İtburnuda nələr varmış...

Dədə-babadan görmüşük ki, qan təzyiqinin endirilməsində və böyrək xəstəliklərində itburnudan geniş istifadə edilir. Hətta itburnu çayını bir neçə gün dalbadal içmək normal insanın təzyiqini o qədər aşağı sala bilir ki, göz qapaqlarını belə qaldırmağa əziyyət çəkirsən.
Ardı →

Arı məhsulları ilə müalicə

Bilməyib danışmaq,bilirkən susmaq qədər pis əməl hesab edilir.Buna görə də mən öz bildiklərimi sizinlə bölüşməyi özümə borc bildim.
Arı məhsullarının müalicəvi əhəmiyyətinin böyük olduğunu artıq hamı bilir,lakin,hansı xəstəliyə görə nəyin necə qəbul etmək lazım olduğunu çox az adam bilir.Biz həkimə gedərkən sağlamlığımızı kimə gəldi etibar etmirik,mütəxəssis axtarırıq,alınan dərmanların da keyfiyyətinə əmin olmaq istəyirik.Hər şeydən öncə isə dəqiq diaqnoz lazımdır.Bütün bunları deməkdə məqsədim,belə bir insanı tanımağımdır.
Ardı →

Arılar və onların müalicəvi əhəmiyyəti

Tanrının yaratdığı möcüzələrdən biri də arıdır.Arı Yer üzündə olan canlıların ən işgüzar və ağıllısıdır. Arı ailəsini işi bütünlüklə qanunlar əsasında qurulub. Əgər bu qanunlar insanlar tərəfindən öz yaşayış tərzlərinə tətbiq edilərdisə onda insanların həyatı daha gözəl,əməlləri düz və işləri rəvan olardı. Təəccüblüdür ki,arı ailəsində işlər bir neçə yerə bölünmüşdür.Arı ailəsində gözətçi arılar,kəşfiyyatçı arılar,döyüşçü arılar,hava haqqında məlumat verən arılar,süd verən arılar,dişi və erkək arılar,arı şanını dəqiq yığan arılar və nəhayət ana arı vardır.
Ardı →

Problemin kökünü həll etmək

Bəzən oturub düşünürəm. Düşünürəm ki, görəsən məsələnin kökünün həlli məqsədə uyğundur, yoxsa məsələnin nəticəsinin? Bir problem yaranır və biz onu ortadan qaldırmalıyıq və bunun üçün qarşıda iki yol var. Sən o peroblemin yaratdığını aradan götürməlisən və yaxud da o problemin kökünü tapıb, onu yox eləməlisən. Yəqin ki, bu yerdə məsələnin kökünün həlli daha məqsədə uyğundur, nəinki nəticəsi.

Son vaxtlar “xəstəliklər yayılıb, baş alıb gedir” deyə ifadələr eşidirik. Bu xəstəliklər sırasında sonsuzluğa gətirib çıxaran xəstəliklər heç də az deyil. Həqiqətən də fikir versək axır vaxtlar müəyyən səbəblərdən dolayı uşaq dünyaya gətirə bilməyənlərin sayı artıb. Bu səbəblər sırasında bəlkə də xəstəliklər başda gedir. Bu xəstəliklər sırasından isə “yumurtalıqların polikistozunu” misal çəkim. İndi həkimə gedirsən, sənə bu diaqnozu qoyur və bəziləri dərman yazır, ki yumurtalıqların üstündəki bu kistadırmı, hər nədirsə, o yoxa çıxsın, bəziləri isə, ümumiyyətlə, əməliyyat məsləhət görürlər ki, yumurtalıqların üstündəki qatı götürsünlər.


Ardı →