Azərbaycanlı şair, bəstəkar Onegin Hacıqasımov haqqında

Onegin Yusif oğlu Hacıqasımov 1937-ci ildə Bakıda qatı dindar ailəsində anadan olub. Anası Mahtaban xanım rus ədəbiyyatı vurğunu olduğu üçün Puşkinin ölümünün 100-cü ilində dünyaya gələn oğluna dahi rus şairinin qəhrəmanı Yevgeni Oneginin şərəfinə Onegin adını verir. 5 ildən sonra bu cütlüyün bir uşaqları da dünyaya gəlir. Ona Nizami adını verirlər. Həmin il, 1942-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi idi.

Davamı →

Sara Qədimova

1938-ci ildə Bakıda Azərbaycanda özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilirdi. Həmin vaxt müsabiqə iştirakçıları arasında olan 16 yaşlı yeniyetmə qız da çıxış üçün öz növbəsini həyəcanla gözləyirdi. Ürəyi əsim-əsim əsir, ilk dəfə səhnədə nəhəng ustadların — Üzeyir bəy Hacıbəylinin, Hüseynqulu Sarabskinin, Yavər Kələntərlinin, Əhməd Bakıxanovun, Qurban Pirimovun, Zülfü Adıgözəlovun qarşısında çıxış edəcəyi, imtahan verəcəyi üçün həyəcandan doğan narahatlıqla var-gəl edirdi..

Sara Qədimova


Davamı →

Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi

  • Musiqi
9 noyabr Dövlət Bayrağı günüdür. Məşhur “Şuşanın dağları” mahnısının da üçrəngli bayraqla bağlılığı var.
Xalq mahnısı kimi tanınan, indiyədək bir çox sənətkarlar tərəfindən ifa edilən,  Şuşanın gözəllikləri əks olunan bu mahnının ilk ifaçısı Xan Şuşinski olub. Xan Şuşinski səsinin qanadlarında təkcə dünyanı dolaşmırdı. O, eyni zamanda, Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini bütün dünyaya tanıdırdı. Buna görə də böyük nüfuz və hörmət-izzət sahibi olub. Mürəkkəb muğamların mahir bilicisi və ifaçısı olan Xan Şuşinski Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. Səsinin ahəngi zəngulələrə böyük imkanlar açıb. O, muğamların ruhuna uyğun qəzəllər seçməkdə də mahir olub.

Davamı →

Vaqif Mustafazadə - Dünyanı heyran edən istedad

Vaqif Mustafazadəni Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar
Onu Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar. Vaqif Mustafazadənin adı musiqi tariximizə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini  — Caz-Muğam sintezini yaradan bəstəkar kimi yazılıb. «Caz ürək musiqisidir» deyən bəstəkarı həmçinin, Azərbaycan Muğam Caz Hərəkatının memarı hesab edirlər. „Vaqif Mustafazadə ekstra-klass səviyyəli pianoçudur. Dünya cazında ona tay olacaq ikinci sənətkar tapmaq çətindir”-deyə tanınmış amerikalı tənqidçi onun haqqında yazmışdı.

Davamı →

Azər Rzayev

Azər Rzayev 15 iyul 1930-cu ildə Bakı şəhərində Hüseyn Rzayevin və Azərbaycanda Ərəbzəngi rolunun ilk qadın ifaçısı, məşhur opera müğənnisi Həqiqət Rzayevanın ailəsində dünyaya göz açıb.
İlk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor S.Bretanitskinin sinfində və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində almışdır.
Davamı →