Yataq ağlarını ütüləməmək üçün səbəblər

Yataq ağlarının ütülənməsi ev işlərinin ayrılmaz tərkib hissəsidir. Lakin mütəxəssislər bu kifayət qədər mürəkkəb və vaxt aparan proseduru lazımsız və hətta ziyanlı hesab edir. Amerika və Avropada yataq ağlarını ütüləmək ənənəsi çoxdan unudulub. Belə ki, yataq ağlarını ütüləməmək üçün sizə 5 səbəb:

1. Yataq ağlarının ütülənməsi zamanı onların hiqroskopik (nəmi özünə çəkmək) xüsusiyyəti azalır ki, bu da sağlamlıq üçün faydalı hesab edilmir.

2. Təzə ütülənmiş ağlarda nəmlik qalır. Əgər qadın ütülənmədən dərhal sonra ağları dolaba yığırsa bu nəmişliyin və kif göbələklərinin əmələ gəlməsinə səbəb olur. Kif göbələkləri sağlamlığımız üçün çox ziyanlı sayılır və allergiyadan xərçəngə qədər bir çox xəstəliklər və pozulmaların riskini artırır.
Davamı →