Kompüter asılılığının nəticələri

Türkiyədə aparılan tədqiqat kompüter asılılığı cinsiyyət, iqtisadi vəziyyət, akademik müvəffəqiyyət, valideyn münasibəti, sinif səviyyəsi, kompüter oyunu oynama müddəti kimi amillərlə birlikdə araşdırılıb.

İstanbulda 395 orta məktəb şagirdləri ilə görüş keçirilib. 218 qız, 177 oğlan olmaqla V sinifdən 187, VIII sinifdən 208 məktəblinin iştirak etdiyi tədqiqatda, kompüter bağlılığı ilə bəzi şeylər müəyyənləşdirilib.

Oğlanlar qızlardan, VIII siniflər beşincilərdən kompüterdən daha çox asılıdır.

Qiymət ortalaması 70-84.9 olanlar, 85-100 olanlara görə kompüterdən daha çox istifadə edirlər.


Davamı →

Oyunların təlimdə rolu

Məlumdur ki, əyləncəli oyun şəklində verilmiş bilik uşaqlar tərəfindən daha tez,  möhkəm və asan qavranılır.
Oyun elə bir təlim növüdür ki, burada şagird aktiv və yaradıcı şəkildə cəmiyyətin davranış qaydalarını və normalarını, insanların əməyə, ictimai əmlaka münasibətini, insanlar arasında qarşılıqlı münasibətləri öyrənir. Bu, elə bir fəaliyyət növüdür ki, şagirdlərin sosial davranışına, onların həyata və bir-birinə olan münasibətlərinin formalaşmasına əsaslı təsir edir.

Davamı →

Bilyard haqqında

Almanlar billardspiel, Fransızlar billiard, İngilislər billiard deyir. Üstünə çuha salınmış, arduvazla örtülmüş düzbucaqlı bir stolda, istaka deyilən uzun bir çubuq və dəyişən sayda toplarla oynanan müxtəlif oyunlara verilən addır bilyard. Stolun kənarlarına içdən yerləşdirilmiş rezin lentlər də eyni parçalarla örtülür. «Karambol» da deyilən Fransız bilyardı dəliksiz stolda oynanılır.

İngilis bilyardı snooker və o biri dəlikli bilyard oyunları hər küncündə və uzun kənarlarının ortasında bir cəmi altı dəliyi olan stolda oynanılır. Bilyard ilk dəfə 15-ci əsrin ortalarında Fransada oynanmağa başlandı. Sonrakı əsrlərdə müxtəlif Avropa ölkələrində və ABŞ-da yayıldı.

Bilyard növləri təməldəki bənzərliyə baxmayaraq dəyişik oyun qaydalarına görə oynanılır. Üç bantlı bilyard, Fransız bilyardı, xəttli bilyard, dəlikli bilyard, fırlanma, snooker, çanaq, golf bilyardı, beysbol bilyardı, bogatel, şans egale kimi növləri vardır.
Ardı →

Uşağın inkişafında oyunun rolu

Uşaqların istər fiziki, istərsə də psixoloji inkişafında oyunun rolu böyükdür. 
Bu baxımdan uşaqların yaşadıqları mənfi və ya müsbət hadisələr onların oynadıqları oyunda da özünü göstərir. 
Uşağın stresi, daxili dünyasındakı çatışmazlıqlar, qorxu və qayğıları müxtəlif oyunlarla müalicə edilə bilər. Hətta yaşadığı sıxıntılı hadisələrdən azad olmaq üçün oyun onun üçün “çıxış yolu“ da ola bilər. Buna görə də çox vaxt mütəxəssislər psixoloji travma keçirən uşaqlar üçün oyun terapiyası tətbiq edirlər. 
Oyunun uşaqlara göstərdiyi müsbət təsirlərdən biri də onun sosial inkşafını sürətləndirməsidir. 
Uşaqlar oyun vasitəsilə bir-birləri arasında ünsiyyət qurur, yeni dostlar, tanışlar qazanırlar. Uşaqlar eyni zamanda oyunun köməyi ilə dostlarını tanıyır, onların sevdikləri və ya sevmədikləri xüsusiyyətləri öyrənirlər. Uşaqlar həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, stresdən yaxa qurtarmaq, problemləri həll etmək və liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər. 
Oyundan kənarda qalma uşaq üçün psixoloji baxımdan travmaya çevrilə bilər. Belə uşaqlar yaşıdlarına qarşı daha təcavüzkar olurlar. 
Ardı →