“Oğru evi neyləyir? Onun evi türmədi...”
BİR «OĞRUDAN» MUSAHİBƏNİ SİZLƏ BÖLÜŞMƏK İSTƏDİM
— İndi cibgir olmaq əvvəlkinə nisbətən çətindir, yoxsa asan?
— Cibgir olmaq daha asandı. İndi cibgirliklə dolanmaq çətindi...
— Qabaqlar necəydi ki? Bir fərqi var?
— Qabaqlar deyəndə, hansı zamanları soruşursan?
— Cavanlığımızı, sovet dövrünü...
— Bilirsən nə boyda fərqi var? Onda cibgir olmaqçun gərək neçə il şəyirdlik edəydin. Təzə başlayan uşaq-muşağı qoyardılar cibə girsin? Kim idi onları qoyan?
— Bəs şəyirdlik deyirsən, şəyirdin işi nədən ibarət idi ki?
— Şəyird cibə girmirdi. Şəyirdin vəzifəsi cibgirə göz qoymaq idi. Bir də ki, cibgir çıxartdığı pulqabılarını ona ötürürdü.
Ardı →