Nəşrlər
Nəşrlər (bülletenlər, broşüralar, kataloqlar və s.) ictimaiyyətlə əlaqələnin həyata keçirilməsi üçün olduqca səmərəli vasitədir. Dövri mətbuat və elektron kütləvi informasiya vasitələri daha operativ olduqları üçün belə nəşrlərin əhəmiyyətinə müəyyən mənada kölgə salırlar. Lakin nəşrlərin öz üstünlükləri var. Siz hər şeyi məhz özünüz istədiyiniz kimi hazırlaya bilərsiniz, çünki redaktə etmək, mətndə, illüstrasiyada, kompozisiyada düzəlişlər aparmaq üçün xeyli vaxtınız olur. Həmçinin siz materialı istədiyiniz qədər genişləndirə bilərsiniz ki, oxucular müxtəlif aspektlərin dərinliyinə varsınlar. Belə nəşrlər daha uzunömürlü olur, həm də əldən-ələ ötürülə bilir. Bir sözlə, siz hər şeyi idarə edirsiniz. Nəşrləri yaymaq imkanları da genişdir. Onlar poçtla göndərilə, sərgi zamanı paylanıla, ya da hər hansı mal dəstinə daxil edilə bilər.
Ardı →