Mütaliənin faydasını təsdiq edən 3 elmi fakt

Kitablar intellektin artmasına kömək olur
Endinburq universitetinin və Londonun Kral kollecinin araşdırmacıları 1890 cüt əkizi 9 il ərzində testdən keçirdiblər. Onların oxuma qabliyyətini və İQ səviyyələrini yoxlayırdılar. Araşdırma nəticəsində məlum oldu ki, yaxşı oxumağı bacaran uşaqlar, öz qardaşlarıynan müqayisədə daha yüksək bilik qabliyyətinə malikdirlər. Alimlər güman edirlər ki, insanlar süjeti oxuduqca öz fantaziyalarında özlərini personajların yerinə qoymaqları sayəsində daha geniş düşünmə imkanınına malik olurlar.

Oxumaq insanları xoşbəxt edir
Liverpul universitetinin həmkarı Djozi Billinqton 400 mindən çox yetişkin insan arasında sorğu keçirib və oxuyan insanlarla oxumayanlar arasında bir neçə maraqlı fərqlilik tapıb. Oxucular qeyd edirlər ki, onlar daha az gərgin və depressiv olurlar. Həm də aydın oldu ki, bu insanlarda özünü qiymətləndirmə və problemləri həll etmək bacarığı daha yüksəkdi.
Davamı →

Bir həftəyə bir kitab

Bu sizin düşündüyünüzdən daha asandır və aşağıda təklif edilən üsuldan istənilən məqsədin əldə edilməsi və istənilən materialın mənimsənilməsi üçün istifadə etmək mümkündür. Pianinoda ifa etməyi öyrənmək, yeni əcnəbi dil əldə etmək və s. bu kimi məşğuliyyətlər belə bu üsula şamil edilir.

İlk olaraq oxuma planı yaradın
Birlikdə işləyəcəyiniz kitabları təyin edin. Bu məqsədlərinizi izləməyə imkan verəcək. Belə ki, bizlərdən bir çoxumuzun xyali tərtib etdiyimiz oxunacaq kitabların siyahısı çox tez bir zamanda qumdan hazırlanmış qala kimi uçub dağılır.
Davamı →

Xilasımız kitablardadır

  • Esse
Bugünlərdə, xalaoğlu ilə Nizami küçəsində gəzişdikdən sonra, elə oradaca özümüzü bir kənara verib, kitab oxumağa girişdik. Elə həmin an bir polis nəfəri təbəssümlə xalaoğluya tərəf yaxınlaşıb, xoş dillə “baxım, nə kitabıdır” — dedi və xalaoğlu da onun mülayim həvəsinə adekvat olaraq kitabı qeyri-ixtiyari uzatdı. Polisimizin kitaba belə maraq göstərməsi təəccübümə səbəb oldu və sadəlövhcəsinə bu hala sevinərək, “siz də kitabsevərsiniz?” deyə soruşdum.

— Yox, elə bildim siz kitab satışı ilə məşğulsunuz…
Davamı →

10 qısa əsər

Uzun əsərlər oxumaq üçün vaxtınız və səbriniz yoxdursa, bunu bəhanə edərək mütaliədən uzaqlaşmamalısınız. Çünki dünya ədəbiyyatında çox zaman tələb etməyən əsərlər də var.

1. «Sehrli ev» — Virciniya Vulf
Təxminən 700 sözdən ibarət bu əsər V.Vulfun modernist üslubunun təzahürüdür. Yazıçının digər əsərlərindən fərqli olaraq, bu əsər onun sonsuz fantaziyasının məhsuludur. «Sehrli ev» iki ruhun bir evdə gizlədilmiş xəzinə axtarışından bəhs edir. Sevginin gücü sehrli mövzusu və yazı üslubu olan hekayənin ana xəttini təşkil edir.

2. «Filin güllələnməsi» — Corc Oruel
Bu əsərdə fili öldürmək üçün çağırılan bir polis işçisindən bəhs olunur. Yazıçı zabitin əzəmətli varlığın əzablı ölümünə baxan zaman necə əziyyət çəkdiyini təsvir etməklə imperializmin əsl simasını göstərir.

3. "İldırımın səsi" — Rey Bredberi
Rey Bredberi 11 roman, 400-dən çox qısa hekayənin müəllifidir. Onun "İldırımın səsi" əsəri elmi-fantastik janrda indiyə qədər ən çox nəşr edilmiş və «kəpənək effekti» adlanan elmi fantastik mövzuda yazılmış ilk əsər sayılır.
Davamı →

Mütaliə haqqında | Gilbert Kit Çesterton

Görkəmli yazıçıların əsərlərinin mütaliəsinin əsas faydasından ədəbiyyata heç bir mənada pay düşmür. Bunun hətta bizim duyğularımızla, yazıçının dəst-xəttinin əzəməti ilə də hər hansı əlaqəsi yoxdur. Yaxşı kitabları oxumağın faydası ondadır ki, bu əsərlər bizə “əsl müasir insan” olmağı öyrədir. “Müasir” olduğumuz təqdirdə isə bız özümüzü sonuncu xurafata bağlamaqla, olan-qalan pulumuzu müasir dəbli şlyapaya xərcləyirik və buna görə özümüzü dəbdən geridə qaldığımız üçün qınayırıq. Yüzillik yol “həqiqi müasir insan”ların cəsədləri ilə doludur. Ədəbiyyat isə əbədidir, klassik ədəbiyyat ara vermədən dəbdə olmayan həqiqətləri, bizim söykənə biləcəyimiz yeni fikirlərin tarazlığını yadımıza salır.

Hərdənbir (xüsusilə də bizim indiki narahat dövrümüzdə) dünyada müxtəlif istiqamətlər üzə çıxır. Qədimlərdə onları cəfəngiyat, küfr adlandırıblar, indi isə ideya deyirlər. Bəzi hallarda onların faydaları da olur, bəzən isə tamamilə ziyan yetirirlər.
Davamı →

Joseph Brodskyə görə oxumağın qaydaları

Təbii kitab seçimimiz yaxşı kitabların üzrəində dayanmalıdır. Ancaq paradoks ordadır ki, ədəbiyyatda, hər yerdə olduğu kimi yaxşı və pis müstəqil kateqoriyalar şəklində mövcud deyil: yaxşı ancaq poslə müqaisədə ortaya çıxa bilir. Bundan əlavə, yaxıçı yaxşı kitab yazmaq üçün nəhəng miqdarda maklatura oxumalıdır — əks halda lazımi kriteriyaları müəyyənləşdirə bilməz. Və məhz üsul Qorxunc Məhkəmədə pis ədəbiyyatın mühakiməsini təşkil edə bilər.

Mütaliə sistemi haqda
Son nəticədə biz oxumağın özü üçün deyil, öyrənmək və dərk etmək üçün oxuyuruq. İnsanın hər vəziyyətinə uyğunlaşdırılmış, ən kəskin fokuslara hesablanmış, başqa sözlə ən qısa yola, mətnin yığcamlığına, presslənməsinə, əsərin dolğun və az yer tutmasına olan ehtiyac burdan doğur. Kitab xülasəçiləriylə bağlı rastlanılan üç pis vəziyyət

Davamı →

Kitabları sevmək üçün 8 məsləhət

1. Facebooku və ümumilikdə interneti bağlamaq
Oxumağınızın qabağını alan ən mühüm faktordur. Dünyada o Facebookun qırmızı bildirişinin qarşısında duruş gətirə bilən adam çox azdır. Ona görə də telefonun internetini bağlayıb bir kənara qoyun. İndi siz kitabla tək qalmısız…

2. Çantanıza kitab qoymağı unutmayın
Çantanızda mütləq kitab olsun. Yolda oxuyarsız. Növbədə dayananda oxuyarsız. Kafedə dostunuzu gözləyəndə oxuyarsınız. Kitabla vaxt itirməzsiniz. Bunun üçün müqəddəm şərt çantanızda kitab olmasıdır. Kitabsız çölə çıxmayın, sizə soyuq dəyər. Faniliyin qarı tökülər başınıza.

3. Mütaliəni əyləncəyə çevirmək
Mütaliəni əyləncə kimi qavrayın. Özünüzə ayırdığınız zaman kimi baxın. Əsla mütaliəni bir iş hesab etməyin. Siz başqalarından geri qalmamaq üçün oxumursuz. Siz özünüz üçün oxuyursuz. Kitab oxumaqla keçirtdiyiniz gözəl dəqiqələri, saatları gününüzün bəzəyi sayın.
Davamı →

Ən şirin mütaliə

  • Esse
Mütaliənin çoxlu növləri var: iş üçün, öyrənmək üçün, hava atmaq üçün, əyləncə üçün və s. Bu gün sizə mütaliələrin ən şirinindən bəhs edəcəm — təcrübə üçün mütaliədən…

Yazı prosesində yazıçının ilişdiyi, axsadığı məqamların analogiyasını axtarmaqdan ötrü oxuduğu kitablardan söhbət gedir. Yazar dostlarımdan da soruşmuşam, belə anlarda adətən milli kitablar kara gəlir. Çünki, ədəbiyyat hər şeydən əvvəl dil hadisəsidir və yazıçını öz ana dilinizdə daha yaxşı hiss edirsən. Son yazılarımdan birini yazanda abzasdan abzasa, hadisədən hadisəyə, əhvalatdan əhvalata, situasiyadan situasiyaya keçiddə, axsamaq deməyək, fəndlərimin tükəndiyini və istər-istəməz təkrarlandığını hiss etdim. Təcrübə kimi Əkrəm Əylisinin kitabını götürdüm. Xatırladım ki, mütaliənin ən şirinində əsərin o qədər də önəmi yoxdur. Dili yaxşı bilən, mətni yaxşı yazan yazıçının istənilən əsərinə baxa bilərsiniz.
Davamı →

Daha çox kitab oxumaq üçün

Sürətli oxu metodu
Sürətli kitab oxumaq üçün fərqli metodlar və bu metodları inkişaf etdirməyin müxtəlif yolları mövcuddur. Bu metodlardan bəziləri, kitabın kiçik detallarını buraxaraq, əsas məzmununa fokuslanmaq yolu ilə mümkündür. Lakin, daha effektiv və yararlı metodlar isə göz əzələlərini genişləndirərək, oxu sürətinizi artırmağınıza yol aça bilər. Bu mövzuda dünyanın müxtəlif yerlərində məşğələ və seminarlar keçirilir. Bakıda bu cür seminarlar keçirilməsə də,siz internet vasitəsilə lazımlı resursları tapa bilərsiniz.
Davamı →

Uşaqlar haqqında

Qucağında uşaq tutmuş bir qadın söylədi:
“Uşaqlardan danış bizə”.
Əl-Mustafa dedi:
“Sizin uşaqlar – sizin uşaqlarınız deyil. Onlar Həyatın özünün özünə qarşı həsrətinin oğul və qızlarıdırlar. Onlar sizin vasitənizlə gəlirlər, lakin sizdən gəlmirlər. Sizinlə olmaqlarına baxmayaraq, sizə məxsus deyillər.

Siz onlara öz məhəbbətinizi verə bilərsiniz, amma öz fikirlərinizi yox. Zira, onların öz fikirləri var. Siz onların bədənlərinə sığınacaq verə bilərsiniz, amma ruhlarına yox. Zira, onların ruhları sabahkı gündə sığınacaq tapmışdır, siz ora heç xəyalınızda belə gedə bilməzsiniz.
Davamı →