90-larda uşaq olmaq...

90-larda uşaq olmaq... — Həm Azərbaycan, həm də dünyanın qloballaşma dövründə, ya da keçid dövründə uşaq olmaqdır. 90-larda uşaq olmaq savaşanda qışqıraraq “iaaaaa van daaaaaaaaam” deyib yumruq vurmaqdır, internetin nə olduğunu bilməməkdir, uşaqlıq dostlarının nə olduğunu bilməkdir, məhəllə davalarının nə olduğunu bilməkdir, “pokemon” kartlarını yığıb oyun oynamaqdır.

Hər axşam “11 tuş oynamaqdır”, Britney Spears heyranı olmaqdır, məhlələr arası davalara getməkdir, səndə olmadığı üçün qonşu uşağının velosipedinə ağlaya-ağlaya baxmaqdır, “Yeşilçam” izləməkdir, qonaq gedəndə qonaq ailənin uşağının “Tetrisi” ya da “Sega”sı ilə bir az daha çox oynamaq üçün evə gec getmək istəməkdir, son olaraq 90-larda uşaq olmaq “PES 99-da” Braziliyanı götürüb üç pasla qol vurmaqdır.

— Müharibə görməkdir, top tüfəng səsinə diksinməkdir, gecələr ailəlikcə evin pəncərə olmayan küncündə yer açıb yatmaqdır. 90-larda uşaq olmaq ananın əlindən tutub zirzəmiyə qaçmaqdır. Zirzəmilərdə ağlayan xalaları eşitməmək üçün anaya qısılıb yatmağa çalışdığın gecələrdir.


Ardı →

Zaman o zaman deyil

Bu gün tozları silərkən gözüm  video kasetlərə sataşdı. Üst-üstə düzülmüş bir sıra kaset, lent və s. Bu an video maqnitafona, DVD-yə, lentlərə və disklərə baxıb düşünməyə başladım ki, ehh..bunların da vaxtı vardı. Sanki bunlar da qocaldılar.

Köhnə video m.-zu hələ də xatırlayıram.
O bizdə peydah olan vaxt elə sevinmişdim ki… Onu hələ də xatırlayıram, yekə idi və sol tərəfdən qarşısında hərəkət gətirmə işarələri var idi. Mən də maq.-nun kasset salınan yerinin  «knopka» sını basmağı çox sevərdim, bu mənə əyləncəli gəlirdi, çünki, onu basan zaman kasset yerinin qapağı yuxarıya doğru açılardı ki, kasset içinə salınsın.


Ardı →