Sufilərin düzgün nəfəs alma texnikası

Uşaq ana bətnindən dünyaya gəldiyində ilk nəfəs alması zamanı «hay” sözünə bənzər səs gəlir. Son nəfəsi verərkən isə „huy”a bənzər səs çıxır. Sufilərə görə insan “hay”la gəlib, dünyadan köçəndə son nəfəsini verərkən „huy” deyir. 

Məlumdur ki, insanın bütün həyatı nəfəsalma üzərində dayanıb. Dərindən, doğru nəfəs almaq üçün sufilərin məsləhətləri var. Onlar içdən “hay” deyərək havanı ciyərlərə alıb saxlamaq və „huy” deyərək havanı vermək nəfəs texnikasını məsləhət görür. Bu üsul insanı bir çox xəstəliklərdən qoruyur, zehnini açır, enerji verir. Özünə doğru nəfəs alma texnikasını aşılayan insan sağlam hüceyrələrinin sayını artırmış olur.

Sufilər bu texnikanı ritual və meditasiyalarda tətbiq etsələr də, biz gündəlik həyatımızda 10 dəfə dərindən hay-huy deməklə bu texnikanı sınaya bilərik.
Davamı →