Təşviş

Təşviş nədir?
Təşviş sadə bir ifadə ilə həqiqi bir təhdid zamanı ortaya çıxan duyğudur.

Funksionaldırmı?
Bəli, təşviş də digər duyğular kimi funksionaldır. Bir gecə yolunuzu 30 dəqiqə qısaltmaq üçün qaranlıq bir küçədən keçmək istədiyinizi düşünün, beyin bu zaman “həyəcan təbili çalır”, “30 dəqiqə üçün riskə getməyə dəyərmi? Görmürsən kimsəsiz yerdir, bir şam zərrəsi işıq yoxdur, özündən Amerika kəşf etmə, gəl düz yolunla get.”, bədən beynin sözünə qüvvət verir başlayır ürək döyüntünüz artmağa, əlləriniz tərləyir. Bu fiziki hissiyyatın və düşüncənin müşayiəti ilə yaranan duyğu təşvişdir. Burada təşviş funksional oldu və sizi mümkün təhlükədən qorudu. Təşviş bir sözlə sizi siz edənlərin itirilməsi ehtimalı ortaya çıxdıqda özünü biruzə verən duyğudur.

Təşviş pozuntusu nədir?


Davamı →

Panik atak nədir və bununla necə mübarizə aparmaq lazımdır?

 
Qorxu hücumu olaraq da təyin oluna bilən panik atak, real təhlükə olmadığı halda insanın özünü təhlükəli vəziyyətdə hiss etməsinə, həyəcanla reaksiya verməsinə və qorxu hiss etməsinə səbəb olan psixoloji vəziyyətdir. Anidən meydana gələn və zaman-zaman təkrarlanan bu vəziyyət insanın özünü sıxıntı içində tapmasına səbəb olur.
Bir çox insanın həyatında bir və ya iki dəfə panik atak keçirməsi normal sayılsa da, təkrarlanan panik atakları və bu təcrübəni yenidənyaşayacaqlarını düşünmədən dura bilməməsi panik pozğunluğu olaraq təyin olunur.
Cəmiyyətdə təxminən hər 100 adamdan 3-də rast gəlindiyi düşünülən bu pozğunluq, simpatik sistemin işə düşməsinə və «qaç ya da döyüş» reaksiyasına səbəb olur.

Davamı →

Depressiya və panik atak tutmalarına qarşı kompleks müalicə

Son zamanlar insanlar arasında stress, panik atak tutmaları və  epilepsiya tutmaları artmışdır. Bu da insanların psixoloji durumu və həyat tərzindən qaynaqlana bilir. Hər 5-7  nəfərdən biri ömründə ən az bir dəfə panik halını yaşayır. Əgər bu hal tez- tez təkrarlanarsa onda bu Panik pozuntusu adlanır. Bu zaman xəstələr ürək infarktı olacağından və ya öləcəklərindən qorxmağa başlayırlar. Panik pozuntusu zamanı baş verən simptomlar: baş gicəllənməsi, ürək çırpıntısı, təşviş, uyuşma, nəfəsi kəsilmək hissi, titrətmə, qarın ağrısı hissi, ətrafdakıların gerçək olmadığını düşünmək, keyimə və iynə batmaq kimi hisslər  ürək və ya döş qəfəsi orqanları ilə əlaqədar olmur, səbəbsiz olaraq bu simptomlar beyindən başlayaraq bədənə yayılan sinir impulsları nəticəsində yaranır.
Davamı →

Panik atak və aqrofobiya nədir?

Ani başlayan və hərdənbir təkrarlanan, sıx çətinlik və ya qorxulardır. Bəziləri bunu 'kriz" deyə də adlandırırlar. Panik atak, ani başlayır, get gedə şiddətlənir və şiddəti 10 dəqiqə içində, ən pik səviyyəyə çıxır, və hətta çox vaxt 10-30 dəqiqə, nadir hallarda 1 saata qədər davam etdikdən sonra özbaşına keçir.

Panik atakın əlamətləri:

 •Sinə ağrısı ya da sinədə sıxılma;   
•  Ürəyin qüvvətli vurması;
• Tərləmə;
• Nəfəs darlığı ya da boğular kimi olma;
• Nəfəsin kəsilməsi;
• Baş gicəllənməsi, çaşqınlıq hissi, huşunu itirəcək kimi olma;
• Üşümə, ürpmə ya da isti basması ;
•  bulanma ya da qarın ağrısı;
• Ürək titrəmə ya da sarsılma;
• Özünü ya da ətrafındakıları dəyişmiş, qəribə və fərqli hiss etmə;


Ardı →

Panik atak

Panik atak- qorxu və narahatlıq hissləri ilə qəflətənən başlayıb, narahatçılığın 10 dəqiqə ərzində ən pik səviyyəyə çatdığı və 13 cür fiziki və ya psixi əlamətdən ən az 4-ü ilə müşahidə olunan psixoloji narahatçılıqdır. Bu 13 əlamət aşağıdakılardır:


Ardı →