Möhtəşəm sivilizasiya: Qədim Misir
Qədim Misir insanın minilliklər əvvəl qurduğu incəsənət və elm cəhətdən ən heyranedici sivilizasiyalarından biridir. Qədim misirlilər ibtidai cəmiyyətin davamçısı olmayacaq qədər dərin təcrübə və biliyə malik idilər. Batil bütpərəst dinə mənsub olan misirlilər arasında hz. Nuh, hz. İbrahim dövründən qalan incəsənət biliyinə malik ustalar vardı. Bu yəhudi ustalar keçmiş peyğəmbərlərin dövründən öyrəndikləri bilikləri tətbiq edirdilər.
Dövrümüzdə dünyanın bir çox ölkəsi misirlilərin mədəniyyət səviyyəsinə çata bilməyib. Bu gün Afrikanın müxtəlif bölgələrində, Cənubi Amerikanın bəzi yerlərində, Asiya torpaqlarında, Misir də daxil olmaqla, bir çox ölkədə keçmişdəki sivilizasiya səviyyəsindən çox geri qalmış həyat tərzi hökm sürür. Tibb, anatomiya başda olmaqla, şəhər planlaşdırma, memarlıq, incəsənət, toxuculuq kimi sahələrdə çox irəliləmiş Misir sivilizasiyası bu gün böyük təqdir və heyrətlə elm adamları tərəfindən tədqiq olunur.
Tibbin mənşəyi qədim Misirdə
Qədim Misirdə tibbin çatdığı inkişaf səviyyəsi çox təəccüblüdür. Qazıntılarda əldə edilmiş tapıntılar arxeoloqlarla yanaşı, bir çox tarixçini də heyrətə salmışdır. Çünki heç bir tarixçi e.ə. 3000-cü ildə yaşamış qədim sivilizasiyadan bu cür inkişaf etmiş texnologiya gözləmirdi. Bu gün rentgen şüaları vasitəsilə mumiyalar üzərində aparılan təhlillər nəticəsində qədim Misirdə beyin əməliyyatlarının aparıldığı üzə çıxmışdır. Üstəlik, bu əməliyyatlar olduqca peşəkar metodlarla həyata keçirilmişdir. Cərrahiyyə əməliyyatı aparılmış mumiyaların kəllə sümüyünü tədqiq etdikdə əməliyyat yerlərinin düzgün kəsildiyi görülüb. Hətta bu insanların əməliyyatdan sonra həyatda qaldıqlarını sübut edən bitişmiş kəllə sümüklərinə rast gəlinmişdir.
Ardı →