Dr.Feldenkrais)

Kifayət qədər səbəbiniz varsa, hər şeyi edə bilərsiniz. (Jim Rohn)

Həyatdan qorxmayın uşaqlar; yaxşı və doğru bir şeylər etdiyiniz zaman həyat elə gözəl ki! (Dostoyevski)

İnsanoğlunun içində yatan güclər vardır; özü bilsə çaşar. Çünki bu güclərə sahib olduğu ağılından belə keçməz. Bu gücləri oyandırıb hərəkətə keçirə bilən adamın həyatında böyük bir inqilab olar. (Swett Marden)

Möhtəşəm şeylər, ancaq içlərindəki bir şeyin, şərtlərin üzərində olduğuna inanma cəsarətini göstərənlər tərəfindən edilmişdir. (Bruce Barton)

Həyat bir velosipedə minmək kimidir. Pedalı fırlatmağa davam etdiyiniz müddətcə yıxılmazsınız.  (Claude Pepper)

Ümidlə yol getmək gediləcək yerə çatmaqdan daha gözəldir. (Louis Stevenson)

Bir işi doğru etmək, nə üçün yalnış etdiyini izah etməkdən daha az zaman aparır.  (Henry Wodsworth)
Ardı →

Özünüzə inanırsınız? Özünəinamın 15 şərti

1. Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.
2. Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.
3. Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı başvermiş ən kiçik uğurlarla bağlı xatirələn üçün başaldın.
Davamı →

Motivasiya və uğur qazanmaq üçün taktikalar

Hər bir iş, uğurlu alınması üçün bizdən yüksək enerji tələb edir. İşgüzar adam nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Məsələn, təsəvvür edin ki, çox tənbəl və daim mənfi enerji daşıyan bir müdiriniz var. Siz belə müdirin yaratdığı mühitdə nə qədər yüksək rüh yüksəkliyi ilə işləyə bilərsiniz? Bəllidir ki, bu, mümkün olan bir şey deyil. Ancaq daim böyük ruh yüksəkliyi ilə çalışan, qarşısındakı insanlara müsbət enerji verən insanlarla işləmək, uğur qazanmaq üçün çox yaxşı vasitədir.
Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır. Aşağıda təqdim edilən ipucları, özünüzü motivə etməyiniz və bunu qorumağınız üçün çox faydalı olacaq. Bunlar, praktik və nəticəyə yaxın tövsiyyələrdir. Tətbiq edilməyənə kimi, heç bir irəliləyiş gözlənilmir.
Davamı →