Oynaqların sağlamlığı

Oynaqlar sümüklərin hərəkətli birləşməsini təmin edən dayaq-hərəkət sistemi hissəsidir, içində sinovial maye olan oynaq kisəsi ilə əhatə olunub.

Quruluşuna görə iki sümükdən təşkil olunmuş sadə, üç və daha artıq sümüyün iştirakı ilə yaranan mürəkkəb oynaqlara bölünür. Ətrafında onu əhatə edən və oynağın normal fəaliyyətini təmin edən oynaqətrafı toxumalar — əzələlər, bağlar, vətərlər, damar və sinirlər yerləşir. Oynaqların sağlamlığını və normal hərəkətini təmin etmək üçün bəzi qidalardan istifadə etmək daha faydalıdır.
Davamı →

Dizlərdə ağrıların səbəbləri


Diz oynağı daim yükləmələrə məruz qalır. Gün ərzində biz daim otururuq, qalxırıq, əyilirik, hər hansı əşyaları qaldırırıq və daşıyırıq və s.
 
Diz oynaqları həmçinin tez-tez müxtəlif travmalara və soyuqlamalara məruz qalır. Nəticədə diz oynaqlarında hər hansı pozulma və ya xəstəlik inkişaf edə bilər ki, bunun nəticəsində biz dizlərimizdə ağrılar  hiss etməyə başlayırır.
Davamı →

Çıxıqlar

ÇIXIQ — oynaqla birləşən sümüklərin uclarının fizioloji mütəhərriklik həddindən qeyri-normal və uzun müddət yeridən çıxıb oynağın funksiyasının pozulmasıdır. Travma nəticəsində baş verən (daha tez-tez olur) çıxıqlar; oynaqların və oynaq səthlərinin düzgün inkişaf etməməsi nəticəsində baş verən anadangəlmə çıxıqlar; vərəm və ya distrofik proseslə əlaqədar olan patoloji çıxıqlar; tük travmatik çıxıqdan sonra bağ aparatının zəifləməsi nəticəsində baş verən adi çıxıqlar ayırd edilir.
Ardı →