Herta Müller | Nobel nitqi

10 dekabr 2009-cu il

Əziz şahzadə, Xanımlar və Cənablar, Sevgili Dostlar!
Qəribədir ki, dərədə inəklərin keşiyini çəkən uşağın yolu Stokholm şəhər binasına da düşdü! Burada da, həmişə olduğu kimi, özümə kənardan baxıram.

O vaxtlar anamdan icazəsiz hazırlıq məktəbinə getmişdim. O, mənim kənddə dərzi olmağımı istəyirdi. O, şəhərə köçsəm, dəyişiləcəyimi bilirdi. Dəyişildim də… Kitab oxumağa başladım. Kənd mənə bir adamın doğulduğu, evləndiyi və öldüyü bir yer kimi görünməyə başladı.
Davamı →

Kenzaburo Oe | Nobel nitqi

10 dekabr 1994-cü il

Mən uşaqlığımı və yeniyetməliyimi Nils Holgerssonun böyük təsiri altında keçirən qəribə bir yaponam. Nilsin üzərimdəki təsiri o qədər böyük idi ki, o vaxtlar mən öz ölkəmdən daha yaxşı İsveçin gözəl yerlərini adbaad sadalayırdım.

Nilsin geniş zənginliyi mənim ədəbiyyata tutqunluğumu artırdı. Mən “Gencinin hekayəsi”nə etinasızlıq göstərmişdim. Özümü Selma Lagerlöfə daha yaxın hiss edir və bu məşhur “Xanım Murasaki” əsərinin müəllifindən daha çox hörmət edirdim. Ancaq yenə də Nils və onun dostlarına təşəkkürlər, mən “Gencinin hekayəsi”nə olan marağımı yenidən kəşf etdim. Nilsin təsiredici yoldaşlığı məni ora gətirdi.
Davamı →

Joze Saramaqo | Nobel nitqi

Əlahəzrət şahzadə, Xanımlar və Cənablar,
Ümumdünya İnsan Haqları Deklorasiyası 50 il əvvəl bu gün imzalanıb. İldönümü mərasimi hələ də davam edir. Amma bilirsiniz ki, zaman keçdikcə maraq azalır. Ortaya ciddi məsələlər çıxarsa, toplumun marağı hadisənin elə ertəsi günündə belə azala bilər. Yenə də bu anım mərasimlərinə qarşı çıxmıram. Mən də bir çoxuna mülayimliklə qatılmışam. Əgər uyğunsuz, vaxtı keçmiş, ya da yüngüllük hesab etməsəniz, buna bir neçə şey də əlavə edə bilərəm.

Bu 50 ildə hökumətlər əxlaqən etməli olduqları hər şeyi etmədilər əlbəttə. Haqsızlıq çoxaldı, bərabərsizlik artdı, cəhalət böyüdü və bədbəxtlik yayıldı. Qayalarının quruluşunu öyrənmək üçün başqa planetə alətlər göndərə biləcək bacarığı olan bu şizofrenik insanlıq, milyonlarla insanın aclıqdan ölməsi barədə laqeydliklə danışır. Marsa getmək qonşuya getməkdən daha asan görünür. Heç kəs öz vəzifəsini yerinə yetirmir. Hökumətlər də. Çünki bilmirlər, ya da edə bilmirlər və ya istəmirlər.
Davamı →

Uilyam Cerald Qoldinq | Nobel nitqi

Uilyam Cerald Qoldinq"Çerçil «Nobel mükafatı»nı nə yazdığı şeirlərə, nə də nəsrinə görə aldı. Ona bu mükafat bir neçə sadə və hikmətli sözünə görə verildi ki, onlara nə poeziya, nə nəsr demək olar. O, bu mükafatı uğurlu başlıq — «gerçəkliyin poeziyası» — seçə bildiyi üçün, dəyərli fikirlərinə görə aldı, hansı ki, həmin fikirlərdə insan dəyanətinin və kobudluğunun əsl mahiyyəti əks olunurdu.

Bizim çoxumuz, yəni o dövrdə yaşayanlar yaxşı bilir ki, Çerçilin «gerçəkliyin poeziyası» tarixin gedişatını dəyişdi. Hər şey onun qələminin qüdrəti yanında miskin göründü. Qısqanclıqla təqdim edilən söz, ustalıq, həvəs və istedadla birlikdə bəzən son dərəcə möhtəşəm çıxış yolu ola bilər.

Söz insanları bir-biri ilə danışmağa təhrik etmək gücünə qadirdir, çünki yazıçının ağzından qaçırdığı söz, sadəcə onun öz fikirlərini ifadə etmir, o söz bütünlükdə Yer kürəsinin fikir və düşüncələrini təzahür edir. Sözlər insanın insanla, yəni yolçunun öz bələdçisi ilə ünsiyyət qurmağına körpü salır, beləcə, hər bir millət sağlam fikirlə köklənir, ağılla ehtiyatını götürür, onun gücü qarşısında hakimlər və alverçilər məğlub olur və millətlər bir-birilə dil tapır.
Davamı →

Mario Varqas Lyosanın Nobel nitqi

Qiraət və ədəbiyyata mədhiyyə
Mən oxumağı beş yaşında öyrənmişəm. Müəllimim Boliviyanın Koçabamba şəhərindəki de Lasal məktəbində çalışan Yustinian qardaş olub. Bu, həyatımda baş verən ən mühüm hadisədi. İndi, az qala, yetmiş beş il sonra kitab səhifələrindəki sözlərin vaxt və zaman çərçivələrini qırıb mənim həyatımı zənginləşdirərək obrazlara çevrildiyi həmin möcüzəni əla xatırlayıram. Kapitan Nemo ilə birlikdə su altında iyirmi min lyö üzmüşəm, hiyləgər Rişelyenin zamanında kraliçaya qarşı pis niyyəti olan fitnəkarlara qarşı Dartanyan, Atos, Patos və Aramislə çiyin-çiyinə vuruşmuşam, Jan Valjana çevrilib, kürəyimdə Mariusun cansız bədəni, Paris katakombalarını dolaşmışam… Qiraət xəyalları həyata, həyatı xəyallara çevirdi: bütöv bir ədəbiyyat dünyasına əl uzatsam çatardı. Anam danışırdı ki, ilk «qələm təcrübələrim» oxuduğum kitabların davamıydı, çünki qəhrəmanlardan ayrılmaq istəmirdim, ya da əsərin sonluğu xoşuma gəlmirdi. Demə, özüm də hiss etmədən ömürboyu bununla məşğul olmuşam: uşaqlığımı fərəh və macəralarla dolduran əhvalatların davamını yazmışam.
Davamı →

Nobel nitqi | Toni Morrison

Bu zala məndən əvvəl bura gələnlərin ruhu ilə sarılmış halda girdim. Aralarında, əsərləri ilə mənə fərqli dünyaların qapılarını açan imzaların da olduğu Nobel Mükafatı sahibləri, bir yandan gözümü qorxudarkən, digər tərəfdən insanı bağrına basır. Yaradıcılıqlarının miqyası və özünəməxsusluğu, cəsarəti və baxış bucağının dəqiqliyi bəzi hallarda qəlbimi qırdı. Əsərlərinin heyrət verən möhtəşəmlikləri məni həm çətinliyə salıb, həm də bəsləyib. Onlara olan borcum, məni bu seçilmiş qrupa daxil etdiyi üçün İsveç Akademiyasına olan borcumla yarışacaq səviyyədədir.

Oktyabr ayının əvvəllərində bir yazar dostum mənə səsli mesaj göndərdi. Bu mesajı həftələrlə telesekretarda saxladım və səsindəki titrək xoşbəxtliyi, sözlərindəki inancı duymaq üçün təkrar-təkrar qulaq asdım. Mesajda belə deyirdi: “Əziz dostum, aldığın mükafat eyni zamanda bizim sayılır və səninkilərdən daha yaxşı əllərdə ola bilməzdi”. Mesajındakı şövq, haqlı optimizmi və əsrarəngiz etibarı bu günü mənim üçün çox mənalı edir.
Davamı →