İnsanları nələr motivasiya edər?

Həyat insanlara hər zaman sevinc bəxş etməz. Yaşadığımız bu zamanda  insanlarla,  xəstəliklərlə və saysam bitməyəcək müxtəlif nüanslarla mübarizə aparmalıyıq. Amma hər insan eyni ola bilməz və fərqlidir. Bəziləri bu mübarizəylə əzmlə vuruşmağına baxmayaraq, bəziləri  isə özlərində o gücün olduğuna inanmırlar, geri çəkilirlər.
İndi bütün dünya koronavirus adlı pandemiyayla mübarizədədir.   Rəsmi xəbər mənbələrindən əldə etdiyimiz  məlumatlara görə xeyli sayda insan bu xəstəlikdən ölüb və ya yoluxub. Bir çoxumuz hər şeyin yaxşı olacağına inanarkən, bəzilərimiz həyatdan küsüb sadəcə yaşamaq xətrinə vaxtımızı dəyərsizləşdiririk.
Davamı →

Yaşamağa bir ilimiz qalsa

Antoni Burgers hələ ömrünə bir il qaldığını öyrənəndə 40 yaşı var idi.Onda beyin şişi var idi və bu onu bir il ərzində öldürə bilərdi.Antoni bilirdi ki,mübarizə onun öz əlindədir.O,tamami ilə müflis idi və öləndən sonra dul qalacaq olan arvadı üçün heç bir şeyi yox idi.
Antoni keçmişində heç vaxt yazıçı olmamışdı,ancaq o bilirdi ki ,onun içində yazıçılığa qarşı böyük bir potensial var.Arvadı üçün yeganə edə biləcəyi şey bu oldu:

Davamı →

Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir?

Uşaqların "əla" və ya «zəif» qiymət almaq qorxusu ilə yox, öyrənmək həvəsi ilə oxumalarına nail olmaq gözəl bir xəyal kimi görünə bilər. Amma bu, xəyal olmaya da bilər.
Davranışları yönləndirən ilk faktor daxili (təbii maraq), digərləri isə xarici (mükafat və ya cəza) motivasiyalardır. Bəs, uşaqların yaxşı oxumalarını hansı daha yaxşı təmin edər? Onların mükafatlandırılmadan zövq almasına nail olmaq mümkündürmü?
Davamı →

İş axtararkən motivasiyanı yüksək tutmağın yolları

Iİş axtarışı çətin bir prosesdir. Bu prosesi yaşayacaq və sona çatdıracaq yeganə şəxs insanın özüdür. Aylarla davam edən iş axtarışı prosesi əhvalının pozulmasına və imtina etməyinə səbəb ola bilər. Ancaq dediyiniz kimi, bu çətin prosesi idarə edəcək şəxs sizsiniz. İş axtarışı prosesində həyatınızı bu mərkəzdə planlaşdırmaq işinizi asanlaşdıracaq.

Davamı →

Emosional intellekt uğur mənbəyi kimi

Həyatda uğur qazanmaq hər kəsin istəyidir. Gündən-günə dəyişən dünyada öz duyğularını, eyni zamanda digər insanların duyğularını anlamaq, bu duyğuları idarə edərək onları nizamlamaq isə hər kəsin edə biləcəyi bir fəaliyyət deyil. Bildiyimiz kimi, insan zəkasının əsasını təşkil edən intellekt haqqında əsaslı və qəbul olunmuş bir nəzəriyyə yoxdur. Lakin buna baxmayaraq, intellektin müxtəlif modelləri irəli sürülmüş, araşdırmalar, təcrübələr aparılmışdır.
İntellekt dedikdə hər kəsin ağlına ilkin olaraq İQ, yəni məntiqi zəka göstəricimiz gəlir. Məntiqi zəka əlbəttə ki, biliklərin qazanılması və onların istifadəsi üçün çox önəmlidir. Lakin İQ-sü yüksək olub həyatda uğuru və xoşbəxtliyi tapmayan insanlar da var.
Davamı →

İlham pəriləri

İngilis qəzeti “Guardian”ın yazarı Saymon Gog məşhur yazıçı və şairlərə ruh verən, onları motivasiya edən şəxslər haqqında məqalə yazıb.

Gay Valeri Katull və Klaudia Palçer
Eramızdan əvvəl yaşamış romalı şair Gay Valeri Katull sevgilisini şeirlərində “Lezbia” adı ilə anıb. Onun “Lezbia”sı dövrünün aristokrat ailələrindən birinin qızı Klaudia Palçer idi. Katullun “qara ilham pərisi” Klaudia əslində onun əyyaş və qumarbaz əmisi oğlu ilə evli olub. Şair erotik şeirlərində Lezbiaya dərin sevgi, ehtiras və heyranlığı deyil, sevdiyi qadına qovuşa bilməyən insanın ağrısını, nifrət və peşmanlığını qabardıb. Bəzi mənbələrə görə latın dilinə “basium”, yəni “öpüş” sözünü də məhz Katull gətirib.
Davamı →

Nə üçün insanlar motivasiyasını itirirlər?

Hər bir rəhbər ən azı bir dəfə motivasiyasını itirmiş insan və ya insan qrupu ilə işləməli olub. Kədərlidir, elə deyilmi?

Biz bir məsələ ilə məşğul olarkən, bu işə qoşulmaq və nəticələr əldə etmək istəməyənlərlə dil tapmaq çətin olur. Bəzən biz onların mənfi münasibətini mənfi cəhət kimi qəbul edirik və hesab edirik ki, belə insanlara sadəcə özləri üzərində işləmək lazımdır.

Problemin əsas mahiyyətini anlamaq üçün, başa düşmək lazımdır ki, insana ilham mənbəyini hiss etmək və elədiyi hər şeydə məna tapmaq istəyi xasdır. Bizim təbiətimiz belədir. Məlumdur ki, insanın beynində yeni bacarıqlar əldə etmək və mürəkkəb, lakin mənalı tapşırıqları yerinə yetirmək üçün təbii impulslar yaradan mükafatlandırma sistemi mövcuddur. Bu ehtiyacları qarşıladıqda bizdə dopamin maddəsi – motivasiya və zövq üçün məsul olan neyromediator yaranır, bundan sonra bu fəaliyyət ilə məşğul olmaq istəyimiz daha da artır. Mükafatlandırma sistemimiz aktivləşdikdə, biz özümüzü daha motivasiyalı, məqsədyönlü və ilham almış hiss edirik. Həyatın dadını hiss edirik.
Davamı →

Tərif – həqiqətən nəticələri yaxşılaşdırır

Yapon tədqiqatçıları insanın tərif eşitdikdə işinin daha da yaxşılaşdığını elmi cəhətdən sübut etmişlər.

Tərif – bu ilhamdırmı?


Bir qrup yapon alimi tərəfindən aparılan tədqiqat sübut edir ki, insan tərif eşitdikdə və pul mükafatı aldıqda beyinin striatum adlı hissəsi aktivləşir. Beyinin bu hissəsi isə aktivləşdikdə insan öz işini yerinə yetirməyə daha həvəsli olur.

Tədqiqatın iştirakçıları belə bir tapşırıq aldılar: onlar müəyyən ardıcıllıqla kompüterin klaviaturasında klavişləri basmalı və bunu 30 saniyə ərzində mümkün qədər tez etməli idilər. Bunu etdikdən sonra onları üç qrupa böldülər. Qrupun birinə iştirakçıların hər birini ayrılıqda tərifləyən bir şəxs təyin olundu. İkinci qrupa isə ümumilikdə tərif edildi. Üçüncü qrupda isə iştirakçılar öz nəticələrini özləri qiymətləndirdilər.
Davamı →

Zövqə istiqamətlənən davranış

Bir çox motivasiya fikirlərinin təməlində Hedonizm prinsipi durur. Hedonizm – həzzin mütləq mənada yaxşı olduğunu, insan davranışlarının həzzi təmin edəcək şəkildə planlaşdırılması gərəkdiyini, davamlı olaraq zövqə yönəlik fəaliyyətə istiqamətlənmənin ən uyğun davranış olduğunu əks etdirir. Bu prinsipin izləri qədim yunan filosoflarına qədər gedib çıxır. Hedonizmin təməlində, davranışın zövqə yönələcəyi və ağrıdan qaçacağı anlamı durur. Insanların alternativ seçimlər etdiyi hər vəziyyətdə, hərəkətin yönü zövqü maksimal etməyə və ağrı hissini minimuma endirməyə yönələcəkdir. (Vroom, 1964)
Davamı →