Gəncliyin bəlasına çevrilən narkotik

“Bir dəfə dadına baxım, bir də yaxın durmayacam”, deyənlər görmüşük ki, bu gün məzarına gül qoyuruq.
İlk dəfəsi belə asılılıq yaradır və bir göz qırpımında insanın işıqlı dünyasını zülmətə çevirir. Söhbət metamfetamindən gedir – burada o, daha çox “patı”, “şüşə” adlarıyla məşhurdur.
“Patı” Azərbaycanda son 3 ildə şiddətlə yayılmağa başlayan sintetik, süni narkotik vasitədir.

Davamı →

Tarixin ən zəngin narkobaronu

Pablo Eskobar tarixin gəlmiş-keçmiş ən böyük narkotik baronudur. Nə ondan əvvəl, nə də ondan sonra kimsə onun bu «hegemonluğuna» yaxınlaşa bilməmişdir.

Pablo Eskobar elə bir «hakimiyyət» qurmuşdur ki, dünyadakı kokain ticarətinin 80%-i onun əlində idi.

Əslən Kolumbiyalı olan narkotik baronunun həyatı boyunca reallaşdırdığı fəaliyyət də qeyri-adidir. Oxuduğunuzda inanmaqda çətinlik çəkəcəyiniz həqiqətlər bunlardır.

Pablo Eskobar  1949-cu ildə əkinçi atanın və məktəb müəllimi olan ananın oğlu olaraq Kolumbiyada dünyaya gəldi.
Davamı →

Qanunların olmadığı şəhər!

Bir zamanlar dünyada əhali sıxlığının ən çox olduğu yerin burası olduğu düşünülürdü. Kovloon valled City 50 min adam bir neçə blok içində sıxışıb qaldığı bir şəhərdir. 20-ci  əsr boyunca Hong Kong yanında böyüyən 'Kovloon Valled City' əslində köhnə bir Çin hərbi qalası idi. Qala ətrafının İngilis rəhbərliyinə keçməsiylə və əhalinin artmasıyla ətrafı divarlarla örtülü bir şahəyə çevrildi. Xüsusilə 2-ci Dünya Müharibəsindən sonra sürətlə əhalisi artan şəhərin divarları da zaman içərisində yıxıldı. Uzunluğu 210 metr, eni 160 metr olan böyük  bir park qədər sahəni əhatə edən və kompleks bir quruluşu xatırladan bu bölgə, 1987-ci ildə 33 minə çatan əhalisiylə orta böyüklükdə bir şəhər halını aldı. Bölgənin əhali sıxlığı inanılmaz dərəcədə yüksəkdir.  İstanbulda kilometr kvadrata düşən adam sayı ortalama 2 min 400-dirsə, bu rəqəm burada 1 milyon 250 min adama çıxır. Şəhər zaman keçdikcə və əhali artdıqca qanunsuz bir şəhərə çevrildi. Bölgədə narkotik istifadəsi, fahişəlik, qumar adi hala çevrilib. Budur Kovloon valled City şəhərindən bəzi kadrlar…


Ardı →

500 illik sirr

1996-cı ildə Argentina və Boliviya sərhədində yerli əhali tərəfindən bir neçə sirli uşaq mumiyaları aşkarlanmışdı. O zaman üçün hər kəsi təəccübləndirən bu hadisə son günlərdə yenidən müzakirə mövzusuna çevrilmişdir. Belə ki, tətqiqatçılar  bu yaxınlarda Cənubi Amerikaya xas olmayan bu mumiyaların sirrini aşkarlamışdırlar.  20-ci əsrin sonlarında tapılan bu mumiyalar 13 yaşındakı 'Llullaillaco Maiden' adı verilən qız və  başqa 4-5 yaşlarında bir oğlan və bir qız cəsədlərindən ibarət idi. Bradford Universiteti tərəfindən aparılan  araşdırma  nəticəsində uşaqlarda kokainin ana maddəsi koka (coca) yarpağı və pivə istehsalında istifadə edilən çiça (chicha) bitkisinin izinə rast gəlindi.

Tətqiqatçılar bunu onunla əlaqələndirirlər ki, qədim zamanlarda Amerika qitəsinin yerli əhalisi olan  İnkalar gözəl uşaqları qurban seçərək Llullaillco dağına qurban olaraq təqdim edirdi. Narkotik maddənin təsiri nəticəsində huşunu itirən uşaqlar daha sonra dağın yamacına götürülərək donaraq ölümə tərk edilirdi. 

Araşdırmanın lideri  Dr.Andryu  Vilson uşaqların saçlarından alınan nümunələrdə də yüksək nisbətdə narkotikin izinə rast gəldiklərini açıqladı. Dr. Andryu Vilson həmçinin qeyd edir ki, «Artıq uşaqların təbii yollarla ölmədiklərini bilirik. Uşaqlar qurban edildi. Bu mövzuda tək təsəllimiz uşaqların ölən zaman acı çəkməmələridir ».


Ardı →

Morfin artıq narkotik hesab olunmayacaq

Avstraliyadan olan tədqiqatçı-həkimlər insan orqanizminin immun sistemində morfin də daxil olmaqla eyni qrupdan olan dərman preparatalarına qarşı asılılıq yaradan TLR-4 reseptorunu aşkarlamışlar.Bu kəşfə əsaslanaraq mütəxəssislər asılılıq yaratmayan dərman preparatları yaratmaq iddiasını sadəcə söz deyil,yaxın gələcəyin innovasiyalarından biri olacağını bildirmişlər.


Ardı →

Narkomaniya-uçuruma aparan yol

Fransua Moriak qeyd edir ki, narkomaniya öz ölümündən həzz almaqdan başqa bir şey deyildir. QİÇS-ə yoluxanların 70%-i venadaxili narkotiklərdən istifadə edənlərdir. Burun vastəsi ilə narkotiklərdən hətta bir dəfə istifadə olunması ildırım sürətli ölümlə nəticələnə bilər, boğulma və ürəyin dayanması kimi halları qeyd etmək olar.


Narkotiklərdən venadaxili istifadə edənlərin çoxu Hepatit C virusu ilə yoluxurlar. Bu çox təhlükəli və qorxulu xəstəlikdir, onun klinik simptomları axırıncı mərhələdə özünü büruzə verdiyindən müalicənin effekti olmur və ölüm ilə nəticələnir. Narkotik əldə etmək üçün narkoman istənilən kriminal hadisə törətməyə hazırdır. Narkotiklər asılılıq yaratdığından, onlardan yaxa qurtarmaq çox çətindir.


Ardı →