İnqilab nəyə görə arzuları ifadə edən məna daşımır

Əslində, bu məruzə “inqilabın niyə ümumiyyətlə heç nə bildirən olmadığı sualına həsr oluna bilərdi – məsələ ondadır ki, psixoanalizdə bildirənin varlığını təyin etmək meyarı, məsələn, linqvistikada olduğu kimi deyil, ona görə bu kateqoriya altına ən gözlənilməz şeylər düşə bilər, orada olması tamhüquqlu görünən nəsnələr isə kənarda qala bilər. Ancaq belə kobud tapşırıq materiala çox dərin nüfuzetmə tələb edərdi ki, bu da açıq şəkildə bu cür canlı hadisə üçün yaxşı seçim deyil. Buna görə də, mən yalnız inqilabın və bununla bağlı göstərişin – məsələn, bir bəyannamədə, nəzəri işdə və ya manifestdə – istək perspektivi ilə birbaşa əlaqəli bir şey olmadığını göstərməklə məhdudlaşacağam.

Davamı →

Britaniyalı rəssamdan qeyri-adi art-layihə

Britaniyalı rəssam Kris Labroyun işlərindən ibarət seriyada pikaplar uzanır, düyünlənir və fırlanır.

Krisin işləri onun böyük obyektin müstəvidə mümkün davranışlarına olan baxışlarını əks etdirir. O, maşınları, təyyarələri və digər texnikanı memarlıqla birləşdirir və bütün bunları mürəkkəb heykəllərə çevirir.

Avtomobil tematikasına müəllif ilk dəfə deyil müraciət edir: bir il öncə Kris «Avtoaerobika» adlı rəqəmsal işlər seriyasını təqdim edib. Burada avtomobil sənayesi klassikası düyünlənirdi. İndi isə rəssam rəngli pikapları onların müxtəlif formalar aldığı, daha çox plastilinlə işi xatırladan müxtəlif situasiyalara salır.


Ardı →