Kəşfləri kişi həmkarları tərəfindən oğurlanan elm qadınları

Tarixə iz qoymuş kəşflərin çoxunun kişilərə məxsus olduğu, qadınların isə elm sahəsində mühim işlərə imza atmadıqları ilə bağlı fikirləri tez-tez səslənir. Halbuki, tarix bir çox elm qadınının kəşfini öz adına çıxan kişi alimlərlə doludur. Hətta bu o qədər geniş yayılmış bir hadisədir ki, məhz bu mənanı verən xüsusi termin də var – Matilda effekti. Elm tarixçisi Marqaret Rossiter bu sözü ilk dəfə 1993-cü ildə terminalogiyaya daxil edib.

Bəs Matilda effektinə məruz qalan elm qadınları kimlərdir?

Sesiliya Peyn – astronom, astrofizik
Ulduzların hidrogen və heliumdan meydana gəldiyini kəşf edib. Bu kəşfini həmkarı Henri Rassel ilə bölüşən Sesiliya xəyal qırıqlığı yaşayır. Çünki H.Rassel onun əldə etdiyi nəticənin düzgün ola bilməyəcəyini, bunun elmi biliklərlə üst-üstə düşmədiyini deyir. Buna görə də Sesiliyanın məqaləsini çap etdirmir. 4 illik araşdırmalardan sonra Sesiliya ilə eyni nəticəyə gələn H.Rassel öz məqaləsində Sesiliyanın adını belə çəkmir. Ən maraqlısı odur ki, illər sonra Sesiliyaya H.Rassel mükafatı verilir.
Davamı →

Nobel mükafatı və Azərbaycan

Alfred Bernhard Nobel 1833-cü il oktyabr ayının 27-də İsveçin paytaxtı Stokholmda dünyaya gəlmişdir. 1842-ci ildə ailəsi ilə birlikdə Sankt-Peterburqa getmiş, professor N.N.Zinindən kimya elmini öyrənməyə başlamışdır. 1849-cu ildə təhsilini davam etdirmək üçün Alfred Avropa və Amerikaya getmişdir.

2 illik səyahətdən sonra Rusiyaya qayıtmış və çar ordusu üçün silah istehsal edən ailə fabriklərini idarə etməyə başlamışdır. 1853-cü ildə Krım müharibəsinin başlaması “Nobel” şirkətinin çiçəklənməsinə səbəb olmuşdur. Lakin ailə biznesinin iflasa uğramasından sonra atası ilə İsveçə qayıtmış, həyatını partlayıcı maddələrin tədqiqinə həsr etmiş, tüstüsüz barıtın, uğultulu-civəli kapsul detonatorun, dinamitin ixtiraçısı olmuş və 1868-ci ildə ixtirasının patentini almışdır.
Davamı →

Nobel qardaşları haqqında

Nobel qardaşlarıBakıda ilk xarici firmanın əsasını İsveçin məşhur mühəndis və ixtiraçı ailəsindən olan Nobel qardaşları qoyub. Ataları Emmanuel Nobel 1843-cü ildə İsveçdən Rusiyaya köçür. O, Peterburq şəhərində mexanika zavodu alaraq silah istehsalına başlayır. Onun hazırladığı sualtı minalar Krım müharibəsi zamanı Peterburqda və Kronştadda İngiltərənin hərbi gəmilərinə qarşı istifadə olunur. Nobel, həmçinin hərbi gəmilər üçün buxar maşınları da istehsal edib.

Krım müharibəsi başa çatandan sonra dövlət sifarişləri dayandırılır və Nobel iflas təhlükəsi qarşısında qalır. İflasdan birtəhər yaxa qurtaran Emmanuel həyat yoldaşı və iki oğlu — Alfred və Elmarla birgə Peterburqdan vətəninə qayıdır. Onun digər iki oğlu – Lyüdviq və Robert isə Peterburqda qalır.
Davamı →

Nobeldən kim, niyə imtina edib

İlk Nobel imtinaçısı Lev Tolstyodan sonra keçən 110 ildə ona yaxın adam bu nüfuzlu mükafatdan imtina edib.

1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev Nikolayeviç Tolstoyun nobelə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutan Tolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd nobel almaq üçün yox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyinin geri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi. Ancaq Tolstoy bu cür addım atmış yeganə adam deyil. Sonradan nobel imtinaçılarına Jan Pol Sartre, Boris Pasternak və başqa tanınmış simalar da qoşuldular.

Lev Tolstoy öz davranışı ilə bir nümunə yaratdı. Yeni yaranmasına baxmayaraq (o zaman nobel mükafatı cəmi beş iş il idi yaranmışdı), prestiji olan bu mükafatdan heç kim imtan etməzdi. Rus yazıçısının qeyri-adi addımından sonra isə xüsusi termin olan: “Nobel imtinaçısı” yarandı. Ondan bəri keçən 110 il ərzində belə “üsyankarların” sayı 10-u keçməyib.
Davamı →

Nobel qardaşlarının şirkəti

Nobel qardaşları Bakıya gəlmiş ilk əcnəbi iri sənaye sahibləri idi. Nobellər kimdir? Əslən İsveçli olan bu nəslin başında Emanuil Emanuiloviç Nobel dururdu. O rus dövlətinin dəvəti ilə 1837-ci ildə Rusiyaya gəlmişdi. Hələ İsveçdə ikən onun ixtira etdiyi sualtı minalar Rusiya  hərbi  dairələrinin  diqqətini  cəlb  etmişdi. Rusiyaya köçdükdən sonra Peterburqda inşa etdirdiyi zavodda mina və başqa mexaniki məmulatlar istehsal etməyə başlayır. Krım müharibəsi zamanı hökümətin tapşırığı ilə Kronştadt və Sveaborq qalalarının ətrafını minalamaq kimi mühüm bir işin öhdəsindən müvəffəqiyyətlə gəlir.
Davamı →

İlk radionu kim kəşf edib?

Çoxlarımızın bildiyi kimi fizika dəsrliklərində ilk radionun yaradıcısı kimi Markoni göstərilir. Baxmayaraq ki, bu tarixi səhvdir, bu yanlış bilgi nəticəsində 1909-cu ildə Markonu hətta Nobel mükafatına layiq görülmüşdür. Ancaq həqiqətdə ilk radionu 17 il əvvəl Nikola Tesla kəşf etmişdir. Marconi isə uzun müddət Teslanın yanında assistent vəzifəsində radio kabellərinə cavabdeh işçi kimi çalışmışdır.

Radionu kəşf etdiyini elm dünyasına bəyan edən Markoni Nobel mükafatı aldıqdan sonra Teslanın tələbələri bunun haqsızlıq olduğunu və müəllimlərinin bu ədalətsizliyə susduğunu soruşduqda isə Teslə onlara bu cür cavab verir:

Markoni əslində pis tələbə deyil, dostumdurş O radiodan savayı daha 17 patentimi öz adına çıxıb. Qoy işləsin və inkişaf etsin, onsuzda o kəşflərinin heç bir zaman tam izahını verə bilməyəcək.

Onu da qeyd edək ki, Markoninin kəşf etdiyi radio səsləri yox ancaq siqnalları göndərməyə qadir idi. Ondan 17 il sonra Teslanın kəşf etdiyi radio isə müasir radio kimi səsləri göndərirdi.

Markonun ölümündən sonra Ədalət Məhkəməsi Markonun radio patentini etibarsız hesab edir və radio patentini Teslaya məxsus olması barəsində qərar çıxarır. Beləliklə, ədalət öz yerini tapır.


Ardı →

1,6 milyard müsəlmanın elmdə cəmi 2 "Nobel"i var

ABŞ-ın Harvard Universitetinin 2005-ci ildə nəşr etdirdiyi elmi məqalələlərin sayı  17 ərəb ölkəsinin birlikdə çap etdirdiyi elmi məqalənin sayından çoxdur.
Dünyada yaşayan 1 milyard 600 milyon müsəlmanın elmdə cəmi 2 Nobel mükafatı laureatı var.  Onlardan biri kimya, biri də fizika üzrə Nobel alıb. Bu alimlərin hər ikisi Qərbə köçüb. Onlardan cəmi biri sağdır.
Müqayisə üçün, müsəlmanlardan 100 dəfə az olan yəhudilərin 79 Nobel mükafatı laureatı var.
Bütün bunları dünyanın ən nüfuzlu jurnallarından olan Economist yazır.

PUL AZDIR?

Müsəlman ölkələrində elmdə belə aşağı nailiyyətlərin səbəbi nədir?
Yəqin ki, bir səbəb elmə ayrılan pulun azlığıdır.
İslam Konfransı təşkilatına 57 müsəlman ölkəsi daxildir. Onların bir ildə elmə xərclədiyi pul orta hesabla ÜDM-un 0,81 faizidir. Bu da dünyada orta göstəricidən 3 dəfə azdır.
Ardı →

Alfred Nobel

Alfred Nobeli gah «dinamit kralı», gah "ölüm alverçisi", gah da «Avropanın ən varlı avarası» adlandırır, bununla ürəkləri soyumayanda, daha kəskin epitetlərlə onun adını «bəzəyirdilər». O isə bunları oxuyur, amma heç bir şəkildə cavab vermirdi və onun bu cür — daş kimi susub durması qəzet yazarlarını bir daha yenidən yazmağa ürəkləndirməklə bərabər, onları əməlli-başlı qəzəbləndirirdi...
Əslində isə hər şey tamam başqa cür idi və bu məşhur adamın nələr çəkdiyindən kimsənin xəbəri yoxuydu. Hamı elə fikirləşirdi ki, o, milyarderdisə, onun nə dərdi ola bilər ki? Amma…


Ardı →