Nitqin əsas keyfiyyətləri

NİTQİN  DÜZGÜNLÜYÜ. Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni formaca və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır.

Düzgün nitq qarşılıqlı anlamanın açarıdır. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. Nitqin bu keyfiyyəti olmasa, nitq ünsiyyətinin dəqiqlik, məntiqlilik, uyarlıq kimi kommunikativ keyfiyyətləri pozular. Düzgün nitq həmişə ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərir. Nitqin düzgünlüyü nitq-dil əlaqəsi əsasında anlaşılır.


Davamı →

Nitq etiketləri

Hər bir xalqın öz milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq, müraciət, görüşmə, ayrılma, təbrik və s. formaları, ifadələri olur ki, onlara nitqetiketləri, yaxud nitqyarlıqları deyilir.

1) Müraciət etiketləri

Xanım! Cənab! Müəllim! Oğlum! Qızım! Əmi! Dayı! A bala! Qardaşoğlu! Bacıoğlu! Qardaş! Əzizim! Qadası! Dərdin alım! Başına dönüm!

Müsahib yaşca böyük olduqda, yaxud ortada tanışlıq olmadıqda ona “siz” deyə müraciət olunur.


Davamı →

Danışıq etiketi

Danışıq etiketi dedikdə bu və ya digər dildə ünsiyyətdə olanların qarşılıqlı münasibəti ilə müəyyənləşən danışıq davranışı qaydaları nəzərdə tutulur. Məlumdur ki, bu cür qaydalar dilin daşıyıcısı olan xalqın bütünlükdə, yaxud da yaşından, ictimai mənsubiyyətindən, ünsiyyət şəraitindən asılı olaraq dəyişən, irili-xırdalı sosial qrupların qəbul etdiyi danışıq normasıdır. Həmin qaydalar ədəbi və danışıq dilində üst-üstə düşə bildiyi kimi bir-birindən fərqli də ola bilər.
Danışıq etiketi nitq fəaliyyətinin müxtəlif sahələrini salamlaşma, müraciət, tanışlıq, dəvət, razılıq və rədd, üzrxahlıq, təşəkkür, xudahafizləşmə və s. əhatə edir. Hər bir sahənin özünəməxsus söz və ifadələri var, bunların öyrənilməsi türk ədəbi dili normaları çərçivəsində düzgün danışmaq üçün son dərəcə vacibdir.
Davamı →