I Dünya müharibəsinin sonuncu əsgəri də öldü

Tarix insanlarla yaşanır, tarix insanlarla yazılır. Hadisələr baş verir, sonra üstündən illər, qərinələr ötür, sən o hadisəni ya kimlərinsə xatirəsindən eşidirsən, ya da tarix kitablarından oxuyursan. Amma heç düşünmürsən ki, o hadisənin iştirakçısı, qəhrəmanı hardasa səninlə yan-yana yaşayır, ya metrodamı, ya dincəlmək üçün getdiyin parkdamı görmüsən onu. Ağlına da gəlmir, amma o adam uzaq keçmişdə qalmış, acılı-ağrılı bir tarixin parçası kimi dolaşır aramızda.
Ardı →

Oğulun ataya məktubu…

Gəlin, sizi bir məktubla tanış edim. Yalnız ona görə yox ki, bu gün 9 maydır və mən də sizləri təəccübləndirmək istəyirəm. Və həm də ona görə yox ki, o müharibənin daha bir unudulmuş Qəhrəmanını yada salaq və onun səmimiyyət dolu bu kiçicik məktubu o vaxtın insanlarının xarakterinə növbəti ştrix olsun. İlk növbədə ona görə ki, 24 yaşlı gəncin atasına məktubu Azərbaycanın son 20-30 illik tarixini də, bu günümüzü də anlamaqda yardım edəcək.
(Bu məktubu tərcümə edəndə oğlum Abdulla Şaiqin “Tülkü Həccə gedir” şeirini oxuyurdu)
Ardı →

Müharibəyə yox deyənlər!!!

müharibəyə nifrət edək!

Müharibə sevən insan varmı görəsən?
Fikirləşdim bir anlıq — niyə sevsin axı kimsə müharibəni?
Təsəvvür et ki, ölən insanlar, parça-parça olan cəsədlər, balaca uşaqlar, göz yaşları, yetişən nifrət ki, növbəti faciələrə səbəb olur və..
Təsəvvür et ki, məhz bu cümlələri oxuduğun an dünyada daha bir neçə insan öldü.
Təsəvvür et ki, ölən sənin anan, bacın, atan, dostun, qardaşın, uşağındır… Etdin?!
İndi təsəvvür et ki, dünyaya sülh çökdü. Buna kim sevinər?
Təsəvvür et ki, nə dövlətlər və onları ayıran sərhədlər var, nə millətlər və onların arasında yaradılan düşmənçilik var, nə millətçi egoizmi və snobizmi, nə Afrikada aclıq problemi olacaq, nə də ki, Avropadakılar bolluqdan əziyyət çəkəcək, nə dövlətlər arasında mübarizə və bu mübarizələrin qulları olan qara millət olacaq – heç nə!
Aramızda fərq qalmasa, siyasətçilər hara yox olacaq?
Müharibələr olub, var və olacaq – deməli bu kiməsə lazımdır. Sual — kimə?!
Ardı →

On nəfərdən biri | Perç Zeytunsyan

Tezliklə gələcəklər…
— Siqaretin var?
— Mən qorxuram … mən ölmək istəmirəm.
— Sakit ol, heç bir şey olmaz.
— Evdə, gizlində bir şüşə viski saxlamışam. Ələ keçirməyiblərsə, müharibə qurtarandan sonra içərəm.
— Mən soruşuram ki, siqaretin var?
— Şəhərdə bir tanışım var, pinəçidir. Müharibədən sonra gedib onun yanında şagird olacağam.
— Saat neçədir?
— Kimdə saat var ki…
Davamı →

Qarabağ müharibəsi

Artıq Qarabağ müharibəsindən 20 ildən artıq bir vaxt keçir və bu müddət kifayət qədər böyükdür ki, hadisələrə kənardan baxıb, səhvləri analiz edə bilək və bunların bir daha təkrarlanmaması üçün onlardan  nəticələr çıxaraq. Vaxtı ilə bu müharibənin birbaşa iştirakçısı olmuş, hazırda da hərbi psixologiya sahəsində ixtisaslaşmış bir şəxs kimi, elə bilirik ki, biz bu barədə, hansısa fərqli fikirlər söyləyə bilərik, və bu məqalədə də buna cəhd edirik.

Aşağıda biz bu müharibədə və ondan sonrakı mərhələdə Azərbaycan tərəfinin buraxdığı mümkün səhvləri ümumiləşdirməyə cəhd edirik və problemin həlli ilə əlaqədar mümkün olan yollar barədə öz mülahizələrimizi söyləyirik.

Ardı →

Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar

  • Hərb

Müharibə

Müharibə həyatın zəruri hadisəsidir.

A. F. Hegel

Bəşəriyyət yaranandan ta bu günə kimi (alimlərin hesablamalarına görə) Yer üzünə 400 milyarda qədər insan gəlib-gedib. Acı da olsa deməliyik — bu bir faktdır ki, həyat insana verildiyi kimi yaşamaq istəmir. İnsan həyatdan çox şey umur, çox şeyə nail olmaq istəyir. Bu isə axırda gətirib savaşa — müharibələrə gətirib çıxarır. Müharibələr… müharibələr… İnsan qanından doymayan müharibələr…
Ardı →