Pozitiv düşünməyi vərdiş edin

Hər günün bir öncəkindən xoşbəxt keçməsini istəyirsən? Kim istəməz ki! Sən də daha xoşbəxt və hər gününü dolu dolu yaşamaq istəyirsənsə müsbət düşünməyi bir vərdiş halına gətirməlisen. Xoşbəxt bir həyat yalnız müsbət düşüncə quruluşuyla əlaqədardır və inanıram ki hər kəs ruhən, romantik mənada və zehni mənada özünü müsbət düşünməyə öyrədə, öz daxili gücünü artırıb daha xoşbəxt yaşamanın yollarını öyrənə bilər. Müsbət düşünmə quruluşunu bir dəfə ələ keçirdikdə həyatı daha enerjili və daha həvəsli yaşamağa başlayacağıq.

Müsbət düşünmə tərzi həyatımıza bir çox gözəllik qatacaq və onlardan bəziləri isə özümüzə olan etibarımızı artırması, streslerimizi, hirslilik və depressiya hallarimizi ən aza endirməkdir. Bu pis hallardan xilas olmaq ve çox daha sağlam yaşamağı bizə təqdim edir deməkdir. Səhv etməkdən qorxmayın, müvəffəqiyyətli hər insanın gün içində etdikləri bir çox səhvləri vardır və o etdikləri onlarla səhvləri onların daha uğurlu olması üçün əslində bir köməkçidirlər.
Davamı →

Ümid haqqında

Ümid insan ruhunu qanadlandırıb  həqiqət  aləminə aparan nur nişanəsidir.O bu yolçuluğa çıxarkən həm qəlbi,həm əqli,həm dəduyğuları saflaşdırır.O uzağı yaxın edən dəyər,yaxını mətinləşdirən iksir və insan şəxsiyyətini zirvələrə yüksəldən həqiqətdir.   («Füyuzat»jurnalından)
Ümidsizlik ölümə gedən yolun başlanğıcıdır.   (Napoleon Bonapart:Fransız imperatoru)
Ardı →

Optimist olmaq nə verir?

Yaxşı başlayan hər nə varsa, pis qurtarır, Pis başlayan isə ondan da pis qurtarır...” (Artur Blox, “Merfi qanunu”)
Bizim dövrümüzdə optimist olmaq asan deyil! “Yenə işlərim pis gedir. Mən belə də bilirdim” deyimi daha məqsədəuyğundur və adətən biz bu deyimə üstünlük veririk. Lakin optimist olmaq nəinki yaxşıdır, həm də sərfəlidir. Hətta maddi nöqteyi-nəzərdən!
Optimist nəinki sabahın daha yaxşı olduğunu düşünür, həmçinin vəziyyətə uyğun olaraq hərəkət edir. Gələcəyinin daha yaxşı olması üçün hərəkət edir. Nəticə isə? Optimistlərin gələcəyi həqiqətən də uğurlu olur. Pessimistlərdə isə vəziyyət ürəkaçan olmur.
Davamı →

2. Xəyal qurmaq

Ən böyük işlər böyük xəyallar qurma
xüsusiyyəti olan insanlar tərəfindən həyata keçirilmişdir.
Uilliam Russell


Xəyal hər hansı vəziyyət və ya hadisəni zehnidə canlandırma deməkdir. Xəyal qurmaq müvəffəqiyyət və fərdi inkişafın ayrılmaz tərkib hissəsidir.
Həyatda düşüncə hərəkətdən öncə gəlir. Reallaşdırılması planlanan bütün layihələr əvvəlcə zehində canlandırılır, daha sonra tətbiq olunur. Məsələn, televizor ixtira etmə fikri əvvəlcə xəyal edilmiş, sonra praktikada tətbiq olunmuşdur. Fateh Sultan Məhməd İstanbulu fəth etməyin əvvəl xəyalını qurmuş, daha sonra düşüncələrini həyata keçirmişdir. Yenə telefonun ixtirası, kompüterin ixtirası əvvəl zehnidə canlandırılmış, sonra praktikada tətbiq olunmuşdur.


Ardı →