Nevroz və onun əlamətləri

Nevroz xəstəliyi nədir?

Nevroz xəstəliyi anatomik və ya fiziki səbəblərdən qaynaqlanmır, amma çox ciddi bir xəstəlikdir. Ziddiyyətlərə uyğunlaşa bilməmək gərginlik və narahatlığa səbəb olur. Nevrozun səbəbi dəqiq məlum deyil. Bu xəstəlik müxtəlif vəziyyətlərdə özünü göstərir. Nevrotik reaksiyalardan ibarət olan nevroz xəstəliyi heç bir səbəb olmadığı halda fiziki şikayətlərə səbəb olur.
Davamı →

Nevrozu təbii vasitələrlə yox etməyin yolları

Hal hazırda nevroz çox yayılmış pozulma sayılır. Nevroz psixoterapevt tərəfindən müalicə olunur. Mütəxəssis xüsusi psixoterapevtik metodikalardan istifadə edir, müəyyən dərman preparatları təyin edir.
Müalicə ilə yanaşı bəzi xalq təbabəti vasitələrindən də istifadə etmək olar. Bu vasitələr çox yaxşı müalicəvi effekt verir.

Davamı →

Nevroz

Nevrozlar – sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir.

Sadə dildə desək, nevroz uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s.

Qadınlar nevrozlara daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.

Nevrozun əsas əlamətləri aşağıdakılardır:
— Həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət edə bilməsi hissiyyatının olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya verilməsi.
Ardı →

Sinir xəstəlikləri

Sinir sistemi xəstəlikləri ağır, bir çoxu tam sağalmayan xəstəliklər olub, bunlardan sonra bədəndə müəyyən ağırlaşmalar qalır. Bəzən də xəstənin ölümü ilə nəticələnir. Bu xəstəliklərə beyinə qansızmanı, beyin damarlarının trombozunu, nevriti, ensefaliti, meningiti, poliomielitləri, sklerozu, beyin şişlərini, sinir sistemi travmalarını, iflicləri, avitaminozları, epilepsiyanı, nevrozları, miqreni və s. göstərə bilərik.
Beyinə qansızma qəfildən, fiziki və emosional gərginlikdən sonra meydana çıxır. Xəstə huşunu itirir və yıxılır. Tənəffüs çətinləşir, nəbz gərginləşir, qan təzyiqi yüksəlir. Sifət qızarır, tərləyir. İflic baş verir, həmin tərəfdə ağız bucağı sallanır.
Davamı →