Niyə Allah orucu 30 gün vacib etmişdir

Allah Təala orucu vacib edərək, insanların təqvasını imtahana çəkmək istəmişdir. Həzrət Zəhra (s.ə) “Fədəkiyyə” xütbəsində buyurmuşdur: “Orucun vacib olmaq səbəbi – insanların ixlas meydanında imtahana çəkilməsidir”.
Oruc – elə ibadətdir ki, ancaq Allahla bəndə ondan xəbərdar olar. Onu tutmaq və tutmamaq yolu ilə insanların təqvası imtahana çəkilər. Ola bilsin ki, insan oruc olsun, ancaq başqalarının bundan xəbəri olmasın.
Davamı →

Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?

Mübarək Ramazan ayı gəlməkdədir və Allah Təala bu ayda hər bir sağlam bəndəsinə oruc tutmağı əmr etmişdir. Bəs orucun nə faydası vardır ki, Uca Allah bu qədər ona əməl etməyə təkid edir?
1. Oruc insanın təqvasını gücləndirər və ixlaslı olmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: “Allah Təala buyurmuşdur: “Oruc Məndəndir və mükafatını də Mən verirəm””.
Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu, ixlası möhkəmləndirmək üçün vacib buyurmuşdur”.
2. Dünya və axirət əzabına mane olar. İmam Əli (ə) buyurur: “Oruc mədəni daraldar, əti tökər və cəhənnəmin yandırıcı istisindən uzaq tutar”.
Davamı →

İlk oruc tutan insan kim olmuşdur?

Hədislərimizin nəql etdiyinə görə, ilk oruc tutan insan Həzrət Adəm (ə) olmuşdur. Hədisdə oxuyuruq: “O zaman ki, Həzrət Adəm (ə) qadağan olmuş meyvədən yedi, o meyvə 30 gün onun mədəsində qaldı. Ona görə də Allah Adəmin (ə) nəslinə 30 gün ac və susuz qalmağı vacib etdi. Əgər gecəni bir şey yeyilirsə, Allah tərəfindən olan lütfə görədir”.
Davamı →

Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü?


«Namaz və oruc ayrı-ayrı vacib ibadətlərdir və bəzi hallarda bəzi insanlar namaz qılmadıqda digərləri ona oruc tutmağın da mənasız olduğunu deyir. Deyir „Namaz qılmırsansa oruc tutub özünə boş-boşuna əziyyət vermə“.

O tamamilə yanlış fikirdir, səhv yanaşmadır. Namaz qılmasa belə oruc tutursa, hər bir halda bu onun gələcəkdə Allaha yaxınlaşmasına xidmət edə bilər, digər dini ayinləri icra etməyinə yardımçı ola bilər. Ona görə də namaz qılmaq vacib olsa da namaz qılmayan insanların oruc tutması lazımdır və oruc tutanlar da oruclarına davam edə bilərlər».
Davamı →

Su orucu

Su orucu son illərin ən populyar pəhrizidir. Su orucu ilə bağlı aparılan son araşdırmalar onun sağlamlıq üçün faydalı olduğunu göstərsə də, bu barədə elmi işlər yetərli səviyyədə deyil.
 
 Bir qrup alimlər hesab edir ki, su orucu daxili orqanların, dərinin təmizlənməsinə və yağların yandırılmasına təsir edir. Digər qrup isə orqanizmə ciddi zərər verdiyi qənaətindədir.
 
Su orucu necə tətbiq edilir?
Gün ərzində sudan başqa heç nə yemək və içmək olmaz. Oruc 24 saat ilə 72 saat davam edə bilər. Orucu 3 gündən artıq tutmaq istəyirsinizsə, bu, mütləq həkim nəzarətində aparılmalıdır. Su orucu hər kəsin orqanizmi üçün əlverişli olmaya bilər.
Davamı →

Oruc tutması ona vacib olmayan şəxslər

Məsələ 1734: Qocalığına görə oruc tuta bilməyən və ya oruc tutmaq ona əziyyətli olan şəxsə oruc tutmaq vacib deyildir. Amma ikinci halda gərək fəqirə hər gün üçün bir müdd təam (buğda ya arpa ya çörək və ya bu kimi şeylər) versin.
Məsələ 1735: Qocalığa görə oruc tutmayan şəxs, əgər Ramazan ayından sonra oruc tuta bilsə, müstəhəbb ehtiyat odur ki, tutmadığı orucların qəzasını yerinə yetirsin.
Davamı →

Müsafir orucunun hökmləri

Məsələ 1723: Səfərdə dörd rükətli namazları iki rükət qılmalı olan müsafir gərək oruc tutmasın. Namazın tamam müsafir, peşəsi səfər olan ya səfəri olan şəxs kimi gərək səfərdə oruc tutsun.
Məsələ 1724: Ramazan ayında səfərə çıxmağın eybi yoxdur, amma bu orucdan boyun qaçırtmaq üçün olsa, məkruhdur və həmçinin mütləq səfər Ramazan ayının 24-cü günündən qabaq mümkündür. Həcc, ümrə və digər zəruriyyət səbəbindən olan səfərlər istisnadır.
Davamı →

Qəza orucunun hökmləri

Məsələ 1703: Dəli olan şəxs ağıllanarsa, dəlilik zamanında tutmadığı orucları qəza etməsi vacib deyildir.
Məsələ 1704: Əgər kafir, müsəlman olsa vacib deyildir ki, kafir olduğu vaxtın orucunun qəzasını tutsun. Amma əgər bir müsəlman kafir olsa və ikinci dəfə dönüb müsəlman olsa, kafir olduğu günlərin gərək orucunun qəzasını tutsun.
Məsələ 1705: Sərxoşluq səbəbindən tutulmayan oruc, qəza edilməlidir (Hətta məstedici olan şey müalicə üçün qəbul olunsa belə).
Davamı →

Orucun ancaq qəzası vacib olan yerlər

Məsələ 1697: Bir neçə yerdə (əvvəldə işarə edilən yerlərdən başqa) ancaq orucun qəzası insana vacibdir və kəffarə vacib deyildir:
  1. Ramazan ayı gecəsində cünub olan şəxsə, sübh azanına qədər ikinci yuxudan durmasa.
  2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti etməsin, ya riya etsin, ya oruc olmasını qəsd etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini qəsd etsə, gərək lazım ehtiyata əsasən, o günün orucunu qəza etsin.

Davamı →

Orucun kəffarəsi

Məsələ 1667: Əgər bir şəxs Ramazan ayı orucunu yemək, içmək, cima, istimna və ya (sübh azanına qədər) cünub qalması ilə pozarsa, bunu öz ixtiyarı və iradəsi ilə qəsdən edib, məcburiyyət və çarəsizlik üzündən olmasa, qəza etməyə əlavə olaraq kəffarə də ona vacib olur. Amma bu söylənənlərdən qeyrisi ilə pozarsa, qəza etməyə əlavə olaraq kəffarə də verməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 1668: Əgər bir şəxs, bu söylənənlərdən birini, onun orucu pozmadığına qəti olaraq etiqadı olduğu halda edərsə, orucu batil olmadığı kimi, ona kəffarə də vacib olmaz.
Davamı →