Novruz bayramından sonra ölüm - Şıxəli Qurbanov
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Günəş nurun saçıbdı,
Soyuq qorxub qaçıbdı.
Məşələrdə, bağlarda
Novruzgülü açıbdı.
Dəyirmanda dən oldu,
Kef-damağı şən oldu,
Novruz bayramı gəldi,
Gece-gündüz tən oldu.
Novruz gəlib, yaz gəlib,
Bir əlində saz gəlib.
Bir əlində xonçası,
Açıb gülün qönçəsi.
Bülbülə avaz gəlib.
Novruz gəlib, yaz gəlib.
Bu gözəl yurduma, ilk bahar gəlir…
Ən şirin, ən gözəl arzular gəlir…
Bu gözəl yurduma, ilk bahar gəlir…
Ən şirin, ən gözəl arzular gəlir…
Təbiət əlində xonçalar gəlir,
Novruz bayramınız mübarək olsun…
Təbiət əlində xonçalar gəlir,
Novruz bayramınız mübarək olsun…
Novruzun tərifi şeiri
Novruz gəlir yurduma
Yer-Göy necə şad olur.
Küskün düşən ürəklər –
Könüllər abad olur.
Yaşıllaşıb yenə də,
Təbiət cuşa gəlib.
Nə xoşdur Vətənimə
Bayramlar qoşa gəlib.
Gəlib Novruz bayramı,
Yandırmışıq biz şamı.
Tonqallar alışıbdır,
Sevincimiz daşıbdır.
Fərəhlənir uşaqlar,
Papaq atır qoçaqlar.
Hər evdə aş dəm alır,
Şənlik göyə ucalır.