1. Qarnın aşağı hissələrində qəflətən başlayan kəskin ağrı, xarakterindən asılı olmayaraq (dartıcı, sancılı, kəsici) xüsusi ilə də, digər şikayətlər ilə müşayiət olunduqda (bədən hərarətinin artması, ürəkbulanma, qusma, huşun itməsi) qadının həyatı üçün təhlükə törədən və təcili müalicəvi tədbirlərin görülməsi, o cümlədən, əməliyyat aparılmasını tələb edən ciddi xəstəlik simptomu ola bilər. Çox vaxt qarnın aşağısında yaranmış kəskin ağrı düz bağırsağa yayılır və huşun itməsi ilə müşayiət olunur. Belə şikaytlər aşağıdakı ginekoloji patologiyalar nəticəsində inkişaf edən qarın boşluğu qanaxmaları zamanı yaranır:
2. Uşaqlıqdankənar hamiləliyin kəsilməsi – daxilindəki embrionun böyüməsi nəticəsində uşaqlıq borusunun cırılması- bu halda təcili əməliyyat tələb olunur, çünki cırılmış borudan baş verən qanaxma böyük ola bilər (1 litrə qədər), bu isə, pasiyentin həyatı üçün təhlükəlidir;
3. Yumurtalıqların apopleksiyası — öz-özünə, ovulyasiya dövründə, menstrual dövrun 12-15-ci günü, yaxud dövrün ikinci fazasında, 16-28-ci günlərdə, çox zaman fiziki gərginlikdən, o cümlədən, cinsi aktdan sonra baş verən yumurtalıq və ya onun kistasının partlaması. Əksər hallarda yumurtalıq apopleksiyası güclü qanaxmaya səbəb olaraq, əməliyyatın aparılması ilə nəticələnir. Yumurtalıq az zədələndikdə və qanaxma əhəmiyyətsiz dərəcədə olduqda konservativ terapiyanın aparılması kifayət edir. Müalicəni həkim təyin edir. Vaxtı itirməmək və vəziyyəti anlamaq çox vacibdir.
Ağrı bir çox hallarda bədən hərarətinin artması ilə müşayiət olunur ki, bu da cinsi orqanlarda iltihabi prosesin olmasından xəbər verir. Ağrı və hipertermiyanın aşağıdakı hallarda yaranması zamanı mütləq «Təcili yardım» çağırın:
4. Abortdan və ya digər uşaqlıqdaxili müdaxilədən sonra (histeroskopiya, histerorezeksiya, miomektomiya), çünki uşaqlığın iltihabi prosesi – endometritin inkişaf etməsi istisna olunmur; antibakterial müalicənin aparılması, eləcə də, abortdan sonra döl qalıqları aşkar edildikdə, onların təcili ləğv edilməsi tələb olunur;
Ardı →