Buzlu su arıqladır

Bədəninizin ümumi sağlamlığı üçün su içməyiniz çox lazımlıdır. Ancaq arıqlamaq istəyirsinizsə, buzlu su içməyiniz daha məqsədə uyğundur. Çəki itirmək istəyənlər gün ərzində mütləq buzlu su, buzlu çay və ya buzlu meyvə suları içməlidirlər.

Buzlu su içmək bədəninizin temperaturunun aşağı düşməsinin qarşısını almaq üçün metabolizmanızı güclənməyə məcbur edir. Bədəniniz buzlu suyu isidib bədən temperaturuna qaldırmaq üçün əlavə kalori sərf edir.

500 ml. buzlu su içməklə neçə kalori itirmək olar?
Deyək ki, buzlu suyun temperaturu 0 dərəcəyə yaxındır. Bədən temperaturunuz isə 37 dərəcəyə yaxındır və 1 qram suyu 1 dərəcədə istilətmək üçün lazım olan enerji miqdarı 1 kaloridir. 500 ml. suyun 473,18 qram olduğunu nəzərə alaraq belə nəticəyə gəlirik ki, 500 ml. buzlu suyu 37 dərəcə istiliyə qaldıra bilmək üçün bədənimiz 17,5 kilo kalori sərf etmək məcburiyyətində qalır.
Davamı →

Darçınlı süd

Arıqlamaq bir çox qadının ortaq arzusudur. Xüsusilə yaz və yay aylarının gəlişi çəkisindən narazı olan xanımları təşvişə salır. Daha incə geyimlərin bədən formanızı aydın şəkildə büruzə verməsi ola bilər ki, sizi də narahat edir.

Yay aylarına keçdikcə isə çimərlik mövsümü yaxınlaşacaq. Bu da xanımların ideal bədən quruluşuna sahib olmağı daha çox arzuladığı bir mövsümdür. Elə bunu nəzərə alaraq sizə effektiv arıqlama içkisinin reseptini təqdim edirik.

Tərkibi:
— 1 stəkan az yağlı süd,
— 1 çay qaşığı darçın,
— 1 dənə mixək.

Hazırlanması:
Bütün ərzaqları qarışdırıb istər isti, istərsə də, soyuq şəkildə gecə bir stəkan içirik. Xüsusilə yatmazdan bir neçə saat qabaq içilməsi məsləhətlidir. Əgər mixək yoxdursa, sadəcə darçın və süd içmək də faydalı olacaqdır.
Davamı →

Arıqlamağa kömək edən 5 ən yaxşı içki

Yazda hər bir insan qış ərzində yığdığı kilolardan tez bir zamanda azad olmaq istəyir. Buna pəhrizdə müəyyən dəyişikliklər etməklə, fiziki hərəkətliliyini artırmaqla nail olmaq mümkündür. Sizə bu işdə kömək edəcək 5 içkinin reseptini təqdim edirik. Bütün bu içkilər metabolik prosesləri sürətləndirərək arıqlamağa yardım edir.

1. Məşhur Sassi suyu
2 l təmiz suya nazik doğranmış 1 ədəd qabıqlı limon və 1 ədəd xiyar, 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zənçəfil kökü, 5-6 nanə yarpaqları əlavə olunur, yaxşı qarışdırılır və səhərə qədər soyuducuda qalır. Növbəti gün ərzində bu suyu içmək lazımdır. Axşam yenə Sassi suyu hazırlanır və növbəti gün istifadə olunur. Kurs 1-2 həftə davam edir.
Davamı →

Sadə pəhriz içkiləri

Pəhriz saxlamaq bir o qədər  asan deyil. Bunun üçün güclü iradə sahibi olmaq lazımdır. Bu sahədə çətinliyi olanlar pəhriz içkilərindən başlaya bilərlər. Sadə pəhriz üsullarından biri olan maye qəbulu pəhriz saxlayanlar üçün vacibdir.
Pəhriz içkilərinə yağlılığı çox olmayan süd, adi və mineral sular, tərəvəz suları, kofe və çay kimi içkilər daxildir:

Süd
Südün tərkibində zülal olduğundan toxluq hissini təmin edir və maddələr mübadiləsini sürətləndirməyə faydalııdr. Süddə olan kalsium mineralının nizamlı alınması göbək ətrafında meydana gələn artıq yağlanmalara təsir göstərir. Tam yağlı südlərə görə daha az kalorisi olan  südün tərkibində doymuş yağ və xolesterol var. Gündə 2 stəkan süd içmək sümük sağlamlığına faydalıdırdır. Yağlılığı çox olmayan süd  artıq çəki probleminə kömək edir.

Adi və mineral sular
Adi su: Əvvəla onu qeyd etmək lazımdır ki, su pəhriz üsulları arasında vacib olanıdır. Uzun müddət toxluq hissi ilə bərabər insan orqanizmində maddələr mübadiləsini sürətləndirməyə kömək edir.


Ardı →