Kartoflu omlet

Yumurta ən dəyərli protein mənbələrindən biridir. İlk əvvəl körpələrə yalnız yumurta sarısı verilir. Səbəb, yumurta ağının tərkibində daha çox protein olduğu üçün allergiya potensialı daha yüksəkdir. Yumurta alergiyasi, yumurta və ya yumurta tərkibli qidaları yedikdən bir neçə dəqiqə və ya saatlar sonra, dəridə qızartı, qusma və ishal ilə ortaya çıxır. Yumurta yaxşı bişməyibsə, yumurta tərkibində ola biləcək salmonella bakteriyası insana ötürülə bilər. Buna görə də yumurtanın yaxşı bişirilməsinə diqqət edin.

Davamı →

5 Dəqiqə Ərzində Çox Dadlı Omlet

Hər kəs səhərini gözəl və dadlı səhər yeməyi ilə açmaq istəyər.Xüsusilə də yumşaq və qabarmış omlet səhərlər hamının sevimli yeməyi ola bilər.Çox dadlı və asan omlet reseptini sizinlə də bölüşürük.

Lazım olan məhsullar :omletin hazırlanması

3 ədəd yumurta

2 xörək qaşığı süd 
40 qram pendir

1 çay qaşığı duru yağ

duz



Davamı →

Dünyanın ən dadlı 9 omleti

Səhər yeməyini daha ləzzətli və daha sürətli etmənin yollarından biri yumurtadan hazırlanmış omletdir. Dünyanın müxtəlif ölkələrində bu yeməyi daha fərqli və ləzzətli üsullarla hazırlayırlar. Bunları bilmək sizə səhər yeməyini daha zövqlü hazırlamanıza kömək edəcək.

Şakşuka — yumurtanın içinə qovrulmuş soğan, pomidor sousu, acı bibər və müxtəlif ədviyyatlar vurularaq bişirilib süfrəyə verilir.

Davamı →

Dadlı omlet

Tərkibi:
2 ədəd kartof,
1 ədəd yumurta,
1 çay qaşığı duz,
Holland pendiri dilimi,
Çox az qara bibər,
2 yemək qaşığı qədər maye yağ.

Hazırlanması:
Kartofların qabıqlarını soyub kub şəklində doğrayaq. Kartofları maye yağda qızardaq.

Qızaran kartofların üzərinə çırpılmış yumurta, duzu və qara bibəri əlavə edib bişirək. Sonra qazdan götürüb üzərinə pendir dilimlərini yerləşdirək. Daha sonra üzərini bir qapaq ilə bağlayıb pendirin əriməsini gözləyək.
Davamı →

Tatar omleti

Tərkibi (2 pay):
6 yumurta
100 q ərinmiş yağ
250 ml süd
4 x.q. mannı yarması
duz

Hazırlanması:
Yumurtaları duzla çalın. Yağın bir qədərin forma üçün ayırın, qalanını əlavə edin. Süd də qatıb qarışdırın. Mannı əlavə edin, şişib, xəmir qatı xama kimi oluncayadək çalın.

Odadavamlı formaya kərə yağı çəkin. Xəmiri içinə töküb vam ocağın üzərinə qoyun. Bir qədər bərkiyəndən sonra formanı 200 dərəcə qızdırılmış sobaya qoyub 10-15 dəqiqə bişirin. Süfrəyə isti-isti verin. Nuş olsun!
Davamı →

Dietik omlet

Tərkibi:
1 ədəd yumurta
4 ədəd yumurtanın ağı
az miqdarda duz
bir çimdik çəkilmiş istiot
2 yemək qaşığı göbələk
1 ədəd ispanaq
5 dilim yağsız basdırma
1 dilim yağsız holland pendiri

Hazırlanması:
Yeməyi hazırlamaq üçün əvvəlcə yağsız holland pendiri, yağsız basdırma, isbanaq və göbələkdən başqa bütün ərzaqları (yumurta, yumurtaların ağı, duz, istiot) yaxşıca çırpıb qarışdırın.

Yapışmayan tavaya çırpılmış yumurtaları əlavə edin. Bunun üzərinə isə göbələk, ispanaq, basdırma və holland pendirini səliqə ilə düzün. 5 dəqiqədən sonra tavanı ocağın üzərindən götürə bilərsiniz.
Dietik omlet hazırdır. Nuş olsun!
Davamı →