Mədəniyyət və sivilizasiya

Mədəniyyətlə bağlı olan anlayışlardan biri də «sivilizasiya»dır. Bu termin latın dilindəki «sivilis» sözündən götürülərək «vətəndaş», «mülk», «dövlət» mənalarını ifadə edir. Dilimizdə bu termini çox vaxt «inkişaf», «tərəqqi» mənalarında işlədirik. Əlbəttə, «sivilizasiya» anlayışı özünün ilkin mənasında məhz bu məzmunu, yəni «tərəqqi»ni ifadə edir. Çox zaman bizə elə gəlir ki, «tərəqqi» yalnız müasiri olduğumuz bu günə aiddir. Amma əslində tarix boyu mədəniyyət və sivilizasiya anlayışları bir-birinə bağlı olmuşdur. Məsələn, qədim sivilizasiyalar haqqında şahidlik edən abidələr bunun bir daha canlı nümunəsidir. Bəzən isə, sivilizasiyanın modern texnikası ilə bağlılığına güvənilir. Əslində sivilizasiya, ilk növbədə insanların şüurunda, beynində olmalıdır. Məhz bu xüsusiyyətinə görə görkəmli filosof İ.Kant qeyd edirdi ki, sivilizasiya insanın öz həyatı və davranışını nizama salandan sonra başlayır.
Sivilizasiya inkişafın ən yüksək mərhələsi, eyni zamanda süqutun başlanğıcıdır. Bunu sübut etmək üçün tarixi mərhələlərin bir-birini əvəz edərək süqutlarının nümunəsi kifayətdir.


Ardı →

Kulturologiya və mənəviyyat


Kulturologiya elmin aktual məsələlərindən biri də mənəviyyatdır.Kulturologiya mənəviyyatı cəmiyyətin əsası sayır. Deməli, əsassız cəmiyyət mənəviyyatsız cəmiyyətdir.Mənəviyyat anlamının kulturologiya elmi-nöqteyi nəzərdən şərhini vermək günun aktual problemləri sırasında gedə bilər.

  Mənəviyyat insanın daxili dünyası ilə cəmiyyət, təbiətlə bağlı  münasibətlər toplusudur.Mənəviyyat dedikdə din, incəsənət  ,əxlaq etika, estetika, və s. başa düşülur.Mövcud cəmiyyət mənəviyyatın ailə, din, vətənpərvərlik vasitəsi ilə əldə edildiyini qeyd edir.

   Mənəviyyat mövzusuna müraciət etməkdə məqsəd müasir Azərbaycan cəmiyyəti konteksində mənəviyyat anlamının yeri, əldə edilməsi,  elit təbəqə və mənəviyyat problemləri olmuşdur.


Ardı →

Rvarud Kəndin Mədəniyyəti

Lerik rayonun inzibati mərkəzlərdən biri Rvarud kəndidir.Kəndlə rayon arasında məsafə təxminən 17 km-dir. Lerik rayonu özu bir neçə mahala bölunur ki, onlardan biri  də Pirandır.(Müəllif:A.Bəhmənov) Piran talış dilindədir, sözun etimoloji mənası  2 hissədən ibarətdir: pir və an. Mənası «türbələr» deməkdir. Pir-talışcadır azərbaycanca türbə an-talış dilində cəm şəkilçisidir azərbaycanca tərcümədə türbələr kimi tərcümə olunur.Mahalın Piran adlanmasının səbəbi burada olan olan çoxlu müqəddəs pirlərin olması ilə əlaqədərdir.

Lerikin Piran mahalın ən gözəl abad kəndlərindən biri də Rvarud (talışca-Rvaru) kəndidir.Rvarud sözunun etimoloji mənası ilə mənbələrdə çoxlu versiyalar vardır.Onlardan ağılabatan bir neçə versiyanı qeyd etməyimizi məqsədəuyğun hesab edirik.
Ardı →

Türk xalqları

Türk xalqları — Avroasiya ərazisində yaşayan, Türk dilləri ailəsinə mənsub olan dillərdə danışan xalqlardır. Dünyada türk xalqlarının sayı 167.109 milyondan çoxdur. «Türk» sözünə ilk dəfə Bizans mənbələrində və VII əsrin «Orhon-Yenisey» abidələrində rast gəlinir.

Dil ümumiliyi, el sənətləri, tarixi coğrafi məkan, şifahi xalq ədəbiyyatı («Dədə Qorqud», «Oğuz Xaqan», «Koroğlu», «Manas»), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə — Şimali-Şərqi Asiya, Ural dağları və Qərb tərəfə köç etmişlər. Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə «Tyuku» (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.   Türk xalqları Altay dil qrupuna məxsusdular. Dil və mənşə fərqinə görə dörd qola bölünürlər: Oğuz — Anadolu və Azərbaycan türkləri, qaqauzlar, türkmənlər, ahıska türkləri, krım tatarları, Uyğur — özbəklər, həzaralar, salarlar, uyğurlar, tuvalılar, şorlar, komasin-tobollar, baraba tatarları, çulm tatarları və sairə)
Davamı →

KİNO! Sentyabr ayında baxılası filmlər

Asudə vaxtın yaxşı keçirilməsi üsullarından biri də maraqlı bir filmə baxmaqdır. Filmə baxmaq müxtəlif cür ola bilər, ən rahatı isə dost-tanışla birlikdə filmə kinoteatrda baxmaqdır. Bu səbəbdən bu gündən yeni aylıq mövzu yazmağa başlayıram. Hər ay şəhərin kinoteatrlarında nümayiş olunacaq filmlər haqqında bir qədər yumorlu subyektiv fikirlərimi bölüşəcəm. Sentyabrın ilk günləri geridə qalsa da, aşağıdakı filmlərə 3 həftə ərzində kinoteatrlarda baxa biləcəksiniz. Filmlərin adı hər kinoteatrda müxtəlif cür, russkayazıçnı çuşkalar Azərbaycan dilini pis bilən yoldaşlar tərəfindən tərcümə olunduğundan, burada filmin original adını yerləşdirəcəm və mötərizədə üstünlük verdiyim tərcüməni yazacam, razılaşdıq?

Kayzen kinteatrı

Ardı →

Davranış mədəniyyəti

Bəzən alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir insan haqqında xoş sözlər deyiləndə ən yaxşı fikirlərin içində «mədəni insandır» ifadəsinə də rast gəlinir. Əslində bu nə deməkdir? İnsan elə mədəni olmalıdır. Amma həyat göstərir ki, həmişə belə olmur. Bəs kimə mədəni insan deyilir? Mədəni olmağın şərtləri çoxdur. Bu, elə bir mənəvi məziyyətdir ki, onu libas kimi geyinib-soyunmaq mümkün deyil. O insanın içində, varlığında olmalıdır. Böyüdüyün mühit, aldığın tərbiyə, bilik, öz qabiliyyətin, gendən gəlmə xüsusiyyətlər, dərin müşahidə, mütaliə və nəhayət, özünü cəmiyyətdə həqiqətən səliqəli apara bilmək səriştəsi… Bütün bunlar da insanın hərəkətində, danışığında, ətrafdakılara münasibətdə özünü mütləq göstərir.
Davamı →

Mədəniyyət

Mədəniyyət — insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən nəsilə ötürdüyü maddi və mənəvi dəyərləri öyrənir.
“Mədəniyyət” anlayışının latın dilindən tərcüməsi “culture” — becərmək, bəsləmək, yaxşılaşdırmaq deməkdir. Bu sözün ilkin mənası – torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və “mədəniyyət” sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə.
Məşhur rus dilşünası Vladimir Dal özünün “İzahatlı lüğət”ində yazır: “Mədəniyyət – işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır”.
Ardı →

Süfrə mədəniyyət qaydaları

1.Yemək siyahısını hazırlayarkən qonaqlarınızın yaşını, yaşadıqları yeri, sağlamlıq vəziyyətini nəzərə alın.
2. Yemək siyahısında mümkün olduğu qədər həzm sistemini gücə salacaq yeməklərdən istifadə etməyin.
3. Bir yemək siyahısına eyni tərkibli və ya bir birinə bənzəyən eyni adlı yeməkləri salmamaq məsləhətdir.
4. Süfrəyə 3 dəstdən artıq bıçaq, çəngəl və qaşıq qoymayın. Ancaq qədəhlər 4 ədəd ola bilər.
5. Qonaq olan süfrədə hər yemək öz qabında yeyilməli və hər yeni yemək gətirildikdə yeməyə uyğun olaraq boşqablar dəyişdirilməlidir.
Davamı →

Sırada durmaq mədəniyyəti

Sırada durmağın özü bir mədəniyyətdir. Bu mədəniyyət insanlara, ən başlcası isə insanın özünə hörmətdən irəli gəlir. Sırada durmaqda ən məşhur xalq ingilislərdi, ya da adları çıxıb, “English queue”, yəni İngilis sırası. İngilislər hər yerdə sırada dururlar, hətta avtobus dayanacağında belə. Qoca, cavan, qadın, kişi olmasında fərqli olmayaraq hamı sırada durur, təkcə qüsurlu insanların sıradan kənar keçməsinə icazə verirlər. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Son dövrlərdə ən böyük qayda-qanunsuzluğu, basabası bankomatların qabağında görürük. Bir aydır maaşlarını, və ya təqaüdlərini gözləyən insanlar kart hesabınlarına pul oturan kimi bankomatların qabağında sıraya düzülürlər toplaşırlar. Bunu insanların bir ay pula həsrət qalması ilə bağışlamaq olar, amma bu hal təkcə bankomatların qarşısında baş vermir ki...



Ardı →

Nahaqdan danışıb haqqı danmayaq

Hər cəmiyyətin öz qaydası, hər mədəniyyətin öz sözü! Amma, dəyişməz bir şey var ki, o da insanlıqdır. Bəzən otururam və düşünürəm. Bizi və digər xalqları tərəziyə qoyuram. Pisliklər və yaxşılıqları ölçürəm. Bundan sonra da düşünürəm ki, görəsən biz nahaq danışaraq çoxmu haqsızlıq törədirik?

Misal üçün götürək ailəni və valideyn-övlad münasibətlərini. Bəzən bu hadqa uzun-uzadı çox danışırıq və çox gileylənirik. Amma gərək yaxşını da deyək.
Azərbaycanda ailənin cəmiyyətdə rolu və yeri çox önəmlidir. Ana və ata öz övladına bioloji və psixoloji sarıdan dərin bir duyğu, dərin hisslə bağlı olurlar. Sadəcə olaraq bizdə və eləcə də bəzi türk xalqlarında ailə anlayışı, valideyn-övlad münasibəti tamam fərqldir.


Ardı →