Monqol tarixi

Monqolların ərazisi və məşğuliyyəti. Monqollar Kulun — Bugir gölündən başlayaraq Altay dağlarının qərb ətəklərinə qədər uzanan ərazidə qədim zamanlardan yaşamışdılar. Monqolların bir hissəsi çöllərdə köçəri maldarlıqla, mal-qarası olmayan tayqada yaşayan başqa bir hissəsi isə meşə monqolları ovçuluqla məşğul olurdu. «Monqolların nəsli haqqında qiymətli rəvayətlər» əsərində monqollar «keçə alaçıqlarda yaşayan» adamlar adlandırılır.

XII əsrdə monqollar arasında qəbilə münasibətləri dağılmağa başladı. Dağılmış qəbilələrin ayrı-ayrı hissələri birləşib ordular yaradırdı. Ordu birləşməsinin başında ən iri maldarlardan seçilmiş hərbi rəislər — bahadır və noyonlar dururdu. Onlar otlaqları ailələr arasında bölürdülər. Daha çox köçərini hakimiyyəti altında birləşdirən noyon və bahadır xan titulu daşıyırdı. Noyonların tayfasına mənsub olan istehsalçılar xaraçular adlanırdı. Onlar noyonlara tabe idilər, onlar üçün kumız (at südündən hazırlanmış sərinləşdirici içki) hazırlayır, sürülərim otarır və s. işlərini görürdülər.


Ardı →

Osmanlı imperatorluğu

Osmanlı dövlətinin yaranması. Böyük Səlcuq imperatorluğunun dağılmasından bir müddət sonra Kiçik Asiyada yeni bir müsəlman-türk dövləti — Osmanlı imperatorluğu meydana çıxdı. Onun əsasını oğuzların qayı boyundan olan Osman bəy qoymuşdu. (1299)

Monqolların Mərkəzi Asiyaya yürüşü zamanı 70 min oğuz türkü Anadoluya köçdü. Onlara Gündüz Alp başçılıq edirdi. Qayı sərkərdəsinin oğlu Ərtoğrul qəbiləsi ilə birlikdə Əhlət yaxınlığında məskunlaşdı. Ərtoğrul 1231-ci ildə qayı tayfasını Ankara yaxınlığına gətirmiş, səlcuq sultanından Söyüdlər qəsəbəsini, Domançı yaylağını iqta şəklində almış, bunun müqabilində Bizans sərhədini qorumağı üzərinə götürmüşdü. Rəvayətə görə, qayılar Anadoluya gələrkən burada vuruşan iki ordunun zəifinə kömək etmişdi. Bu səlcuq sultanı Əlaəddin Keyqubad idi. O, Biləcik tərəfi «yurd» kimi onlara vermişdi. 1289-cu ildə Ərtoğrul vəfat etdi. Bundan sonra qayılar onun qəbrini ziyarət edirdilər. Bu «Türkmən bayramı» adlanırdı.


Ardı →

Orta əsrlər mədəniyyəti

1.    Orta əsrlər dövrünə aid mədəniyyətə müqəddimə
2.    Böyük Karl imperiyası
3.    Bizans
4.    Ərəb mədəniyyəti
5.    İran mədəniyyəti

Orta əsrlər ümumdünya tarixinin qədim dünya tarixindən sonraya və yeni tarixdən əvvələ təsadüf edən dövrü əhatə edir.Orta əsrlər tarixi üç inkişaf mərhələyə bölünür:
birinci- V əsrin sonu – X əsr;
ikinci – XI-XV əsrlər;
üçüncü – XVI-XVII əsrin ortaları.
Ardı →

Son orta əsrlər və yeni dövrün əvvəllərində Avropa

Məlum olduğu kimi, XIV-XVI yüzilliklər nəinki Avropada, habelə Şərqdə də mərkəzləşmiş feodal dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdəİngiltərə hələ ancaq adalardan ibarət olub, 3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir. Son dərəcə böyük əraziyə vəəhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək imkanlarına malik deyildi və Avropa siyasətinə təsir göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa vəİspaniya sayıla bilər.
Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə təbii ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən müəyyənləşdiyi Avropada zənginləşmə prosesi başladı. Bu proses burjua istehsalını şərtləndirdi.


Ardı →

Korteslərin yaranması

Orta əsərlərdə İspaniyanın, xüsusən də şəhərlərinin digər Qərbi Avropa ölkələrindən geridə qalması şəraitində şəhər nümayəndələrinin Lion krallığında hələ XII əsrin sonlarında silkli-nümayəndəli orqanın — korteslərin işində erkən iştirakı təəccüb doğurur. Lakin bunun səbəbləri orta əsr İspaniyasında yaranan özünəməxsus tarixi şəraitlə bağlıdır.
Əsrlər boyu müsəlman idarəçiliyi altında olan İspaniya Lion, Kastiliya, Navarro, Araqon kimi krallıqlardan ibarət idi. XI-XII əsrlərdə İspaniya (xüsusən Lion və Kastilya krallıqları) bütün qüvvələrini rekonkist (İspaniyanın müsəlmanlardan təmizlənməsi) hərəkatına yönəltmişdi. Eyni zamanda bu dövlətlər bir-birinə qarşı və digər xristian ölkələri ilə də müharibələr aparırdılar.
İspaniyada şəhərlərin yaranması da özünəməxsus bir proses idi. Belə ki, rekonkist hərəkatı nəticəsində müsəlmanlardan geri alınan torpaqlar kralın mülkiyyəti sayılırdı və bu ərazilərdə digər torpaqlardan gəlmə xristianlar məskunlaşdırılırdı. Yeni məskunlaşan əhalinin feodallardan asılılığı çox zəif idi. Eyni zamanda müsəlmanlardan alınan torpaqlarda salınan şəhərlər də feodallardan asılı deyildi və kral tərəfində onlara geniş hüquqlar (fueoros) verilirdi. Çünki İspaniya kralları rekonkist hərəkatında öz mənafelərini güdən dindarların və zadəganların yox, daha çox şəhərlərin köməyinə ümid bəsləyirdilər.


Ardı →

Avropada orta əsrlər coğrafiyası

Roma imperiyasının dağılmasından sonra Aralıq dənizi sahillərində yerləşən Avropa ölkələrində durğunluq dövrü başlandı. Italiyanın cənub-qərbdən olan (Anvitan) Eterinin Misir, Sinay yarımadası, Suriya, Mesopotomiya, Kiçik Asiyaya səyahəti coğrafiya elminə elə bir yenilik gətirməsə də, nisbətən əhəmiyyətli sayıla bilər.
547-ci ildə yazılmış «Xristian topoqrafiyası» əsərinin müəllifi Kosmo Indikoplo VI əsrdə böyük şöhrət qazanmışdır. Bu ad ona Hindistana üzməsilə əlaqədar olaraq verilmiş, mənası dünyada Hindistana üzən deməkdir. Kosmo Indikoplo bibliyaya əsaslanaraq yer kürəsinin hamar, Yerusəlimin isə onun mərkəzi olmasını sübut etməyə çalışır.


Ardı →

Qərbi Avropa V-XI əsrlərdə

Qədim almanların yaşadığı ərazi, məşğuliyyəti. Onların Romanı işğal etməsi. Qədim alman tayfalarının əcdadları eramızın əvvəllərində qərbdən Reyn, şərqdən Visla, cənubdan Alp dağları və Dunay çayı, şimaldan Şimal və Baltik dənizləri ilə hüdudlanmış ərazidə yaşayırdılar. Onlar kəndlərdə nəsil (qəbilə) icmasıhalında məskunlaşmışdılar. Romalılardan 2 tarlalı əkinçilik qaydasını öyrənmişdilər.
Bəzən müharibə zamanı bəzi nəsil üzvləri tayfadan ayrı düşür, yad tayfalarla qonşuluqda yaşayırdılar. V-VI əsrlərdə qəbilə icması tədricən qonşuluq icması ilə əvəzləndi. Qonşuluq icmasının yaranması qədim alman tayfalarında bərabərsizliyin əsasını qoydu. Tayfanı xalq yığıncağı idarə edirdi. Müharibə və sülh məsələləri, tayfa başçılarının seçilməsi, adamlar arasında mübahisələr xalq yığıncağında həll edilirdi.
Davamı →

Çin III - XI əsrlərdə

Çində feodal münasibətlərinin yaranması. III əsrin əvvəllərində Xan sülaləsinin hakimiyyətinə son qoyulduqdan sonra, Çində feodal münasibətləri yaranmağa başladı. Avropadan fərqli olaraq, bütün Şərqdə olduğu kimi, Çində də torpaq əsrlər boyu imperatorlara məxsus mülkiyyət olmuşdu. Dövlət torpaq üzərində mülkiyyəti məhdudlaşdırır, cəmiyyət və iqtisadiyyatı sənətkarlığı, ticarəti və təbii sərvətləri ciddi nəzarətdə saxlayırdı. Əhalinin 95 %-ini təşkil edən kəndlilər torpaqdan istifadəyə görə vergi verirdilər.


Ardı →