İzdivac

Bәşәriyyәtin әn gözәl vә ilаhi hisslәrindәn biri оnun аilә qurmаğа vә övlаd sаhibi оlmаğа mеylidir. İnsаnlаrın аilә fоrmаsındа yаşаyışı tаm tәbiidir. İnsаn еlә bir şәkildә yаrаdılmışdır ki, о fitri vә tәbii şәkildә аilә qurmаğа vә övlаd sаhibi оlmаğа mеyl göstәrir. Bәşәr tаriхinin mütаliәsi göstәrir ki, о yаrаndığı gündәn аilә qurumundа yаşаmışdır. Аilә qurumunu аrаdаn götürmәk istәyәn bütün fәrdlәr uğursuzluğа düçаr оlmuşlаr. Bu istiqаmәtdә nә Әflаtunun, nә dә Mаrksist mәktәbin sәy'lәri bir nәticә vеrmәmişdir. Qәdim dövrdәn әsrimizә gәlib çаtmış vәhşi qәbilәlәrdә bеlә аilә qurumu mövcuddur. Bәşәr tаriхini аçıq gözlә mütаliә еtmiş аlimlәr bеlә bir qәnаәtә gәlmişlәr ki, tаriх bоyu hәyаt yоldаşı sеçimi vә аilә tәşkili kimi әhәmiyyәtli qаydа-qаnun оlmаmışdır. İzdivаcın şәхsi yох, növlә (insаn növü) bаğlı zәrurәt оlmаsı bu hәqiqәtin dәlilidir. Bәli, izdivаcdа mәqsәd bәşәr nәslinin dаvаmıdır

Ardı →

Erkən nikah və yaranan problemlər

Təhsil almaq hüququ hər bir vətəndaşa şamil edilsə də nədənsə son zamanlar ailələrdə uşaqların təhsil almalarına müəyyən məhdudiyyətlər qoyulur. İctimai təşkilatların hazırladıqları hesabatlarda qeyd olunur ki, əsasən Lənkəran, Masallı, Lerik və Astarada, o cümlədən Bakıətrafı kəndlərdə Nardaran, Balaxanı və s.də qızların təhsildən yayınma halları mövcuddur. Əsasən ibtidai təhsil alan qızlar sonrakı mərhələdə valideynlərinin təhriki ilə təhsildən yayınır. Belə qızlar ev işləri ilə məşğul olur və yetkinlik yaşına çatmadan ərə verilir.
Ardı →

Xalaoğlusu olmayan qızların qarıması

Rəfiqəm Zənurə deyir ki, onun doğulub-böyüdüyü əyalətdə evində yeddi qızı olan ailələrin qapısını nadirən elçilər döyür.
Hansı məntiqlə?
O məntiqlə ki, yeddi qızı olan kişi üçün qızları heç bir əhəmiyyət kəsb etmir. Yəni yeddi qızı olan ata-ana nə yaxşı cehiz verəcəklər, nə də düz-əməlli qaynatalıq-qaynanalıq edə biləcəklər.
Sərt məntiqdir. Amma azərbaycanlı məntiqidir.

Əvəzində çoxlu qardaşın tək bacıları gələn elçilər sarıdan kefdədirlər. Elçilər bu tək bacılardan ötəri lap qapının dabanını çıxarırlar. Nəinki uzaq əyalətlərdə, hətta bizim doğma Bakımızda da ailənin sonuncu, yaxud tək oğluna qızlar bir göz qırpımında ərə gedirlər. Lap gözlərini yumub gedirlər. Yenə qəribə azərbaycanlı məntiqiylə ki, ata-ananın mənzili evin sonbeşik oğluna qalacaq. “Bəh-bəh! Ata-anadır da, onlar da bu gün-sabahlıqdırlar, dünyanı tutub getməyəcəklər ki.
Davamı →

Evlənməzdən əvvəl fikirləş

  • Sevgi

İnsan sevəndə hər şey gözünə al-əlvan görünər, lakin zaman irəlilədikcə arasındakı fərqlər ortaya çıxmağa başlar. Evlənməyə qərar vermədən əvvəl bunları mütləq özünüzə soruşmağınız lazımdır…


Ardı →

Qan qrupu və nikah

İnsan münasibətlərində qaçılmaz bir hal olan ailə məsələsinə baxanda təbiətcə skeptik olan deyərdi ki, sevginin gözü kordu. Optimist onun sözünü ağzında qoyub «Amma gör necə də gözəldi!» deyərdi. Pessimist isə boynunu büküb nəticə çıxarardı: «Hər bir halda nikah və məişət onun işinə baxacaq». Əgər sevgi uğurlu nikaha aparan yol deyilsə, deməli, başqa yollar da var. Alimlər belə şeyləri ortaya çıxarmağı sevir. Müxtəlif qan qruplarını və onların nikaha münasibətini dərindən öyrənəndən sonra məlum olub ki, qruplar biri o birindən çox fərqlənir.
Davamı →

Nikah

Nikah insan həyatında ən əlamətdar hadisədir. Bu da təbiidir. O, ailənin hüquqi əsasıdır. Nikahı vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı (VADQ) qeydə alır.
Hər gün respublikamızda neçə-neçə gənc nikah bağlayır, neçə ailənin təməl daşı qoyulur. Hər dəfə nikahı qeyd edən təşkilatın nümayəndəsi- vətəndaş aktlarının dövlət qeydiyyatı orqanının müdiri gənc ər-arvadı belə xoş sözlərlə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayır. Cəmiyyətimizdə nikah iqtisadi mülahizələrdən azad olub kişilərin və qadınların məhəbbətə, sədaqətə, uşaqların olması arzusuna əsaslanan könüllü, bərabərhüquqlu ittifaqıdır.


Ardı →

“Səni sevirəm” deməzdən əvvəl özünüzdən soruşun

İnsan ailə qurmazdan əvvəl özünə bir sıra suallar verməli və onlara məntiqi cavablar tapmalıdır.
Özünüzdən sevginin nə olduğunu soruşmusunuzmu? Sevgi nədən yaranır? Onun əvvəli olduğu kimi sonu da varmı? Əgər vermisinizsə, bütün bunlara hansı cavabları tapmısınız? İslama görə, sevgi həyat yoldaşını Allaha xatir sevmək, Allaha xatir hörmətini gözləmək, yersiz qısqanmamaq, etibarını qoruyub saxlamaq, imanını gücləndirmək, güzəştə getmək, dedi-qoduya yol verməmək, hərtərəfli təmin etmək və daxildəki «mən»i «biz»lə əvəz etməkdir. Belə bir sevginin əvvəli olsa da sonu həyatın sonu ilə qurtarır.
(Hədis)
Ardı →

Antik dünyada kişi və qadının statusu - Qədim Romada qadınların vəziyyəti və nikah-ailə münasibətləri

Əvvəllər romalılar maldarlıqla məşğul olan xalq idilər, onlara etrusklar, etruskların vasitəsi ilə Qədim Yunanıstanın və Karfagenin sivilizasiyası təsir etmişdir. Qədim romalılar «mores maiorum»u («əcdadların adətləri») ideallaşdırmağa başlayanda, onlar xidmət və borcu, məqsədin sabitliyini, intizamı, əməksevərliyi, rəhmdilliyi, qənaətçiliyi və məsuliyyətliliyi nəzərdə tuturdular.
Ardı →