İran musiqisinin inciləri

Yazını İran rejissoru Abbas Kiarostaminin sözü ilə başlamaq istəyirəm: «Məni Hollivuda dəvət etdilər ki, filmlərimi rahatlıqla çəkə bilim. Səbəb olaraq İran dövlətində mövcud olan senzuraları göstərirdilər. Lakin mən onlara izah etdim ki, əgər bu senzuralar olmasaydı, mən Abbas Kiarostami olmazdım».

İran və ya fars mədəniyyəti öz zənginliyini və dərinliyini bəlkə də ölkədəki qadağalara borcludu. Məsələ qadağaları pozmağa çalışmaq deyil, o qadağalara riayət edərək azadlığını göstərə bilməkdir. Bəzən qadağalara riayət edilsə də, ölkədən çıxmağa məcbur qalan sənət adamları var.
Davamı →

Opera nədir?

«Opera» italyan dilində "əsər" deməkdir. Opera söz və musiqinin, oxuma və səhnə hadisələrinin, vokal və instrumental ifanın vəhdətindən yaranmışdır. Başqa sözlə desək, opera poeziyanın, dramatik teatrın, rəngkarlığın, plastikanın, vokal və instrumental musiqinin sintezindən ibarətdir. Onun əsas mövzusunu xeyirlə şərin, işıqla qaranlığın, məhəbbətlə nifrətin mübarizəsi təşkil edir. Opera musiqiyə söykənən dram, yaxud komediyadır. Operada dramatik mətnlər müğənnilərin oxuması ilə təqdim olunur. Bu, həmişə orkestrin müşayiətilə baş verir.

İlk operanın vətəni İtaliyadır. O, incəsənətin digər növlərinə nisbətən gənc janr hesab olunur. Rəngkarlıq, heykəltəraşlıq, memarlıq, vokal musiqisi minilliklər boyu inkişaf etdiyi halda, ilk operalar XVI və XVII əsrlərin qovşağında meydana gəlmişdir. Özünün tarixi və bədii dəyərini indimizə qədər qoruyub saxlayan ilk operanın müəllifi İtaliyanın dahi bəstəkarı Klaudio Monteverdidir. Onun musiqili nağıl adlandırdığı «Orfey» operası 1606-cı ildə səhnəyə qoyulmuşdur. Sonralar Avropanın digər ölkələrinə də yayılmış bu yeni incəsənət janrına müxtəlif adlar verilmişdir. Fransada qəhrəmanlıq operalarına «musiqili faciə» deyirdilər. Almaniya və Avstriyada alman mətninə yazılan, həm danışıq, həm də oxumaqla cərəyan edən əsərlər «oxumaqla gedən pyes» adlanırdı, Rusiyada operaya «səslə oxumaq dramı» adı verilmişdi.
Davamı →

Notlar necə yaranıb?

Notlara ilk dəfə ad verən şəxs11-ci əsr İtalyan musiqiçisi Qvido d'Aretso olub. O, bunun üçün Müqəddəs İohanna ithaf olunmuş qədim kilsə himninin sətirlərinin ilk hecalarını götürmüşdü.

Himnin sözləri aşağıdadır:
UT queant laxis
REsonare fibris
MIra gestorum
FAmuli tuorum
SOLve polluti
LAbii reatum
Sancte Ioannes

Tərcüməsi:
Qulların sənin işlərinin
möcüzələrini mədh etsin deyə,
onların ağızlarından
günahları (yalanları) götür,
ey müqəddəs İoann.
Davamı →

Musiqiləri könüllər məlhəmidir

  • Musiqi
Böyük müəllimə istedadlı tələbənin minnətdarlıq ifadəsi
Nizami dühasının qüdrəti, Məhsəti şerinin sehri, Cavad xanın qeyrəti sayılan Gəncə torpağında, 1922-ci ildə Fikrət Əmirov kimi daha bir layiqli övlad dünyaya göz açır. Görkəmli tarzən, mahir xanəndə, eləcə də istedadlı bəstəkar Məşədi Cəmil Əmirovun ailəsində dünyaya dələn F.Əmirovun uşaqlıqdan muğamlar, xalq musiqisi canına, qanına hopmuş, qəlbinə hakim kəsilmişdir. Əlindəki tar isə onun əbədi, sadiq dostuna, qəlb sirdaşına çevrilmişdir. İllər keçəcək uşaqlıqda eşitdiyi gözəl havalar bəstəkarın "Şur«u və „Kürd ovşarı“nda duyulacaq, „Azərbaycan kapriççiosu“ kimi gözəl musiqi əsəri yaradacaq.

Tale Fikrət Əmirova Məşədi Cəmil kimi ata bəxş etmişdi. Məşədi Cəmil bütün varlığı ilə oğlunun onun yolunu davam etdirməsini arzulayırdı. Lakin həyatın sərt qanunlarına görə Fikrət atasını erkən itirir. Anası Dürdanə xanım Fikrəti 16 yaşındaykən Bakıya — Məşədi Cəmilin yaxın dostu Bülbülün yanına gətirir, o isə öz növbəsində Fikrəti Üzeyir bəylə tanış edir.
Davamı →

Gedək üzü küləyə

  • Musiqi
Sevgilim, tut əlimdən,
Gedək üzü küləyə.
Rahatlıq gəzmirəm mən,
Gedək üzü küləyə.

Qoy göynəsin üzümüz,
Qoy yaşarsın gözümüz,
Bükülməsin dizimiz,
Gedək üzü küləyə.

Yollarda daş-kəsək var,
Yollarda gül-çiçək var.
Yollarda qar-külək var,
Gedək üzü küləyə.

Biz axşamla,səhərlə,
Gəl üzləşək hünərlə.
Günlərlə, həftələrlə,
Gedək üzü küləyə.
Davamı →

Payız ətirli mahnılar

  • Musiqi
Payız fəsli sərin hava ilə yanaşı, yanında romantik abı-hava da gətirir. Küləksiz, narın yağış altında şəhəri gəzmək, sevdiyiniz insanlarla bir stəkan isti çay və səmimi söhbət. Bu fəslin öz dəbi, öz rəng uyumu olduğu kimi musiqiləri də var.

1. Dəniz, məni də apar...

Davamı →

Пушкин в музыке

Пушкин. Именно он – тот Сын, с именем кого связан Золотой век русской поэзии. Поэта читают и чтят всюду и всегда. В Эфиопии, исторической родине Александра Сергеевича, ему воздвигли памятник и написали на памятнике «Наш поэт». Но творец слова «памятник себе воздвиг нерукотворный» также в сердцах творцов музыки. И следствием такого покорения является то, что по произведениям Пушкина создано более 20 опер, более 10 балетов и более 1000 романсов и песен. Каждый из этих музыкальный произведений несет в себе частицу гения, что придает им особую жизненную силу. А ведь сам гений, считая любовь высшей силой жизни, уподоблял ее музыке. Песни, написанные на стихи поэта, включаются в состав песенников наряду с народными песнями, ведь Пушкин сам был поэтом народа.


Davamı →

Musiqinin təbiətə təsiri

Musiqi hisslərin stenoqrafiyasıdır
-          L. Tolstoy
 
Musiqinin təbiətə təsirindən danışmazdan əvvəl, musiqi ritmlərinin nizamlayıcısı sayılan metronomdan danışaq. Çünki metronomsuz heç bir musiqi mümkün deyildir. Metronom sabit bir ritm verə bilən alətdir. Təbiətdə metronom var mı? Əlimizi nəbzimizə qoysaq, görərik ki var. Nəzərə alsaq ki, insan ətrafında olan bütün reallıq təbiət adlanır və biz də digər insanların ətrafında olan reallıq sayılırıq, demək biz də təbiətin bir hissəsiyik və metronom da elə bizim qəlbimizdir. Demək biz təbiətin musiqisində ən önəmli alətlərdənik. Musiqinin kakofoniya yox, unison olması üçünsə metronom aritmiya verməməlidir. Bununçünsə biz sadəcə “qəlbimizin səsini duymalıyıq”.[1]
Davamı →

Leninqrad simfoniyası

  • Musiqi
II Dünya müharibəsinin ən ağır blokadalardan biriolan Leninqrad mühasirəsi, 8 sentyabr 1941-ci ildə şəhərə gedən sonuncu yolunda kəsilməsi ilə başlamışdı.

İndiki adı St. Peterburq olan Leninqradın ələ keçirilməsi Hitlerin SSRİ-ni istila etmə planında üç strateji hədəfindən biri idi. Şəhərin siyasi,hərbi və sənaye baxımdan çox əhəmiyyətli olması, nasistlərin buranı hədəf seçməsinə səbəb olmuşdu. Nasist ordusu şəhərə gedən bütün qida kanallarını kəssə də, bu çətinlik qarşısında heç cür təslim olmayan sovet xalqı ilə qarşılaşmışdılar.

Qızıl Ordu üçün həyati əhəmiyyəti olan şəhərin tək qida kanalı Ladoqa gölü vasitəsilə çatdırılırdı. Şəhərə yardım soyuq aylarda donan Ladoqa gölünün üzərindən yük maşınları ilə gəlirdi. Qış aylarında -35 dərəcəyə qədər şaxta olan şəhərdə insanlar aclıqdan at, it, pişik və hətta insan əti belə yeməyə məcbur olurdu.
Davamı →

Caz skripkaçıları

  • Musiqi
Staf Smit
Staf Smit — caz skripkasını yaradanlardan biridir. Smit bu alətdə çalmağa 1930-cu ildə başlayanda onun 20 yaşı vardı. Smitin ifası «xuliqansayağı oynaq» tərzi ilə seçilirdi. Bu skripkaçının çıxış etdiyi, onun özündən başqa Cimmi Consun (fortepiano) və Con Liviinin (bas) daxil olduğu trio «Onyx Club» səhnəsində müntəzəm çıxışları sayəsində bütün caz aləmində məşhurlaşmışdı. Təəccüblü də olsa, faktdır: zərb alətlərində ifaçının daxil olmadığı bu üçlük ritmik «pulsasiya» yarada bilirdi. Onların ifasının yeganə yazıları «Asch» firması tərəfindən aparılmışdır.
Davamı →