Mafiya və qohum nigahları

Bu, mənim bloqda yazdığım ilk postdur. Ümumi məlumatınızın olması üçün ilk əvvəl sizi bloqumun mövzusu və məqsədilə ilə tanış etmək istəyirəm.
Əziz oxuyucu, nikimdən aydın olduğu kimi mən Azərbaycan mentaliteti mövzularına toxunacam. Düşünürəm ki, bu mövzular cəmiyyətimizi və ruhumuzu zədələyir, bəzənsə məhv edir.
Özüm haqqında: mən Azərbaycanda deyil, Avropa ölkələrinin birində yaşayır, tez-tez Azərbaycana gəlirəm. Düşünürəm ki, hər dəfə Azərbaycana gələndə cəmiyyətimizdəki dəyişiklikləri hər cəhətdən çox aydın görə bilirəm.

Davamı →

Qohumla nigahın fəsadları

Qohum nikahların fəsadları barədə maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu gün də kifayət qədər qohumlar arasında nikahlar bağlanır.
"Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib" və ya "Özümüzünkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü çölə atmaz" deyimləri bizdə çox məşhurdur və qohum nikahlar adət halını alıb. Ekspertlərin fikrincə, xüsusilə də, kənd və rayonlarda qohum nikahlar çox qurulur və belə nikahlardan doğulan uşaqların xəstə olması riski çox yüksəkdir.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Aynurə İsmayılova bildirir ki, qohum nikahdan doğulan uşaqlar qohum olmayanların nikahından doğulan uşaqlarla müqayisədə daha çox xəstə olurlar:
Davamı →

Ailə və nigah

Ailə haqqında yazan bir çox sosioloq kapitalizmin inkişafının ailənin radikal biçimdə kiçilməsiylə bağlı olduğunu düşünmüşdür. Dünya nüfusunun sayındakı mövcud partlayışın əsas qaynağını təşkil edən Üçüncü Dünya Ölkələrindəki böyük ailələrə baxıb, yanlış ümumiləşdirmələr apararaq, Avropanın, kapitalizmdən öncəki dönəmlərdə uşaqlarla dolu olan ailələrdən ibarət xətalı tablosunu çəkiblər. O dönəmlərdə çox böyük ailələr nadir deyildi, fəqət ailələr çox böyük olmalıdır deyə bir qanun da yox idi.

17-ci əsrin Britaniya və Fransası haqqında araşdırmalar aparan tarixçilər, o dövrün qadınlarının ortalama evlilik yaşının böyük ehtimalla iyirmi üç ilə iyirmi yeddi yaşlar arasında olduğunu göstərmişdir. Qadının uşaq dünyaya gətirəcəyi dövr, bu yaş mərhələsiylə və erkən klimaks yaşıyla, eyni zamanda, həyat yoldaşlarından birinin erkən ölümüylə, yüksək dərəcəli körpə və uşaq ölümləriylə məhdudlaşırdı. Varlı insanlar adətən kəndlilər və peşə sahiblərindən daha böyük ailələrə sahib olurdular, qadınlarda evlilik müddəti daha qısa idi və kişilər arvadlarının ölümündən az müddət sonra yenidən evlənirdilər.
Davamı →

İzdivacı haram olan qadınlar

Məsələ 2393: İnsan ana, bacı, öz qızı, bibi, xala, qardaş qızı, bacı qızı, qaynana kimi qadınlarla məhrəm olduqları üçün izdivac etməsi haramdır.
Məsələ 2394: Əgər bir kəs bir qadını özü üçün əqd etsə, onunla yaxınlıq etməsə də, onun anası, ananın anası, atanın anası və nə qədər yuxarı getsə, o kişiylə məhrəm olurlar.
Məsələ 2395: Əgər bir qadını əqd edər və onunla yaxınlıq edərsə, qadının qızı, qızla oğlan nəvəsi və nə qədər aşağıya kimi getsə, istər əqd vaxtında olsun, istər sonradan dünyaya gəlsin, o kişiylə məhrəm olurlar.
Davamı →

İzdivac (nigah)

İzdivac əqdi ilə qadın və kişi bir-birinə halal olurlar. İzdivac iki qisimdir:
  1. Daimi.
  2. Qeyri-daimi (müvəqqəti izdivac).
Daimi əqd odur ki, izdivacın müddəti əqdə müəyyən olmasın və həmişəlik olsun. Belə əqd olunan qadına «daimi» deyərlər.
Qeyri-daimi əqd odur ki, onda izdivacın müddəti müəyyən olunar, məsələn; qadını bir saata ya bir gün ya bir ay ya bir il ya da uzun müddətə əqd edərlər. Amma gərək izdivacın müddəti kişi və qadının ömründən çox olmasın. Bu surətdə əqd batil olacaq. Bu cür əqd olunan qadına mutə ya siğə deyərlər.
Davamı →

Qan qohumlarının nigahı

Qan qohumları arasında bağlanan nigah uşaqda anadangəlmə eybəcərlik və xəstəliklərin əmələ gəlməsi risklərini artıran əsas faktorlardan hesab olunur. Səbəblərini izah edək.

İnsan orqanizmi bütün hüceyrələrində 46 xromosom (23 cütlük) mövcüddur. Kişi və qadın cinsi hüceyrələrində isə 23 xromosom olur ki, onlar birləşəndə yeni orqanizmin gen toplusu əmələ gəlsin (23 xromosom atadan + 23 xromosom anadan = 46 xromosom).
Ardı →

Kimlə ailə qurmalı? Sevdiyimiz yoxsa valideynimizin seçdiyi?

Oğul: “Belə evlənmək olar? Sevgisiz, filansız...” Ata: “Sonra sevərsən də...”
Bu dialoqu oxuyanda, oxucularımız yüksək ehtimalla bildilər ki, hansı filmdən sitatdır. Hamımızın sevimlisi “Əhməd haradadır?” filmi və ata-ananın Əhmədi evləndirmək cəhdi maraqlı hadisələrin cərəyan etməsinə səbəb olur...Həyat yoldaşımızı necə seçək və bu işdə valideynlərin müdaxiləsi vacibdirmi? Bu dəfə bu mövzudan bəhs edirik.

Həyat yoldaşımızı necə seçirik?

Bütün insanlar həyatları boyunca öz yarını axtarır. Həyat yoldaşı seçimində nə qədər diqqətliyik, gələcək uşaqlarımızın atasını və ya anasını hansı kriteriyalara görə seçirik və seçimimiz bizə nə vəd edir? Aramızda öz seçdiyi insanla ailə quranlar da var, valideyninin seçdiyi insanla həyatını birləşdirən də. Bir çoxumuz isə yaşımızın ötməsini düşünmədən, hələ də öz yarımızı axtarırıq. Başqaları isə fikirləşir ki, görəsən öz yarımla təsadüfən qarşılaşsam, onu necə tanıya bilərəm.
Davamı →

Evlilik?

«Evliliyin ilk beş ili kritikdir», «Dərhal uşaq dünyaya gətirməyin» kimi tövsiyələri eşitməyən, yəqin ki, yoxdur. Bu cümlələr elə hey qurulur, amma evliliyə son həll təklifləri verilmir. ABŞ-da Cornell və Chicago Universitetinin sosioloqları 3 min yetkin üzərində araşdırma aparıb. Bu araşdırmalarda, evliliklərində özlərinə aid ictimai həyatı olmayan insanların evliliklərinin təhlükəyə girdiyi görülüb. Xəbərdə evliliyi qurtarmanın düsturu «insanın insana ilişməsi» olaraq verilib. Evliliyinizdə işlər yaxşı getmirsə, problemləriniz varsa və həll edə bilmirsinizsə, hətta evliliyiniz bitmə nöqtəsinə doğru gedirsə, aşağıdakı sualları özünüzə verin və cavabların sizə ipucunu verməsinə şərait yaradın.
Ardı →

Xarici vətəndaşla nigah

Bugünkü gündə Azərbaycanda xarici vətəndaşlarla nigah demək olar ki,adi hal alıb.Belə evliliklər digərlərindən daha həssas və baxıma möhtac olur.Çox vaxt belə ailələr ayrılıqla nəticələnir.Çünkü evləndikdən sonra bir evdə yaşayıb mentalitet,damaq dadı,inanclar və s. kimi mövzularda fikir ayrılıqları yaşanır və fasiləsiz mübahisələr başlayır.Lakin bu halları hər kəsə şamil etmək düzgün olmaz.Fərqli millətlərdən olan insanların xoşbəxt evliliklərinin olduğuna da şahid olmuşuq.Buna baxmayaraq,  hər halda dili dilindən,dini dinindən olan biriylə ailə qurmaq daha bəyənilən sayılır.


Davamı →

Xalaoğlusu olmayan qızların qarıması

Rəfiqəm Zənurə deyir ki, onun doğulub-böyüdüyü əyalətdə evində yeddi qızı olan ailələrin qapısını nadirən elçilər döyür.
Hansı məntiqlə?
O məntiqlə ki, yeddi qızı olan kişi üçün qızları heç bir əhəmiyyət kəsb etmir. Yəni yeddi qızı olan ata-ana nə yaxşı cehiz verəcəklər, nə də düz-əməlli qaynatalıq-qaynanalıq edə biləcəklər.
Sərt məntiqdir. Amma azərbaycanlı məntiqidir.

Əvəzində çoxlu qardaşın tək bacıları gələn elçilər sarıdan kefdədirlər. Elçilər bu tək bacılardan ötəri lap qapının dabanını çıxarırlar. Nəinki uzaq əyalətlərdə, hətta bizim doğma Bakımızda da ailənin sonuncu, yaxud tək oğluna qızlar bir göz qırpımında ərə gedirlər. Lap gözlərini yumub gedirlər. Yenə qəribə azərbaycanlı məntiqiylə ki, ata-ananın mənzili evin sonbeşik oğluna qalacaq. “Bəh-bəh! Ata-anadır da, onlar da bu gün-sabahlıqdırlar, dünyanı tutub getməyəcəklər ki.
Davamı →