Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - Epiloq
EPİLOQ
Kapsul yerin orbitini keçdikdən sonra illüminatordan seyr edən Dadaşovun gözləri aşağıda getdikcə yaxınlaşan Qobustan çöllüyünə zillənsədə, fikirləri hələ də gözünün qarşısında məhv olan kosmik stansiyada idi. İndi Bakıda nələr baş verirdi, nələr!? Təkcə Bakı deyil, dünya mediasının da gündəmini zəbt edəcək, BBC, CNN, AL-Jazeera, daha dünyanın ən azbüdcəli xəbər agentliklərin bir həftə ərzində maraq dairəsində olacaqdı. Stansiyada qəza niyə baş verdi? Onun partladılmasında 2—ci dövlətin əli ola bilərmi? Uğursuz kapitan bu haqda nə deyə bilər? Stansiyanın dağıntılarının yaşayış sahələrini düşmə ehtimalı nədərəcədə yüksəkdir? Və sayır bu kimi tamaşaçını diqqəni cəlb etməyə yönəlmiş suiqəsd nəzəriyyələri, “şok” açıqlamalar. Hər halda kapitan olaraq stansiyanı sonuncu tərk etmişdi. Ancaq bu özünə təsəlli verən yazılmamış qayda hər halda yeganə ekipaj üzvü olan kapitana şamil oluna bilməzdi. Özünün həbs olunacağına artıq yüz faiz əmin idi, bu barədə heç bir şübhə ola bilməz. Affidavit və müqavilədə açıq aydın qeyd olunurdu ki, hər hansı etinadzıslığa görə birbaşa kapitan Etibar Dadaşov məsuliyyət daşıyacaq. Ancaq ölkəsi üçün belə bir vacib layihəni, iflasa uğratması, soyadına bir neçə nəsillik qara ləkə salacaqdı. Ən yaxşı halda ailəsi təqib olunacaq, vəzifədə olan qohumlara məcburi olaraq istefa ərizəsi yazmalı olacaqdılar. Bunun heç cür qarşısını almaq olmazdı.
Ardı →