“Salvador Dali” muzeyi


Salvador Dalinin teatr-muzeyi 1974-cü ildə İspaniyanın Fiqeras şəhərində açılıb. Dali bu şəhərdə doğulub. Muzey-teatrın yaradılmasında rəssamın böyük zəhməti olub. O, bura özünəməxsus qəribə ştrixlər əlavə edib. Məsələn, binanın damında nəhəng iri yumurtavari fiqur yerləşdirib. Muzeydə məşhur rəssamın maraqlı əsərləri də saxlanılır. Burada Dalinin dəfn olunduğu türbə də var. O, xüsusi olaraq teatr-muzeyin fundamentində yerləşdirilib.
Ardı →

Mədəniyyət və sənət mərkəzi Madrid - Fotolar

  • Turizm

Kayzen.az ailəsi olaraq Avropanın ən gözəl və tarixi şəhərlərindən biri hesab edilən Madridin gəzməli və görməli yerləri haqqında maraqlı məlumatları oxucularımızın diqqətinə çatdırırıq. İspaniyaya 1561-ci ildən paytaxtlıq edən bu şəhər Avropanın ən yüksək paytaxtlarından biridir və dəniz səviyyəsindən 651 metr yüksəklikdə salınmışdır. Hər il milyonlarla turistin ziyarət etdiyi bu şəhər tarixi tikililəri, muzeyləri, geniş meydanları və parkları ilə əyləncəli zaman keçirmək istəyənlər üçün əvəzedilməz məkandır.

Madrid Prado Muzeyi: Madridin görüləcək yerlər arasında ön sıralarda olan Prado Muzeyini ildə təxminən 2 milyon turist ziyarət edir. Picasso kimi məşhur rəssamların əsərləri burada sərgilənir.


Ardı →

Popular Muzey

Fransanın paytaxtı Parisdəki Luvr Muzeyi ötən il dünyada ən çox ziyarət edilən məkanların reytinqinə liderlik edir.The Art Newspaper-in apardığı araşdırmanın nəticələrinə görə, ötən il Luvra 9,7 milyon nəfər baş çəkib.

Reytinqdə 2-ci yeri Nyu-Yorkdakı MoMA, 3-cü yeri isə London Muzeyi tutub.

Dünyanın ən populyar sərgisi isə Tokiodakı Metropoliten Muzeyindəki Dutch Old Masters olub.
Davamı →

Tretyakov qalereyası

Tretyakovun 28 yaşı vardı.
O vaxtkı tacir dünyası ətalətin, acgözlüyün və cəhalətin təcəssümü idi. Amma tacir Tretyakovun duyğuları və fikirləri bu fonda açıq-aşkar ziddiyyət yaradırdı. Pavel Mixayloviç dörd il sonra ilk xarici səfərinə çıxarkən vəsiyyətnamə qoyub getmiş və yazmışdı: «Gümüş pulla yüz əlli min rublluq kapitalımı Moskvada rəsm muzeyinin və ya ictimai şəkil qalereyasının qurulması üçün vəsiyyət edirəm. Rəngkarlığı, həqiqətən, sevdiyimə görə mənim üçün çoxlarına fayda, hamıya zövq verən ictimai, hamı üçün açıq incəsənət xəzinəsinin əsasını qoymaqdan yaxşı arzu ola bilməz».
Davamı →

Tula silah muzeyi

Tula şəhəri hələ XVI-XVII əsrlərdə Rusiyanın əsas silah istehsalı mərkəzinə çevrilmişdi. 1712- ci ildə I Pyotrun əmri ilə Tulada silah zavodu tikildi. I Pyotr belə bir əmr də verildi: «Silahları əbədi şöhrət üçün xatirə saxlamalı”. Bu əmrdən sonra Tula silah ustaları istehsal olunan nadur silah nümunələrindən xatirə kimi saxlamağa başladılar.    


Ardı →

Ermitaj

Dünyanın ən iri muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Muzey 5 binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-birilə əlaqəli tikilib. İlk vaxtlar eksponatlar Qış sarayının otaqlarında yerləşdirilib.


Ardı →

Barmaqlıqlar arxasındakı muzey!

Bir ailədə dünyaya gəlib, böyüyürsün, məktəb oxuyub, sonra da hansısa bir sənətə yiyələnmək üçün ali məktəbə üz tutrsan. Kimi texniki, kimi humanitar fənlər üzrə təhsil alır və sabahkı günü üçün bir peşə sahibi olur.


Elələləri də var ki, ailə içində dünyaya gəlmir, istədiyi kimi məktəb oxuya bilmir, burda artıq ali təhsildən söz belə getmir. Çoxu güclü olur, bu vəziyyətin içində çıxmağı bacarırı, çoxunun üzünə şans üfürür, çoxuna isə acı tale. Bəli, çoxları həyat qazanında yaxşı qovrula bilmir, hayıf olur. Avara adını alıb, bu adı doğrultmağa səy göstərir. Bəlkə də bunu istəmir, bəlkə də buna məcburdur, ya əksinə, hər halda avaralana-avaralana axır-əvvəl gəlib çatacağı mənzil barmaqlılaqlar arxasındakı dörd divar olur. Türmə!


İndi düşünürük ki, türmə adı çəkildisə burda söz cinayətkarlardan, oğrulardan, fırıldaqçılardan gedəcək, amma, belə deyil. Əslində mənim demək istədiyim başqadır. İnsan azadlıqda azaddır, istədiyini edə bilər, öyrənə bilər və yaşaya bilər, türmədə isə yox. Amma, türmədəkilər elə şeylər öyrənirlər ki, azadlıqdakıların bir çoxları şeyləri ya təhsil alaraq, ya bir usta yanına gedərək öyrənirlər.


Ardı →