Nişan üzüyü seçmək üçün məsləhətlər

  • Sevgi
Nişan üzüyünü seçmək yəqinki çoxlarını düşündürür. Belə ki, 2 əsas sual alıcı qarşısında durur, mən hansı üzüyü istəyirəm və barmağıma uyğun ölçüdə üzük tapmaq mümkün olacaqmı.Nişan üzüyünü düzgün seçmək üçün hər şeydən öncə bilmək lazımdır ki, barmağın ölçüsü havadan (qış/yay, isti/soyuq, nəm/quru) və sutkanın hansı saatı olmasından asılı olaraq dəyişir.  Məsələn soyuq barmaqların ölçüsünün alınması dəqiq nəticə verməyəcək, çünki soyuq havada barmaqlar ensiz olur. Eyni zamanda duş qəbul etdikdən sonra, idmanla məşğul olduqdan sonra, ağır yük və ya çantaların daşınmasından sonra, həmçinin çoxlu maye qəbul etdikdən sonra barmaqların dəqiq ölçüsünü götürmək mümkün deyil. Buna görə də üzük seçən zaman yuxarıda sadalanan hallardan qaçmağa çalışın.
Ardı →