Orqazm zamanı beynimizdə nələr olur?

İngilis qəzetində nəşr olunan bir xəbərə görə, elm adamları orqazm əsnasında qadınların beyinlərinin nə şəkildə dəyişildiyini, bir animasiya sayəsində təhlil etməyi bacardı. 

Elm adamları qadınların beyinlərinin orgazmdan əvvəl, orqazım zamanı və bundan sonrakı müddətdəbeyin hərəkətliliyini göstərən ilk filmi çəkdilər. Animasiya beynin fərqli bölgələrinin bir yerdə ahəng içində hərəkət etdiyini, bu hərəkətliliyin ən üst səviyyədə olduğunu və daha sonra yavaşca durğunlaşdığını göstərir. 

Animasiyanı yaratmaq üçün mütəxəssislər bir qadından funksional maqnetik rezonans göstərmə maşınının içinə uzanmasını istədilər. Mastürbasya əsnasında könüllünün beyin fəaliyyətindəki artım və dəyişmələr qeyd edildi. 


Davamı →

Orqazm saglamlığa ziyandırmı?

Ingiltərədə aparılan bir araşdırma zamanı kişilərin orqazmla ölümləri arasında əlaqə araşdırılıb. 10 il davam edən araşdırma zamanı müntəzəm olaraq tez-tez orqazm olan kişilərin daha az və nizamsız orqazm olanlara nisbətən daha çox yaşadığı ortaya çıxıb. Araşdırmada orqazm zamanı ifraz olunan hormonların xərçəng və ürək xəstəliklərinə qarşı orqanizmi qoruduğu ortaya çıxmışdır.
Həmçinin orqazm müntəzəm orqazm prostat vəzi xərçəngi risqini azaldır bununla yanaşı orqazm zamanı baş ağrıları və miqren ağrılarının azaldığı müəyyən olunmuşdur.

Davamı →

Orqazm

Çox qadınlar seksdə istədikləri kimi tez-tez orqazm yaşamırlar. Artıq vəziyyəti dəyişmək vaxtıdır.
  • Daimi orqazm hissi keçirən qadınlar (partnyorla və ya tək) döş xərçənginə tutulma ehtimalını 15%, daxili cinsi orqanların xərçəngi 15%, infarkt 13%, insulta tutulma riskini 10% azaldır.
  • Fransız seksoloqları araşdırıblar ki, orqazm keçirən qadınlar digərlərinə nisbətən 2,5 dəfə çox gülümsəyir. Məsələ ondadır ki, orqazm zamanı endorfin – insan əhvalını yüksəldən hormon ifraz olunur. Həmçinin məlum olub ki, həftədə iki dəfədən az sekslə məşğul olanlar əhvalın düşgünlüyündən əziyyət çəkir. Müntəzəm sekslə məşğul olan qadınlar isə bu problemlə üzləşmir.
  • Dietoloqlar arıqlama vasitəsi kimi seksi məsləhət görürlər. Çünki orqazm zamanı feniletilamin ifraz olunur. Bu da öz növbəsində iştahanı azaldır.

Davamı →

Kişi və qadinlarda orqazm

Kişi və qadını bir-birinə ehtiras cəzb edir və əvvəl-axır bu ehtiras güclü şəhvət həyəcanı şəklində özünü ifadə edir. Bu güclü şəhvət həyəcanı «orqazm» adını daşıyır («orqazm» yunan sözü olub, cinsi əlaqə zamanı şəhvət duyğusunun zirvəsini bildirir). Bu cür duyğunu ifadə edən çoxsaylı təmrinlər mövcuddur, bunlardan ən geniş yayılan­ları — «ekstaz» və «affekt»dir. Fransız dilindən tərcümədə ekstaz — cuşa gəlmə; həzzin, ləzzətin affekt halına çatan if­rat dərəcəsidir. Affekt isə latıncadan tərcümədə — «hisslərin çılğıncasına ifadəsi» deməkdir.
Əgər biz orqazm barəsindəki əsas baxışları ümumiləşdirsək, bu barədə belə demək olar: qarşılıqlı yaxınlıq, nəvaziş, sonra isə cinsi əlaqə zamanı cinsiyyət orqanlarının bir-birinə sürtünməsi nəticəsində kişi və qadınlarda xoş hisslər yaranır və bu hisslər getdikcə şiddətlənərək parlaq və kəskin şəkil alır və nəhayət boşalma — orqazm ilə başa çatır.
Ardı →

Insanlarda normal seks

İnsanda seksual təzahürlər dərhal üzə çıxmır, orqanizm bunun üçün yetişməlidir. Kişilərdə cinsi yetişmə adətən 14-16 yaşlarında başlayır və 18-20 yaşlarında tamama çatır..Qadınlarda bu göstəricilər müvafiq olaraq 12-13 və 16-18 yaşdır. Deməli 20 yaşlı kişi və 16-17 yaşlı qadın cin­si həyat üçün münasib dövrə qədəm qoymuş olurlar və bu yaşdan başlayaraq ailə qura bilərlər. Qadın və kişi orqanizmləri arasında keyfiyyət, miqdar fərqləri və digər fərqlər mövcuddur.
Başlıca keyfiyyət fərqlərinə insanın cinsiyyət sistemi­nin quruluşu, enerjinin bədəndə dövr etmə xüsusiyyətləri və orqanizmin funksiyaları aiddir. Kişi və qadın orqa­nizmlərinin cinsiyyət sistemləri arasındakı fərq digər keyfiyyət və miqdar fərqlərinə səbəb olur və qametaların cin­sini (xayalıq və yumurtalıqlar); hormonal cinsi (androgenlər və ya estrogenlər), morfoloji fərqləri (bədənin forma­ları və orqanizmin funksiyaları) müəyyən edir.
Yuxarıda göstərilmiş «daxili» fərqlər «xarici» fərqlərə — insanın şəxsi davranışına, digər adamlara qarşı münasibətinə və tələbatlarına, məişət və seksual tələbatlarına) təsir göstərir. Nəticədə insan özünü kişi və ya qadın cinsinə aid edir, müvafiq tərbiyə alır, özü üçün cinsi tərəf — müqabil seçir və müvafiq cinsi rolu oynayır.
İndi isə normal seksuallığın əsas təzahür formalarını sadalayaq.
Ardı →