Azərbaycan dilinin orfoqrafiyası

Saitlərin yazılışı


1. O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.
2. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.
3. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır:qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir.
4. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.
Davamı →

Rus dilinin bəzi orfoqrafik qaydaları

Bu məqalədə sizin diqqətinizi rus dilini öyrənməyinizlə əlaqədar olaraq, bəzi mühüm məsələlərə cəlb etmək istəyirəm.
Birincisi, çoxları ь və ъ hərflərini düzgün işlətmir və həmin hərflərin olduğu sözləri düzgün tələffüz etmirlər. Məsələn: шью yerinə шју (bəzən dəшију), съел əvəzinə sel və ya, siyеl, syеl işlədirlər və s. Ikincisi, sözlərin hansında ь və hansında ъ yazmaqda çətinlik çəkirlər. Misal üçün, подъезд sözünü подезд, подијезд kimi yazırlar. Üçüncüsü, sonu ь, ilə bitən isimlərin bir qismi kişi cinsinə, digərləri isə qadın cinsinə aid olduğu üçün şagirdlər həmin isimlərin cümlədəki başqa sözlərlə uzlaşmasında səhvə yol verirlər. Məsələn, день kişi cinsə aid olduğu halda, тень sözü qadın cinsli isimdir. Теплый день—düzgündür, lakin пробежал тень desək və yazsaq səhvə yol vermiş olarıq. Пробежала тень deyilməli və yazılmalıdır. Bu qayda конь (kişi cinsi), лошадь (qadın cinsi) isimlərinə də aiddir. Dördüncüsü, fel formalarında ь müxtəlif hallarda yazılır. Misal üçün: Он тру­дится.—Ему надо трудиться.
Davamı →

Durğu işarələrinin yazıda işlənməsi məqamları haqqında

Dilin, dilçiliyin elə sahələri var ki, onlar daha çox mütəxəssislərin marağına daxildir, onların araşdırmalarının obyekt və predmeti kimi götürülür. Bunlar sırf elmi-nəzəri problemlərdir: morfologiya, sintaksis, leksikologiya, etimologiya, semantika, habelə qrammatikanın bir sıra başqa məsələləri və s. Amma dilçilik elminin əməli, tətbiqi sahələri, bölmələri də var ki, yalnız dilçi alimlərə, mütəxəssislərə deyil, bütövlükdə tədris işi ilə məşğul olan, ondan həmişə istifadə edən bütün insanlara: hüquq, təhsil, mətbuat, mədəniyyət, siyasət, iqtisadiyyat və b. sahələri təmsil edən şəxslərə də lazımdır. Bunların sırasına nitq mədəniyyəti, dilin orfoqrafiya (imla) qaydaları, orfoepiya (ədəbi tələffüz) məsələləri, dildə işlənən durğu işarələri (geniş mənada bu işarələrdən istifadə qaydaları və ya bu qaydaların məcmuyu — başqa cür desək, punktuasiya) daxildir.


Davamı →