Namazın faydası

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Əz-Zariyat surəsi, 56)
İbadət Quranda bildirildiyi kimi, yaradılışımızın səbəbidir. Zahiri görünüş baxımından mahiyyəti məlum olmayan namazda Allahı zikretmə sirrinin müxtəlif dərəcələri əks olunur və namaz təqlidi namazdan həqiqi namaza, oradan da merac namazına qədər müxtəlif səviyyə fərqlərinə malik olur.
İlk olaraq namazın əsas şərti olan dəstəmazın insan orqanizminə müsbət təsirləri barədə bəzi maraqlı məqamlara nəzər salaq.
Dəstəmaz və ya qüsl vasitəsilə:
1. Orqanizmdə toplanan elektronlar kənarlaşdırılır və onun verdiyi gərginlik yox edilir.
2. Ümumi qan dövranında olan qüsurlar aradan qaldırılır və “qocalma” prosesi yavaşıyır.
3. Orqanizmin mühafizə sisteminin əsasını təşkil edən limfa dövranı ən yüksək səviyyədə fəaliyyət göstərir.
Ardı →

Namaz haqqında

Bu, ən gözəl ibadət növünə əməl etməyən insana bir müraciətdir. Bəli, dostum, sən yanılmırsan, mən sənə müraciət edirəm. Şəxsən sən, ən gözəl ibadət növünü tərk edirsən, o ibadət ki, bizə Allah tərəfindən fərz(vacib, yerinə yetirilməsi mütləq olan)buyurulub. Məhz sən ağılsızlıq edib ibadəti tərk etmisən, namaz qılmaq istəmirsən.


Biz, spirtli içki qəbul edən müsəlman gördükdə deyirik: «Müsəlman qardaş, spirtli içki içmə!» Biz yarıçılpaq müsəlman qadın gör dükdə deyirik: «Müsəlman bacı, bu cür geyinmək iman gətirmiş bir qadına yaraşmaz!» Ey ibadət etməyən, namaz qılmayan insan! Səni gördükdə səni özümüzə necə yaxınlaşdıraq, səni necə sevək, sənə necə müraciət edək?


Ardı →

Camaat namazının savabı

Peyğəmbər (sas) buyurub: Cəbrəil (ə) gəlib ərz elədi:Ey Muhamməd Allah sənə salam göndərir və sənə iki hədiyyə gondərib ki onları heç bir peyğəmbəri üçün göndərməmişdir. Dedim o iki hədiyyə nədir? Ərz elədi birincisi 3 rəkət gecə namazıdır ki bir rəkəti vitr iki rəkəti isə şəf namazıdır. İkinci hədiyyə isə gündəlik namazları camaatla birgə qılmaqdır. Cəbrəildən (ə) soruşdum ki gündəlik namazları camaatla birgə qılmağın mənim ümmətim üçün nə qədər savabı var dedi:



Ya Muhəmməd əgər iki nəfər camaat namazına durarsa onların hər birinin qıldığı namazın hər rəkəti üçün təklikdə qılınan 150 namazın savabı verilər.

Əgər 3 nəfər camaat namazaına durarsa hər rəkətə verilən savab 600 namazla bərabərlik edər.
Əgər 4 nəfər namaza durarsa 2200 namazın savabı verilər.
Əgər 5 nəfər olarsa 2400 savab.
6 nəfər olarsa 4800 savab.
7 nəfər olarsa 9600 savab.
8 nəfər olarsa 19200 savab.
9 nəfər olarsa 36400 savab.
10 nəfər olarsa 72800 savab.
Amma 10 nəfərdən çox olarsa, əgər asimanlar kağız, dəryalar mürəkkəb, ağaclar qələm olarsa və insanlar və cinnlər mələklərlə birgə istəsələr onun savabını yazalar bir rəkətinin savabını belə yaza bilməzlər.

Mənbə:  Bəharul-Ənvar cild 85 səh: 15.

Davamı →

Namaz

Adəm (ə) bəri,hər dində bir vaxt namaz vardı.Hamısının qıldığı bir araya gələrək,Məhəmməd (s.a.v.) inananlara fərz edildi.Namaz qılmaq, imanın şərti deyildir.Fəqəd,namazın fərz olduğuna inanmaq ,imanın şərtidir.


Namaz,dinin dirəyidir.Namazını dəvamlı,doğru və tam olaraq qılan kimsə,dinini qurmuş,İslam Binasını ayaqda durdurmuş olur.Namazı qılmayan,dinini və İslam binasını yixmış olur.Əfəndimiz (s.a.v.) buyurdu ki, (Dinimizin başı namazdır).Başsız insan olmadığı kimi,namazsız da, din olmaz.


Namaz,İslam dinində imandan sonra ilk fərz edilən əmrdir.Allah (c.c),qullarının yalnız ona ibadət etmələri üçün namazı fərz etdi.Müqəddəs kitabımızda yüzdən çox ayətdə (Namaz qılın!) buyrulmağdadır.Hədis-i şərifdə, «Allah (c.c), hərgün beş vaxt qılmağı fərz etdi.Qiymət verərək və şərtlərinə uyaraq,hərgün beş vaxt namaz qılanı Cənnət ilə mükafatlandıracağına  söz verdi.»


Ardı →

Namazın insan səhhəti üçün möcüzələri

Bununla yanaşı İslam alimləri namazın sadəcə Allahın əmri olduğu üçün qılınmasının doğru olacağını vurğulayır

Misirin paytaxtı Qahirədəki “Milli Lazer Texnoloqiyaları Mərkəzi”ndə keçirilən araşdırma nəticəsində məlum olub ki, səcdə etmək insanı xərçəngdən qoruyur. Bundan başqa səcdənin hamilə qadınlar üçün faydalı olduğu, döldə meydana gələcək fizioloji anormallıqların qarşısını aldığı, habelə bir çox fiziki və psixoloji xəstəliklər üçün xeyirli olduğu bildirilir.
Ardı →