Nəsibə Zeynalova

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkiiyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

Davamı →

Silva Koşina

 Bu italyan kinodivası haqda çox danışmaq olar. Silva Koşina 60-70-ci illərin ən seksual aktrisası hesab olunurdu. Onun filmoqrafiyası 125 filmdən ibarətdir. Silva Koşina italyan əsilli olsa da, SSRİ ərazisində dünyaya göz açıb. 1994-cü ildə vəfatından sonra aktrisa unudulmağa başladı. Yeni gənc nəsil demək olar ki, bu aktrisanı tanımır. Amma Silvanın bir dəfə də olsa, ifa etdiyi hansısa rolunu görən olubsa, bu aktrisanı heç vaxt unuda bilməz. Hətta əgər Silva bu filmdə köməkçi obrazı canlandırıbsa da… Silvanın İtaliya ərazisindəki qazandığı şöhrət çox böyük idi. Hətta bəzən deyirlər ki, İtaliya aristokrat, eleqant qadın obrazlarının çoxunu onun simasında, onun ifası ilə görüb. Silva 1933-cü ildə Xorvatiyanın Zaqreb ərazisində doğulub. İkinci Dünya müharibəsi ərəfəsində Silva İtaliyaya – italyan kişi ilə evli olan bacısının yanına gəlir və ömrünün sonunacan burda yaşayır. Cazibədar, uzunboylu Silva idmanla professional şəkildə məşğul olur. 1954-cü ildə İtaliyanın velosiped turu müsabiqəsində birinci yerə çıxır. Silvanın gözəlliyi onu model biznesi ilə maraqlanmağa məcbur edir. Çox keçmir ki, o, özünü model kimi sınayır. Modellikdən sonra isə o, kinematoqrafiyaya qədəm qoyur.

1955-ci ildə Silva “Biz kişiyik, yoxsa kapral?” kinokomediyasında ilk kiçik rolunu alır. 1956-cı ildə isə bəxt onun üzünə gülür və Petro Cerminin “Maşinist” filmində rol ifa edir.


Ardı →

Kinoda insan

  • Kino

Yaponlar belə hesab edirlər ki, yaxşı və ya pis adam məfhumu yoxdur. Müxtəlif situasiyalar var və bu situasiyalara fərqli adamların adekvat reaksiyaları mövcuddur. Bu, doğrudan da, belədir. Heç kim öz imkanlarının, bacarığının sərhəddini, hara qədər gedə biləcəyini, hansı şəraitdə konkret situasiyaya necə reaksiya göstərəcəyini qabaqcadan bilə bilməz. İvan Qroznının, Adolf Hitlerin, İosif Stalinin taleyi buna ən yaxşı misaldır. Hitler rəssam olmaq istəyirdi, ancaq aydın olanda ki, təsviri sənət üçün istedadı yoxdur, o, siyasətə girişdi və nəticədə II Dünya müharibəsi başladı, qaz kameraları kəşf edildi.
Digər tərəfdən, qəhrəmanlıq və antiqəhrəmanlıq da hər dəqiqə hamıya nəsib olacaq qismət deyil. Çünki biz insanlar əksər hallarda çox sabit, monoton həyat sürürük. Heç kimə pislik etmədən yaşamaq hələ bizim yaxşı adam olmağımıza dəlalət eləmir. Həmçinin, zənnimcə, pis adamlar daha maraqlıdır. Uzağa getməyək, elə gündəlik həyatımızın, məişətimizin ayrılmaz hissəsinə çevrilmiş seriallara fikir verək: mənfi qəhrəmanlar həm fantaziya, həm mübarizlik, hətta ideyalarına, məqsədlərinə sadiqlik baxımından daha zəngindirlər. Yeganə işi göz yaşı tökməkdən ibarət olan müsbət qəhrəmanlardan fərqli olaraq, onlar daima məqsədlərinə çatmağın cürbəcür üsullarını saf-çürük etməkdədirlər. Müharibədə və sevgidə isə bütün vasitələr yaxşıdır.


Ardı →

Xatırlana bilən mesajlar yaradın

Satış mütəxəssisləri, tez-tez hər hansı bir «marka obrazı» və ya "şirkət obrazı" yaratmağın vacibliyindən bəhs edirlər. Çünki onlar bu obrazların hüquqi baxımdan markanı dəstəkləyəcəyini düşünürlər. Lakin bu mütəxəssislər, «obrazlar»dan istifadə etməyin önəmliliyinə çox az diqqət yetirirlər.
Obrazlarmı, təsəvvürlərmi?
Marka obrazı, hər hansı bir markanın simvola çevirdiyi modeldir. Heç şübhəsiz ki bu obrazlar çox önəmlidir. Amma təsəvvürlər, tamamilə fərqli bir şeydir, duyğularımızdan istifadə edərək zehinlərimizdə bir şeyin təmsilini yaratma müddətidir. Təsəvvürlər, bir şeyi zehnimizdə canlandırdığımız və onun necə göründüyünü, necə hiss yaratdığını, dadının necə olduğunu və s. xəyal etdiyimiz zaman yaranar.
Təsəvvürləri nə üçün nəzərə almamalıyıq? Bu mövzu, intellektual səviyyəsi yüksək olan psixoloqların işidir. Bu insanların illərlə davam edən araşdırmalardan nələr öyrəndiklərini bilməyə çalışsaq, xatırlana bilən və razı salan mesajlar hazırlamağın yolları haqqında çox şey öyrənə bilərik.


Ardı →