Omega-3-ün faydaları nələrdir?

Omega-3 yağ turşuları, qida maddələri ilə qəbul edilməli olan çox doymamış yağ turşularıdır. Bədənin Omega-3 ehtiyacı, ana bətnində başlayır. Ehtiyac uşaqlıq, yetkinlik və qocalıq dövründə davam edir. EPA və DHA adı verilən Omeqa-3 yağ turşuları vardır. Yetkinlər üçün EPA, hamilələr, süd verən analar və uşaqlar üçün isə DHA uyğundur.
Yetkinlər üzərində aparılan tədqiqatlarda Omega-3 orqanizmdə iltihabın qarşısını aldığını, immunitet sistemini gücləndirdiyini və hüceyrə divarlarının sağlamlığını qorumaqla bədxassəli xolesterolun (LDL) qarşısını aldığı müşahidə olunmuşdur.
Davamı →

Balıq yağının faydaları haqda

Balıq yağının faydaları nələrdir? Balıq yağı ən çox hansı balıqda olur? Balıq yağı əlavələrinin tərkib hissəsi nələrdir?
Balıq yağının faydaları
Balıq yağı bir çox cəhətdən çox faydalıdır. Ümumiyyətlə ürək və qan dövranı sistemi ilə əlaqədar tövsiyə olunur. Bəziləri balıq yağını təzyiqi və ya qandakı xolesterolu azaltmaq üçün istifadə olunur. Balıq yağı ürək xəstəliklərinin qarşısını almaq üçün də istifadə olunur.
Davamı →

Yaddaşı gücləndirən qidalar

Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir. Xüsusi ilə meyvə-tərəvəzlərdə orqanizmə təsirli olan vitamin və minerallar var.

Məlumata görə 50 yaşını keçən bəzi insanlarda unutqanlıq problemi görülür. Yaddaşı və zəkanı gücləndirmək üçün faydalı hesab olunan B, E və C vitaminlərindən istifadə etmək olar. B vitamini əksik olduqda yaddaş performansı o qədər yüksək olmur.

Quru paxlalılar, qatıq, süd, pendir, toyuq yumurtası, yerfıstığı, banan, alma kimi tərkibində B vitamini olan meyvə və tərəvəzlər hafizəni yaxşı formada saxlamağa kömək edir.

Onuda qeyd etmək lazımdır ki, qüvvətli zülal qaynaqlarından biri yumurtadır. Bu qida növü də böyümə və inkişafa təsirlidir. Bir sıra mütəxəssislər, irəli yaşlarda xroniki xəstəliyi olmayanların belə yumurta yeməsini təklif edir. Çünki yumurta yaddaşın güclənməsinə yaxşı təsir göstərir.
Ardı →