Boyun ağrılarının səbəbləri

Boyun ağrıları bir çox müasir insanları narahat edir.Belə ağrılar müxtəlif səbəblərə görə inkşaf edir. Bu səbəblər arasında:

Əzələlərin həddən artıq gərgin olması (mialgiya).
Uzun müddət ərzində oturaq vəziyyətdə iş görən insanda boyun əzlələrinə gərginlik artır, əzələlər sıxılır. Sıxılmış əzələlər yanında yerləşən sinirləri sıxır ki, bu da boyun ağrılarının inkişafına səbəb olur. Ağrı boyunun arxa hissəsini əhatə edir və çiyinlərə yayılır. Belə ağrılar ofis işçilərini tez-tez narahat edir. Belə vəziyyətə düşməmək üçün oturaq vəziyyətdə işləyən insan hər 30-40 dəqiqədən bir çox sadə hərəkətlər etməlidir — boynunu arxaya, qabağa və yanlara əyməlidir. Bu əzələlərdən artıq yükləməni götürür, qan dövranı yaxşılaşdırır, əzlələri «boşaldır» və ağrılardan xilas edir.
Davamı →