Ən tez yaşlanan orqanlar

Bəzi insanlar yaşca gənc olduqlarına baxmayaraq ruhən yaşlanırlar. Bəziləri isə, tam tərsinə yaşca böyük olduqları halda ruhən gənc qalırlar. İllər keçdikcə ürək və beyin başda olmaqla bir çox orqanımızda dəyişikliklər yaşanır. Sağlam qidalanmaq, stressdən uzaq qalmaq, nizamlı idman etmək ya da siqaret və spirtli içki kimi zərərli maddələrdən uzaq durmaq kimi bəzi qaydaları vərdiş halına gətirmək yaşlanmağı gecikdirir. Mütəxəssislərin fikrincə, insan orqanizmində 5 orqan var ki, digərilərinə nisbətən daha tez yaşlanır. Bunlar aşağıdakılardır:

Ürək
Yaş irəlilədikcə ürək böyüyür. 40 yaşından etibarən ürəyimiz də yaşlanmağa başlayır. Yaşlandıqca ürək ağırlığında bir miqdar artım meydana gəlir. Çünki, sol mədəcik divarı qalınlaşır. Bu zaman qanın təzyiqi də get-gedə azalır. Ürəyinizi sağlam saxlamaq istəyirsinizsə, sağlam qidalanın, siqaretdən uzaq durun və idmanla məşğul olun. Banan, ərik və kartof kimi qidalarla qidalanın. Bol miqdarda sarımsaq yeyin.
Davamı →

Hansı orqan nə zaman yaşlanır? Yaşlanmaya qarşı tədbirlər

Yaşlanmaq sanki birdən baş verirmiş kimi görünsə də, əslində hər orqanın öz yaşlanma sürəti vardır.

Sizi nəyin gözlədiyini bilsəniz, əvvəlcədən bədəninizin bəzi qisimlərinə daha çox diqqət edərsiniz. Klivlend Klinikasının geriatriya üzrə mütəxəssisi dr. Ronan Factorun fikrincə, bədəninizi hər yaşda mühafizə etmək mümkündür.

Beləliklə, hər orqan neçə yaşında və necə yaşlanmağa başlayır…

Dəri — 18 yaş:
18 yaşından etibarən davamlı kollagen və elastik elastin ildə 1% azalmağa başlayır. Bu müddətdə siqaret çəkməyərək, yaxşı qidalanaraq bunun qarşısını ala bilərsiniz.
Davamı →

Orqanlar sistemi

Başqa canlılardan fərqli olaraq, insan orqanizmi mürəkkəb quruluşa malikdir. Onu təşkil edən orqan və toxumalar bu və ya digər funksiyaları icra edir. Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) — bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsidir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir.


Ardı →