Durğu işarələrinin yazıda işlənməsi məqamları haqqında
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Özümü çox vacib varlıq hesab edirəm. Ən azı ona görə ki, siz mənim hesabıma minillər əvvəlindən xəbərdar ola bilirsiz. Mən olmasam fikirlərinizi sizin səsiniz yetməyən yerlərə çatdırmağınız mümkün olmayacaq. Mən elə bir əhəmiyyətli varlığam ki, bütün qanunlardan, qaydalardan, məxfi sənədlərdən xəbərdaram. Dövlət işlərinin hamısını bilirəm. Hətta insanların şəxsi həyatlarından da xəbərim var.
Mən bəzilərinin gündəliyi, bəzilərinin ürəyindəkiləri çatdırdğı vasitəyəm. Mən, bəzən düşünülüb, lakin deyilməyə cürət edilməyən fikirlərəm. Mən sizin beyninizəm, düşündüklərinizəm. Mən hekayələr, esselər, məqalələr, məktublaram. Hətta romanlar, epopeyalar da mənəm.
Hə, indi gördüz ki, mən nə qədər əhəmiyyətliyəm. Amma məndən öz miskin fəaliyyətləri üçün istifadə edənlər də var. Mən, yüzlərlə, bəlkə minlərlə və bəlkə də daha artıq müharibənin səbəbkarıyam. Mən olmasam hökmdarların mənasız yazışmaları olmazdı, mən olmasam həmin hökmdarlar bir-birini hədələyə bilməzdilər. Mən olmasam xəritələr olmazdı. Dünya hissələrə bölünməzdi. Mən dünyanın ölkələrə bölünməsinə səbəb olmuşam. Mən ölkələrin bölgələrə parçalanmasına səbəb olmuşam. Ən dəhşətlisi mən, bəzən bir ölkənin iki yerə bölünməsinə səbəb olmuşam.
Özünü nöqtə qədər əhəmiyyətsiz hiss etdiyində, dönüb arxana bax; bəlkə çox əhəmiyyətli bir cümlənin sonundasan.
Çox dəyər verdiyim bu ifadə ilə başlamaq istədim sözlərimə. Hər zaman cümləyə dəyər verib sonundakı nöqtəyə fikir vermədiyimiz üçün .
Nöqtələr bizim fikirləşdiyimiz kimi adi bir duröu işarəsi deyil əslində. Onların da özlərinə xas dilləri var. Onlar da öz dillərində danışır. Bəzən bir sözdən və ya cümlədən də daha çox şey ifadə edər nöqtələr anlayana.