Beli düz saxlamaq ziyanlıdır

Masanın arxasında əyləşəndə insanların əksəriyyəti özündən asılı olmayaraq belini əyir. Uşaqlıqdan biz eşidirik ki, belə oturmaq ziyanlıdır, bu onurğanı korlayır və s. İllər keçir və biz artıq öz uşaqlarımıza «Oturanda belini düz tut!», «Oturanda əyilmə!» kimi əmrləri verməyə başlayırıq.

Oturanda beli düz saxlamaq ən vacib sağlamlıq qanunlarından biri kimi beynimizdə həkk olunub. Lakin Avstraliya alimlərinin son araşdırması bu yazılmayan qanunu şübhə altına alıb. Belə ki, Kvinslend Universiteti alimlərinin araşdırması göstərib ki, oturanda beli düz saxlamaq… ziyanlıdır.
Davamı →

Uşağınızın beli ağıryırsa...


Uşaqlarda bel ağrısına nadir rastlandığı deyilsə də, sorğular bunun 30 faizə qalxdığını göstərir. Uşaqlarda rastlanan bel-kürək ağrıları əsasən ağır məktəb çantaları daşımaq, kompüter qarşısında uzun müddət düzgün olmayan vəziyyətdə oturmaq və ya idman edərkən bədəni gücə salmaq kimi sadə hərəkətlərdən qaynaqlanır. Buna görə valideynlər uşaqlarında yaşanan bel ağrılarının səbəblərini adi hesab edib, çox əhəmiyyət vermirlər. Ancaq 4 yaşdan aşağı uşaqlarda rastlanan bel-kürək ağrılarının altında şiş, revmatizm və infeksiyalar kimi ciddi təhlükələr yata bilər.

4 yaşdan aşağı uşaqlarda yaşanan bel ağrılarını mütləq araşdırmaq lazımdır, çünki bu yaşda bel ağrıları çox ciddi səbəblərdən qaynaqlanır. Yaş neçə olur-olsun, bu ağrılar 4 həftəni keçirsə, mütləq ciddi tədbirlər görülməlidir.
Davamı →

Kral duruşu: onurğa sütununu düzəldən sadə məşq

Onurğa sütununun əyriliyi son illərdə olduqca geniş yayılmış haldır. Bu problemi həm idman məşqləri, həm də tibbi yollarla bərpa etmək mümkündür.

İdman sayəsində onurğa sütununda yaranmış xoşagəlməz ağrılardan qısa müddətdə xilas ola və nəhayət ideal qamətə sahib ola bilərsiniz. Bu, xüsusilə oturaq həyat tərzi yaşayanlar və ya ofisdə xeyli vaxt kompüter qarşısında oturan insanlar üçün aktualdır.

Çıxış vəziyyəti
Qarnı üstə dümdüz uzanın və alnınızı yerə qoyun. Əllərinizi ombalara doğru sıxın. Dirsəkləri düz saxlayın, ayaqları bir-birinə yapışdırın.

Nəfəs verin
Əllərin və ayaqların vəziyyətini dəyişməmək şərti ilə əvvəlcə başınızı, ardıcıl olaraq sinəni yuxarı qaldırın.
Davamı →

Uşaqlarda onurğa sütununun əyrilikləri

5-6 yaşlarında onurğa sütununun bütün fizioloji əyrilikləri artıq əmələ gəlir və insanın qaməti formalaşmış olur.

Həkimlər qeyd etdiyinə görə, hal-hazırda 50-80% uşaqlarda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9% uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyiaşkar edilir.

Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin (tənəffüs sistemi orqanları, ürək, böyrəklərin) fəaliyyətinə də mənfi təsir göstərir. Məhz buna görə ortoped həkimlər əksər hallarda boş yerə — “sağlam onurğa — sağlam insan deməkdir” ifadəsini işlətmirlər. Profilaktik olaraq uşağı ildə 1 dəfə həkim-ortopedə göstərmək lazımdır.


Ardı →